Qərib Dadaşovun göz qamaşdıran varidatı
Zaur Hüseynovun vəzifədə saxladığı idarə rəisi biznes obyektlərini hansı pullarla əldə edib?
Şaiq Əfəndiyevin etibarından istifadə edən məmur qanunsuz işlərlə məşğul olur
Kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq heç kimin dövlətin əmlakını talamağa, büdcə vəsaitlərindən şəxsi maraqları üçün istifadə etməyə ixtiyarı yoxdur. Təəssüf ki, bəzi vəzifəli şəxslər bunun fərqinə varmadan özlərinə sərf edən formada iş tuturlar.
Nəzərinizə çatdırmaq istəyirik ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyətə başlayandan sonra vəzifəsində nöqsanlara yol verən, daha doğrusu, vətəndaşlardan rüşvət alan və dövlət büdcəsinə ziyan vuran şəxslər ayırd edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Dövlətin əmlakını mənimsəyən şəxslərin yeri məhz həbsxanadır. Korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri öz müsbət nəticəsini verməkdədir. İdarə tərəfindən həyata keçirilən tədbirlər sanki bəzi məmurların vecinə deyil. Məlum olduğu kimi, Bakı Metropolitenində bir neçə ay əvvəl struktur və rəhbər dəyişikliyi baş verdi. Prezidentin sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı və Zaur Hüseynov quruma sədr təyin edildi. Bundan başqa, "Azərtunelmetrotikinti" ASC də yeni yaradılan cəmiyyətin tabeliyinə keçdi. Baş verən bu dəyişiklikdən sonra Zaur Hüseynov Tağı Əhmədovun bəzi kadrlarını tutduğu vəzifədən kənarlaşdırdı. Çoxları kadr islahatlarının davamlı olacağını gözləsə də, Zaur Hüseynov köhnə kadrların bir neçəsini hələ də vəzifədə saxlayır. Ki, həmin şəxslərdən biri də "Azərtunelmetrotikinti" ASC-nin tikinti idarəsinin rəisi Qərib Dadaşovdur. Bu həmin Qərib Dadaşovdur ki, barəsində son vaxtlar mətbuat səhifələrində saysız-hesabsız tənqidi yazılar dərc olunub. Buna baxmayaraq, Zaur Hüseynov onun fəaliyyətinə nəzarəti gücləndirməyib. Qısaca bildirmək istəyirik ki, "Azərtunelmetrotikinti" 1992-ci ildən 2000-ci ilədək dövlət şirkəti, 2000-ci ildən hazıra kimi isə Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir. Müəssisənin tərkibinə 3 Tunel Tikinti İdarəsi: - (TTİ-1, TTİ-2 və TTİ-3), eyni zamanda Xüsusi Tamamlama İşləri İdarəsi, Xüsusi Hidrotexniki İşlər İdarəsi, Mexanikləşdirmə İdarəsi, Avtonəqliyyat Müəssisəsi, Dəmir Beton Konstruksiyaları Zavodu, İstehsalat Texniki Komplektləşdirmə İdarəsi, "Bakımetrolayihə" İnstitutu və Hərbiləşdirilmiş Dağ-Mədən Xilasetmə Dəstəsi daxildir. Səhmdar Cəmiyyətində və onun tərkibinə daxil olan idarələrdə 1030 nəfər işçi çalışır. Onlardan 294 nəfəri mühəndis-texniki işçilər, 736 nəfəri isə ixtisaslı fəhlələrdir. Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, ASC sədri Şaiq Əfəndiyevin etibarından istifadə edən Qərib Dadaşov dövlət büdcəsindən metro tikintisinə ayrılan vəsaitlərin müəyyən hissəsini şəxsi mənafeyi naminə xərcləyir: "Tikinti idarəsində vəziyyət ürəkaçan deyil. İdarə rəisinin şərait yaratdığı qanunsuz işlər və işçilər arasında saldığı ayrıseçkilik metronun tikinti layihələrinə öz mənfi təsirini göstərib. "Azərtunelmetrotikinti" metro tikintisi sahəsində ən aparıcı qurumlardan biridir. ASC-nin tikinti idarəsinə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən ötrü hər ay külli miqdarda vəsait ayrılır. Bu vəsaitlərin xərclənməsi məsələsində neqativ hallar mövcuddur. Qərib Dadaşov idarəyə alınan tikinti materiallarının qiymətini süni şəkildə şişirdərək büdcəyə ağır zərbə vurur. O vəzifədə olduğu müddətdə çoxsaylı qanun pozuntularına imza atıb. Və bunun nəticəsində maliyyə imkanlarının həcmini genişləndirib. İdarə rəisinin Bakıda, Sumqayıtda, Quba-Qusar bölgəsində bir neçə ticarət obyekti, mülkləri, istirahət mərkəzləri və daha nələri var. Onun sahibi olduğu biznes obyektlərini yaxın qohumu olan Tofiq adlı şəxs idarə edir. Qərib Dadaşovun biznes şəbəkəsinə daxil olan obyektlər əsasən Sumqayıtda yerləşir. Bura "Nur" şadlıq evi, böyük avtomobil təmiri servisi, çay evləri, super marketlər və avtoyuma məntəqələri daxildir. Zaur Hüseynov vəzifəyə təyin ediləndən sonra Qərib Dadaşov mal-dövlətini gizli saxlamağa, özünü kasıb birisi kimi göstərməyə çalışır. ASC-də yayılan söz-söhbətlərə görə isə Zaur müəllim Qərib Dadaşovun törətdiyi qanuna zidd əməllər barədə kifayət qədər məlumat toplayıb və həmin bilgiləri prokurorluq orqanlarına göndərmək üçün münasib vaxtın yetişməsini gözləyir". Hesab edirik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətli şəxsləri Qərib Dadaşovun fəaliyyətini ən incə məqamlarına kimi araşdırmalıdır ki, görək idarə rəisi sadalanan biznes obyektlərini hansı pulların hesabına əldə edib.
Qərib Dadaşov Əli Həsənovun adından istifadə edərək qaçqınlara tikilən binalara ayrılan pulların birçox hissəsini mənimsəyir və binalarin tikilişinə kefiyyətsiz materiallardan istifadə olunur. Həm də Qərib Dadaşov Sumqayıt şəhər İH başçısı Eldar Əzizova arxalanaraq Sumqayıt şəhərində çoxlu sayda obyektlərin sahibinə çevrilib. Bir neçə şadlıq sarayların, avtoservislərin sahibidir. Oğlu isə Sumqayıtın küçələrində altındakı 100 minlik maşınıyla at oynatmaqla məşğuldur.
Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:01
İlham Əliyev beynəlxalq sülh mükafatına layiq görüldü
Bu gün, 16:00
Pezeşkian: Ali rəhbərə qarşı sui-qəsd cəhdi tammiqyaslı müharibə elan edilməsinə bərabərdir
Bu gün, 15:57
İlham Əliyev Davos Forumunda iştirak etmək üçün İsveçrədə səfərdədir - FOTO
Bu gün, 15:30
ABŞ maliyyə naziri: Avropa ölkələri Rusiyaya qarşı müqavimət göstərə bilmir
Bu gün, 14:12
Naxçıvan yolu, Zəngəzur dəhlizi, yoxsa Tramp marşrutu? - SORĞUNUN NƏTİCƏLƏRİ
Bu gün, 13:28
Bakıda 20 Yanvar günü sulu qar yağacaq
Bu gün, 13:25
ABŞ-Avropa xətti qırılır: Moskva və Pekin fürsət axtarır
Bu gün, 13:03
Metro sabah gücləndirilmiş rejimdə çalışacaq
Bu gün, 13:00
İsrail ordusu Fələstinin daha bir şəhərində genişmiqyaslı əməliyyata başlayıb
Bu gün, 11:02
Azərbaycan iqtisadiyyatı böyüyüb
Bu gün, 10:58
Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı
Bu gün, 10:55
Bu Dövlət Proqramı ölkə üçün önəmli dönüş nöqtəsidir - AÇIQLAMA
Bu gün, 10:34
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Bu gün, 10:27
Avropa NATO-nu əvəz edən yeni hərbi ittifaq yaradır
Bu gün, 10:21
Xüsusi icra məmurları ilə bağlı QƏRAR
Bu gün, 09:37
Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq
Bu gün, 09:30
Tramp Hindistanı Qəzza üzrə “Sülh Şurası”na dəvət edib
Bu gün, 09:23
Qiymət artımı qaçılmazdır? - Bazarlarda kərə yağı ilə bağlı son durum
Bu gün, 09:11
Türk dillərinin tanınması üçün süni intellekt modeli hazırlandı
Bu gün, 09:00
Türkiyə Ağ Evi Suriya üzərindən "vurur": ABŞ-ın "terror dövləti" layihəsi boşa çıxır
Dünən, 13:30
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
17-01-2026, 11:37
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
17-01-2026, 11:33
Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
17-01-2026, 10:23
ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO-nun taleyini həll edir
17-01-2026, 10:19
Müəllimlərə ŞAD XƏBƏR - Yeni qanun
17-01-2026, 10:15
BDYPİ-dən gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
16-01-2026, 22:49
Rauf Vəliyev vəzifəsindən azad edildi: yerinə təyinat - SƏRƏNCAM
