Məmmədyarovun Moskvaya qəfil səfəri - Putin Qarabağ sammiti hazırlayır?
Xəbər verildiyi kimi, bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya qəfil səfər edib. Ona görə qəfil ki, Azərbaycan xarici işlər nazirinin Moskvaya belə tezliklə səfər edəcəyi gündəmdə deyildi
Məmmədyarov təxminən ay yarım əvvəl-mayın 25-də Moskvada səfərdə olub. Həmin səfər əvvəlcədən elan olunsa da nazirin indiki səfəri haqda ictimaiyyətə heç nə məlum deyildi.
Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşünün mətbuata açıq hissəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair optimist fikirlər səsləndirib.
Lavrov deyib ki, münaqişənin nizamlanması üçün danışıqlar prosesini intensivləşdirməyin vaxtı çatıb və Rusiya tərəflərin nəticə əldə etməyə hədəfləndiyini nəzərə alaraq bu prosesə kömək etməyə hazırdır.
Azərbaycan xarici işlər naziri isə İranın nüvə proqramına dair uzun illərdir davam edən danışıqların nəhayət nəticə verdiyini xatırladaraq bunun Qarabağ münaqişəsinin də həllinə ümid yaratdığını deyib.
Bu sətirlər saytda yerləşdirilənə qədər Rusiya və Azərbaycan xarici işlər nazirlərinin danışıqlarının nəticələrinə dair rəsmi məlumatlar yox idi. Və ola bilsin ki, nəticələr barədə açıqlama verməyə lüzum görməyiblər.
Lakin Lavrovun Rusiyanın danışıqlar prosesini intensivləşdirməyə kömək etməyə hazır olduğuna dair bəyanatı bundan xəbər verə bilər ki, prezident Putin Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə yeni Qarabağ sammiti təşkil etməyi qərara alıb.
Əslində prezidentlərin görüşünün təşkili gündəmdədir. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu günlərdə bildirib ki, hər iki prezident görüşməyə razıdır və vasitəçilər onların görüşünün təşkili üzərində işləyir. Daha sonra həmsədrlər Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə məsləhətləşmələr aparıblar.
Ancaq İlham Əliyevlə Serj Sərkisyanın görüşünün sentyabrda Nyu Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə baş tutması gözlənilirdi. İndi isə belə görünür ki, Nyu-York görüşünü gözləmədən Putin tərəfləri masa arxasına dəvət edir./virtualaz.orq/
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı