"Əleyhimə çıxarılan məhkəmə qərarı Gülənin Azərbaycandakı gücünü isbatladı"

"Mənimlə bağlı çıxarılan qərar Fətullah Gülən Terror Şəbəkəsinin Azərbaycandakı gücünü bir daha ortaya qoydu
İllərdən bəri mən bunların dövlətin bütün strukturlarında gizli şəkildə təşkilatlandığını yazanda, inanmayanlar, bunları gözü yaşlı məzlum sayanlar görsünlər ki, bütün dəlillər bizim xeyrimizə olduğu halda uduzduq". Bu sözləri "Yeni Çağ" (www.yenicag.az) qəzetinin baş redaktoru, araşdırmaçı yazar Aqil Ələsgər məhkəmənin qərarını şərh edərkən bildirib.
Fətullah Gülənin Azərbaycandakı fəaliyyəti ilə bağlı araşdırmalarına görə, məhkəməyə verilən Aqil Ələsgər bildirir ki, "Qarşı tərəfin həm iddianaməsində, həm məhkəmə prossesində xeyli sayda yanlışlar var idi. Ədalətli hakim belə bir iddianaməni belə qəbul etməməliydi. Fəqət uzun müddət məhkəmə məndən xəbərsiz keçirildi. Daha sonra sırf təsadüf nəticəsində xəbər tutduqdan sonra prossesə dəvət edildim və bütün məhkəmə boyunca qarşı tərəfin bütün iddialarına dəlillərlə cavab verdim. Məhkəmə prossesi göstərdi ki, mən Neft Şirkəti tərəfindən məhkəməyə verilsəm də, maraqlı tərəf Gülən və onun Azərbaycandakı şəbəkəsidir. Konkret olaraq, Elnur Aslanovun 2008-ci ildə bacarmadığını Xalik Məmmədov bacardı. Məhkəmə KİV haqqında qanun ayaqlar altına alındı. Hesab edirəm ki, bu Gülənin Azərbaycanda necə güclü olduğunu göstərməkdədir. Doğrudur, onlar təzminat olaraq istədikləri 2 milyon manatı ala bilmədilər, ancaq 2 min manat məbləğində cərimə etdilər. Bundan başqa məhkəmə absurd bir qərar çıxarıb ki, çıxış etdiyim televiziyalarda da çıxıb dediklərimi təkzib etməliyəm. Yəni "A Haber" və "Ulusal" kanallarında çıxış edərək, Gülən Şəbəkəsi barədə dediklərimi təkzib etməliyəm. Bu qərarın dünyada analoqu yoxdur. Məhkəmə Gülən şəbəkəsinin təzyiqi ilə elə qərara imza atıb ki, burada fətullahçıların izi açıq görünür".
Aqil Ó?ləsgər bildirdi ki, qərardan Appelyasiya Məhkəməsinə şikayət edəcək:"Orada da Gülənin qarşımızı kəsmək istədiyini bilirik. Fəqət inanmaq istəyirik ki, Azərbaycanda bütün məmurlar Gülənə bağlı deyil və Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinə və cənab Prezidentə sədaqətli, eyni zamanda ədalətli hakimlər hələ də qalıb və bu qanunsuz qərarı dəyişdirməyə nail olacağıq".
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI