Şortik...
Şortik geyinənlərin harınlamağı
Görkəmli siyasi xadim, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev bu günlərdə gündəmi silkələyən, daha doğrusu, darmadağın edən bəyanatla çıxış edib. Şortik geyinən kişilərə qarşı amansız mübarizənin əsas siması olan Hafiz Hacıyev hər zaman vətəndaş mövqeyi ilə digər siyasətçilərdən kəskin fərqlənib. Onun siyasi fəaliyyətinə, siyasətdə qazandığı möhtəşəm uğurlara nəzər salsaq, görərik ki, bütün bu uğurlar təsadüfi deyil. Yəni cənab Hacıyevin bəyanatının siyasi kökləri çox dərindədir və böyük bir siyasi təcrübəyə əsaslanır. "Şortikli kişilərlə siyasi mübarizənin əsas prinsipləri" adlı siyasi traktatın müəllifi olan cənab Hacıyev traktatın birinci cildinin XXVII fəslində demişdir:
"Siyasi mübarizədə məğlub olan avropalı "şortikgeyənlərin" şərq ölkələrinə axını, bizim siyasi mühitimizə də öz mənfi təsirini göstərdi. Azərbaycanda Avropanın təsiri ilə yaranan "şortikgeyənlər" siyasi hərəkatının əksər üzvləri harınladı. Onlar şortik geyinmək üçün xarici dövlətlərə satılıb, onlardan qrant almağa, aldıqları pulla ölkəyə şortik daşımağa başladılar. Şortik geyinən şəxslərin əksəriyyəti harınlamış adamlardır. Özlərini aristokrat kimi təqdim etmək istəyirlər. Bunlar mənasız, dar düşüncəyə malik olan insanlardır. Azərbaycan siyasiləri utanmamalıdır, belə məsələyə reaksiya verməlidirlər. Abır-həyası, əxlaqı olan adam şortik geyinməz".
Hafiz müəllimin siyasi fəaliyyət yoluna nəzər salsaq, açıq-aşkar görərik ki, cənab Hacıyev bir siyasətçi kimi şortikə qarşı amansız və ardıcıl mübarizə aparıb. Şortikə Qarşı Mübarizə Hərəkatının (ŞQMH) sonuncu Bakı toplantısında Hərəkatın fəxri başqanı seçilən cənab Hacıyev mübarizəsində ardıcıl və barışmaz olacağını bəyan edib. Çıxışda deyilir:
"Onlara qarşı bir tədbir görülməlidir. Əsasən ictimai qınaq olmalıdır. Misal üçün, şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qıçasına "kislota" tökmək lazımdır ki, o, tövbə edib bir daha şortik geyinməsin".
Bəli, gəlin hamılıqla etiraf edək ki, bu xalqın ən böyük problemi şortik problemidir. Hətta Novxanıda məşhur restoranlardan biri şortikli kişilərə qadağa qoymaqla böyük bir uğura imza atıb. Şəxsən bu ölkənin vətəndaşı olaraq mən cənab Hacıyevi və onun tərəfdarlarını dəstəkləyirəm. Gəlin xalqımızı real təhlükədən qoruyaq. Hətta çimərliklərdə çimərlik geyimlərini də yığışdırmağı təklif edirəm. Bəzi avropalıları örnək götürən kişilər dənizdə də şortiklə çimməyə cəhd edirlər. Bu əxlaqsızlıqdır. Dənizdə də şortiklə çimərlər? Yaxşı olardı ki, xalqımızın rifahı naminə çimərliklərdə milli adət-ənənələrimizə uyğun geyimlər tətbiq olunsun. Məsələn, Azərbaycan kişisi çimərliyə buxara papaq, xrom çəkmə, arxalıq, yapıncı və belində xəncərlə gəlsə və gənclərimiz bundan nümunə götürsə, necə olar?
...Etiraf edim ki, gəncliyimdə avropa şortikgeyənlərinin təsirinə düşərək mən də bir dəfə şortik geyinmişəm. Amma peşmanam. Başıma gələnləri sizinlə bölüşüm ki, nəticə çıxarasınız. Bu xalqın adət-ənənələri, mentaliteti sizin üçün oyun-oyuncaq deyil.
Günlərin bir günü avropalı əxlaqsızların təsirinə düşüb mən də şortikdə şəhərə çıxdım. "Sahil" metrosundan çıxıb dənizə doğru addımlayırdım. Yanımda bir neçə intellektual, qərbmeylli, şortikli, uzunsaç dostum vardı. Bir qız maşınla yanımızdan keçərkən bizə söz atdı.
Utanıb şortikimi dartışdırdım, eynəyimi düzəltdim. Dostlarım pərt oldular. Gördük, əl çəkmir. Cəsarət edib qabağa durdum:
"Bacı, nə istəyirsən məndən? Get atana, qardaşına söz at".
Əl çəkmədi. Yenə bizə söz atdı. Düz gözümün içinə baxıb qayıtdı ki, "Ayağının tükləri çox cazibədardır, gəl səni maşınla gəzdirim".
Dözə bilmədim. Bu yaşıma çıxmışam, hələ heç bir qadın, heç bir qız mənə söz atmayıb.
Yanımdakı dostum tez bacısının rəfiqələrinə zəng elədi. İki maşın gəlib töküldülər bulvara. Qız başladı xırdalamağa ki, "yaxşı qızın qardaşı şortik geyinməz, sinəsinin tükləri görünməz, krossovkayla ağ corab abırsız görsənir və s." Dostumun bacısının rəfiqələri də ponyatkalı qızlardı. Söhbəti fırladıb, qızı səhv çıxardılar. Qız məndən də, dostlarımdan da üzr istədi.
Xanım gördü ki, işlər fırıqdır, üzr istəyib aradan çıxmaq istədi. Yapışdım yaxasından, səsimi atdım başıma. Dedim "səni tutduracam, həyasız". Yalvardı ki, "ərim var, uşağım var. Qaynanam eşitsə, üzümə tüpürəcək". Ürəyim dözmədi. Dedi, sən də mənim qardaşım, bir də belə eləmərəm.
Bu vaxt ŞQMH bir dəstə fəalı bizə yaxınlaşdı. Onlar bizə ciddi xəbərdarlıq etdilər və başa saldılar ki, şortik geyinəndə camaatın anasını-bacısını, qız-gəlinini düşünmək lazımdır. Hərəmizə bir ədəd şalvar verib, bizi abıra saldılar...
O hadisədən sonra başa düşdüm ki, qərbə aldanıb, pozucu qüvvələrə etibar edib şortik geyinmək olmaz.
Sizdən də xahiş edirəm ki, yad təsirə düşüb şortik geyinməyəsiniz! Yaxşı oğlan bədənini göstərməz!

Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı