Fond jurnalistləri mükafatlandırdı
Gundem
Oxunub: 1 347
10 in 2015 | 15:30
"Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, Kütləvi informasiya vasitələri üçün "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda elan edilən müsabiqənin nəticələrinin acıqlanması münasibətilə iyunun 10-da Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keşirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər. Müsabiqəyə 1 aprel 2015-ci il tarixdən 15 may 2015-ci il tarixə kimi Azərbaycan Respublikasının sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, sosial sığortanın mahiyyət etibarı ilə vergidən üstün olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunub.

Müsabiqənin nəticələrinə görə, "Ən yaxşı məqalələr" nominasiyası üzrə 1-ci yeri "Yeni Azərbaycan" qəzetinin müxbiri Mübariz Abdullayev, 2-ci yeri "Melumat-merkezi.com" xəbər saytının redaktoru Günel Cəlilova və "Novosti.az" İnformasiya Agentliyinin müxbiri Fuad Əlizadə, 3-cü yeri isə Azvision.az xəbər saytının redaktoru Anar Rüstəmov, "İki sahil" qəzetinin müxbiri Sevinc Məmmədova, "Moderator.az" xəbər saytının redaktoru Seymur Əliyev tutublar.

Müsabiqə dövründə televiziya kanallarında verilmiş "Ən yaxşı telesüjetlər" nominasiyası üzrə 1-ci yerə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin müxbiri Əli Rzayev, 2-ci yerə "İctimai" Televiziyanın böyük redaktoru Xuraman Məmmədova və "Lider" Televiziyasının müxbiri Rövşən Abdurəhmanov, 3-cü yerə isə "Space" Müstəqil Televiziya və Radio Şirkətinin müxbiri Famil Fərhadoğlu və "Region" Televiziyasının müxbiri Zümrüd İbrahimova layiq görülüblər.

Müsabiqənin yekunlarına əsasən Elmir Murad, Aysel Kərimova, Lalə Mehralı, Cavid Şahverdiyev, Xalid Vahidoğlu, Elxan Salahov, Ruslan Xəlil, Gülşən Raufqızı, Samirə Abdullayeva, Yaqut Məmmədova, Təbriz Vəfalı, Könül Salahova kimi jurnalistlər də fərqlənib.

Mükafatlandırılanlar sırasından ANS PRESS-in də adı var. Belə ki, portalın xüsusi müxbiri Şahin Həbibov "Ən yaxşı məqalələr" nominasiyası üzrə fərqləndiyinə görə diploma layiq görülüb.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı