İlham Əliyev prezidentləri bir araya topladı
Gundem
Oxunub: 1 255
12 in 2015 | 19:13
"Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib"

Heydər Əliyev Mərkəzində "Bakı-2015" birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə prezident İlham Əliyevin adından rəsmi qəbul təşkil olunub.

ANS PRESS-in məlumatına görə, rəsmi qəbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Tomislav Nikoliç, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri, Monako Knyazlığının şahzadəsi II Albert, San-Marinonun dövlət başçıları - Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini, Bolqarıstanın Baş naziri Boyko Borisov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qırğızıstanın Baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov, Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek, Slovakiya Parlamentinin sədri Peter Pelleqrini, Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf, Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev, Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna Dövlət Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov, Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad, Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi, İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi, Türkiyənin energetika naziri Taner Yıldız, Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud, Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və Bakı-2015 birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşdülər.

Dünyanın idman tarixində silinməz iz qoyacaq ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində yüksək səviyyəli qonaqların iştirakı bu Oyunların əhəmiyyətini bir daha təsdiq edir. Avropa Oyunlarına bütün dünyada böyük maraq var. Qitənin idman tarixində mühüm hadisə olan bu Oyunların Azərbaycanda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan və dünyada formalaşdırdığı müsbət imicdən irəli gəlir. Bu amil həm də Azərbaycanda idmana göstərilən qayğı, idman sahəsində əldə olunan uğurlarla da sıx bağlıdır. Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitliyə və son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərə inamın təsdiqidir. Prezident İlham Əliyevin hərtərəfli fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün səyləri birləşdirdi. Qısa müddətdə yeni müasir idman obyektlərinin inşası, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirildi. Ölkəmizdə bu Oyunları yüksək səviyyədə keçirmək üçün yaradılan şərait, qısa müddətə görülən işlər və reallaşdırılan layihələr bir daha sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Bu isə Avropa Oyunlarının standartını yaradan Azərbaycanı yenidən dünyanın diqqət mərkəzinə çevirir. Azərbaycan da daxil olmaqla Avropanın 50 ölkəsindən 6000-dən artıq idmançının qatıldığı birinci Avropa Oyunları dünya idman tarixində mühüm hadisə kimi qalacaq.

Rəsmi qəbulda birinci Avropa Oyunlarına dair qısa videoçarx nümayiş etdirildi.

Dövlətimizin başçısı İlham Əliyev rəsmi qəbulda çıxış etdi: "Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. Xaricdən gələn bütün qonaqlara Azərbaycana xoş gəlmisiniz deyirəm. Bir neçə saatdan sonra Bakıda birinci Avropa Oyunları başlayır. Bu hadisə münasibətilə ilk növbədə bütün Azərbaycan xalqını, bütün Avropa xalqlarını təbrik edirəm. Əminəm ki, bu idman yarışı dostluq, mehribanlıq bayramına çevriləcəkdir".

İlham Əliyev qeyd edib ki, bu, ölkəmiz üçün tarixi hadisədir: "Çünki bu günə qədər ölkəmizdə bu miqyasda idman yarışları keçirilməmişdir. Eyni zamanda, bu, Avropa üçün də tarixi hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməmişdir. Baxmayaraq ki, olimpizm hərəkatının və olimpizm ideyalarının vətəni Avropadır. Bu tarixi qərar 2012-ci ilin dekabrında qəbul edilib. Bu qərarın qəbul edilməsinə görə Avropa Olimpiya Komitəsinə və şəxsən onun prezidenti cənab Patrik Hikkiyə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qərar gələcəkdə Avropa idmanının inkişafında müsbət rolunu oynayacaq. Qərar qəbul olunandan sonra biz Azərbaycanda dərhal Oyunların Təşkilat Komitəsini yaratdıq. Ondan sonra yerli və beynəlxalq nümayəndələrdən ibarət Əməliyyat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsi və Əməliyyat Komitəsi çox fəal işləyərək qısa müddət ərzində belə mötəbər idman yarışını hazırlayıb".

Prezidentin sözlərinə görə, əlbəttə, bu Oyunların hazırlanmasında könüllülər çox böyük rol oynamışlar: "İyirmi minə yaxın yerli və xarici könüllü bu Oyunların keçirilməsi üçün bu illər ərzində çox fəal işləyiblər. Mən onların rolunu xüsusilə qeyd etmək istəyirəm. Onların mütləq əksəriyyəti gənclərdir. Onlar bizim gələcəyimizdir. Əlbəttə, bu əvəzolunmaz təcrübə gələcək həyatda onlar üçün müsbət rol oynayacaq".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir: "İdmanın, Olimpiya hərəkatının inkişafı Azərbaycanda dövlət siyasətidir. İdmançılarımız da bizi böyük uğurlarla, qələbələrlə sevindirirlər. Deyə bilərəm ki, son Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları komanda hesabında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşlər.

Gənc idmançılarımız da bizi sevindirir. 2014-cü ildə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 200-dən çox iştirakçı arasında 10-cu yerə layiq görülmüşdür. Bu, onu göstərir ki, gözəl gənc nəsil yetişir və idmanın ənənələri möhkəmlənir. Əlbəttə ki, bu, ölkəmizin inkişafına müsbət təsir göstərir.

İdman ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir. Təsadüfi deyil ki, birinci Avropa Oyunları Bakıda keçirilir. Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynamışdır. Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın olimpiya idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir. Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq edəcəklər".

Prezidentin sözlərinə görə, şəhər infrastrukturu çox inkişaf edib: "Xüsusilə Oyunlara hazırlıq zamanı bu sahəyə daha böyük diqqət göstərilmişdir. Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni otellərin açılışı əlbəttə ki, gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda, Avropadan gələn minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər".

İlham Əliyev qeyd edib ki, Azərbaycanda siyasi sabitlik mövcuddur: "Ölkənin uğurlu dayanıqlı inkişafı təmin edilir. İqtisadi inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artmışdır. Son 10 il ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf etmişdir və 3 dəfədən çox artmışdır. Bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər.

Bir önəmli amili də qeyd etmək istəyirəm. Bu da Oyunlara ictimaiyyət tərəfindən verilən dəstəkdir. Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır. Bu, son iki il ərzində bir növ ümumxalq məsələsinə çevrilmişdir. Oyunların məşəlini bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün iki milyona yaxın insan küçələrə, meydanlara çıxmışdır ki, məşəli salamlasın və Oyunlara öz güclü ictimai dəstəyini versin.

Oyunlar bu gün başlayır. Bu günlər ərzində - iyunun 28-dək idmançılar öz güclərini göstərəcəklər. Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman yarışlarına ev sahibliyi edəcəkdir. 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir. Eyni zamanda, 2016-cı ildə Formula-1 yarışı Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam Həmrəylik Oyunları Azərbaycanda, Bakıda keçiriləcəkdir. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və dörddəbir final yarışları Bakıda keçiriləcəkdir. Yəni, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib. Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar.

Oyunlar başlayır. Bütün komandalar hazırdır. Azərbaycan xalqı Oyunların başlamasını səbirsizliklə gözləyir. Bizim üçün bu tarixi bir gündə bütün idmançılara, bütün qonaqlara bir daha Xoş gəlmisiniz deyirəm, idmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Sağ olun".
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq