Gəncə “Smit”i, sən demə həyat üçün təhlükə də törədirmiş
Baş verə olayla bağlı müəssisə səlahiyyətlisinin problemin varlığına yanaşması, bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, rəhbərliyi insanların taleyi deyil, daha çox asan yolla qazanc əldə etmək düşündürür
Bu gün ölkə əhalisinin ərzaq təhlükəsizliyinin ödənilməsi ilə bərabər, onun keyfiyyətliliyinin təminatı da olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir. Elə bu səbəbdən də, son vaxtlar aidiyyəti qurumlar tərəfindən bu yöndə əməli addımlar atılmaqdadır. Başlıca məqsəd, əhalinin yüksək keyfiyyətli qida məhsulları ilə təminatını ödəmək və bu yöndə əmələ gələn hər cür çatışmazlıqları aradan qaldırmaqdır. Atılan addımlara baxmayaraq, hal-hazırda elə müəssisələr var ki, istər istehsal prosesində, isrərsə də satışını həyata keçirdiyi mallar üzərində nəzarətini lazımınca yerinə yetirmirlər. Belə müəssisələrdən biri də, Gəncə şəhəri Totanlı küç. ev-93 ünvanında fəaliyyət göstərən “Narınqala EL-Azəri” MMC-dir.
Müəssisənin fəaliyyəti barədə kifayət qədər məlumata malik olmasaq da, hələ bir müddət bundan əvvəl baş verən olay, nəzər-diqqətimizi cəmiyyətin fəaliyyətinə yönəltməyə sövq etdi. Belə ki, 18 iyun 2015-ci il tarixdə Yevlax Mərkəzi Bazarının qarşısında “Narınqala EL-Azəri” MMC-nin istehsal etdiyi və səyyar yolla satışını həyata keçirən şəxsdən alınan “Smit”, çox keçmir ki, 12 yaşlı Nağızadə Nihad Mübariz oğlunun zəhərlənməsinə səbəb olur. Nihad Nağızadənin şəhərin Üzeyir Hacıbəyov-117 ünvanında yaşayan valideyinləri bizimlə söhbətində bildirdilər ki, “həmin gün “Smit”i yeyən uşağın vəziyyəti olduqca dəyişdi və tempraturu getdikcə artdı. Vəziyyətin ağırlığını görüb dərhal uşağı Yevlax şəhər Uşaq Xəstəxanasına aparmağa məcbur olduq. İlk həkim baxışı zamanı bəlli oldu ki, Nihad Nağızadədə zəhərlənmə hadisəsi baş verib. Buna səbəb, uşağın “Smit”i yeməsi göstərildi və bununla bağlı həkimlər tərəfindən müalicə resepti də təyin olundu.
Diqqəti cəlb edən hal odur ki, baş verən hadisə ilə bağlı Nihad Nağızadənin atası Mübariz Nağızadə, Yevlax Mərkəzi Bazarının qarşısında “Smit”in səyyar satışını həyata keçirən şəxsə iradını bildirərkən, həmin an bazarda müdir müavini vəzifəsini daşıyan şəxs də hadisədən xəbərdar olur. Və çox keçmədən “Smit”in Yevlax şəhəri üzrə yayımını təşkil edən Ramil adlı şəxsə zəng edib bildirir ki, “satdığınız məhsul Nihad Nağızadə adlı uşağın zəhərlənməsinə səbəb olub” deyə, xəbərdarlığını çatdırır. Təəssüf doğuran hal o olur ki, Ramil adlı şəxs bazara gəlib zəhərlənmə hadisəsi ilə bağlı lazımi məlumatları öyrənmək əvəzinə, qaçıb gizlənməyə üstünlük verir.
Baş verən hadisədən sonra apardığımız araşdırmalar, bizə lazımi məlumatları əldə etməyə imkan verdi. Əvvəla onu qeyd edək ki, 18 iyun tarixdə Nihad Nağızadənin yediyi “Smit”in üzərində istehsal tarixi 09 iyun 2015-ci il, saxlanma müddəti isə 15 gün qeyd olunsa da, son anda zəhərlənmə hadisəsi baş verir. Bunula bağlı stasionar müalicə aparıldıqdan sonra, Nihad Nağızadənin vəziyyəti yaxşılığa doğru dəyişir. Əldə etdiyimiz məlumatlar sırasında o da bildirilir ki, “Smit”in istehsalı ilə məşğul olanlar, əvvəla üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirmirlər. Çünki, istər məhsulun istehsalında, yayımının təşkilində, satışını həyata keçirən səyyar satıcıların sağlamlıq durumlarının müəyyən olunmasında, onlarla əmək müqaviləsinin bağlanmasında, hansı şəraitdə saxlanılmasında, satışının həyata keçirilməsində, daha çox isti yay günlərində günəş şüalarından qorunmasında və.s, müəssisə rəhbərliyi tərəfindən nəzarətsizlik hökm sürür. Hələ vergidən yayınma halları ilə bağlı nələrin baş verməsi haqda bir söz demirik. Əgər bu belə olmasaydı, o halda Nihad Nağızadə zəhərlənmə ilə üz-üzə qalmazdı.
Baş verə olayla bağlı müəssisə səlahiyyətlisinə problemin varlığı ilə bağlı Nihad Nağızadənin atası Mübariz Nağızadənin etdiyi telefon zəngi də, heç də gözlənilən nəticəni verməyib. Çünki, həmin şəxsin “mən problemlərə cavabdehlik daşımıram, gedin problemlərinizi özünüz həll edin” deməsi diqqəti cəlb etdiyindən, bizlərdə belə bir qənaət formalaşdı ki, rəhbərliyi insanların taleyi deyil, daha çox qazanc əldə etmək düşündürür. Elə bu səbəbdən də, hər bir valideynə, yaşlı nəslin nümayəndələrinə və.s üzümüzü tutaraq bildiririk ki, “Smit”dən istifadə zamanı, xüsusilə də azyaşlı uşaqlar istifadə edərkən olduqca ehtiyatlı olun. Çalışın uşaqlarınızı “Smit” zəhərlənmələrindən qoruyun. Çünki, o həyat üçün həm də təhlükə mənbəyidir.
Abdulla
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI