Özbəkistan mətbuatı Mehriban Əliyevadan yazdı
Gundem
Oxunub: 1 494
8 in 2015 | 17:57
Aparıcı xəbər agentliklərində Azərbaycanın birinci xanımı barədə məqalə dərc olunub

Özbəkistanda populyar olan "uchildiz.uz" saytı və "podrobno.uz" Xəbərlər Agentliyi öz səhifələrində Tulkin Eşbeyin "Mehriban Əliyeva xeyirxahlığın və ümidin mücəssəməsidir" sərlövhəli məqaləsini yerləşdiriblər.

ANS PRESS həmin məqaləni təqdim edir.

Mehriban Əliyeva yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq milyonlarla insanın ürəyini necə fəth edib? Cavab sadədir. Ona ətrafdakılara humanist münasibətinə, ehtiyacı olan insanlara qayğı göstərdiyinə və kömək etdiyinə, onların dərdinə şərik çıxdığına və lazımlı məqamda yanlarında olduğuna görə ehtiram bəsləyir və sevirlər.

Mehriban Əliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiridir.

Mehriban Əliyeva Azərbaycan mədəniyyətini daha geniş təbliğ etmək məqsədi ilə üç dildə (Azərbaycan, rus və ingilis) nəşr olunan İRS Naslediye jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun təşkilatçılıq bacarığı və beynəlxalq səviyyədə nüfuzu 2003 və 2004-cü illərdə bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının, habelə 2005-ci ildə dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsində həlledici rol oynayıb.

Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya, idman və digər istiqamətləri əhatə edir. Onun müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilən fəaliyyəti cəmiyyətin həyatında Azərbaycan qadınının rolu haqqında aydın təsəvvür yaradır. Mehriban xanım özünü reallaşdıra bilən harmonik, məqsədyönlü və güclü qadınların etalonuna çevrilib.

Azərbaycan qadınları Mehriban xanımın timsalında təkcə lider və ictimai xadim deyil, həm də ehtiyacı olanların hamısına yardım əli uzadan etibarlı arxa, doğma insan görürlər.

Bütün bəşəriyyətə məxsus tarix və mədəniyyət abidələrinin bərpası Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biridir. Azərbaycan Versal sarayı parkında mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti bölməsinin, Berlin qəsrinin, Romadakı Kapitoli Muzeyində Filosoflar zalının və başqa mədəniyyət abidələrinin bərpa olunmasında fəal iştirak edir.

O, ətraf mühitin mühafizəsi, o cümlədən yaşıllıqların qırılması ilə bağlı problemlərə xüsusilə həssas yanaşır. Onun göstərişi ilə Fondun əməkdaşları dəfələrlə ağacların kəsildiyi yerlərə gedərək, nadir ağacların məhv edilməsinin qarşısını operativ şəkildə alıblar. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildən başlayaraq ölkə ərazisində milyonlarla ağac əkilib.

Azərbaycanı dünyaya olduğu kimi - tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu, yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim etmək ölkənin birinci xanımının fəaliyyətində prioritet məsələlərdən biridir.

Onun təşəbbüsü ilə həyata keçirilən "Azərbaycan - tolerantlıq ünvanı" layihəsi çərçivəsində Bakıda Pir Həsən ziyarətgahı, "Müqəddəs Məryəm - mövlud" pravoslav kilsəsi və Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Şamaxıda Cümə məscidi və Gəncədə Həzrəti Zeynəb məscidindən tutmuş Fransanın müxtəlif bölgələrində kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, habelə Həştərxanda Knyaz Vladimirə abidə ucaldılmasına qədər müxtəlif dini obyektlərdə bərpa işləri aparılıb. Beynəlxalq birlik Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpa olunmasını xristian aləminin müqəddəs abidələrinin qorunub saxlanılmasına müsəlman dünyasının töhfəsi kimi qəbul edir.

Mehriban xanımın rəhbərliyi ilə bir çox əhəmiyyətli layihələr həyata keçirilib. O, milli-mədəni dəyərlərin qorunub saxlanmasına və dünyaya təqdim olunmasına töhfə verir, istedadlı gəncləri - idmançıları, rəssamları, musiqiçiləri dəstəkləyir. O, minlərlə adama sağlamlığını və ümidini qaytarıb. Bütün bunlar bir məqsədlə - xalqının və Vətəninin rifahına xidmət məqsədi ilə edilib. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi əbədiyaşar dəyərlərin təsdiqinə xidmət edir.

Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Azərbaycanda talassemiyalı xəstələr üçün Mərkəz inşa edilib. Burada talassemiyanın istər elmi, istərsə də praktiki cəhətdən öyrənmək üçün hər cür şərait yaradılıb.

Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenatlıq ənənələri dirçəldildi. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll olunması barədə ictimai şüurda kök salmış təsəvvürləri dağıtdı və onların həllində cəmiyyətin bütün zümrələrinin iştirak etməyə can atmasına nail oldu.

Dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti günlərinin, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, habelə xarici ölkələrlə diplomatik münasibətlərin qurulması münasibətilə tədbirlərin keçirilməsi, onun təşəbbüsü ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Avropa Parlamentinin və UNESCO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki qərargahında silsilə tədbirlərin təşkil edilməsi bir məqsədə - beynəlxalq arenada ölkənin mövqelərinin möhkəmlənməsinə və imicinin yaxşılaşmasına xidmət edir.

Mehriban Əliyevanın 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıq üzrə Təşkilat Komitəsinə başçılıq etməsi onun fəaliyyətinin Azərbaycan dövlətinin rifahına və beynəlxalq arenada ölkənin nüfuzunun yüksəlməsinə dəlalət edir.

Tarixdə birinci Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtında - Bakı şəhərində keçirilməsi haqqında qərar 2012-ci ilin dekabrında Romada qəbul edilib.

Oyunlar hazırda qitənin 50 milli Olimpiya komitəsini birləşdirən, qərargahı Lozannada yerləşən Avropa Olimpiya Komitəsi tərəfindən keçirilir. Oyunların açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə iyunun 28-də olacaq.

Bu, tarixi qərar idi, çünki digər kontinental oyunlardan fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməyib. Bu, Avropa Olimpiya ailəsinin Azərbaycana göstərdiyi böyük etimad idi.

Bununla bərabər, son illər Azərbaycanda müasir idman infrastrukturu yaradılıb. Azərbaycanın regionlarında 40-dan çox Olimpiya idman mərkəzi açılıb. Bakıda yaradılan və əsaslı təmir edilən bütün idman obyektləri ən yüksək standartlara cavab verir.

Son illər Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilib. Əlbəttə, Azərbaycanın sürətli iqtisadi inkişafı bu qərarın qəbul edilməsində öz rolunu oynayıb.
Bu gün Azərbaycan və Bakı şəhəri artıq həmin Oyunların keçirilməsinə tam hazırdır.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi etimadı yüksək səviyyədə doğruldur. Bu Oyunlar tarixə sadəcə birinci Avropa Oyunları kimi deyil, həm də ən gözəl Oyunlar kimi daxil olacaq. Bakı ağla gələn və gəlməyən bütün rekordları vurmağa hazırdır: cəmi iki il ərzində Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya oyunları vüsəti ilə keçirmək üçün bütün işləri görməyə macal tapıb.

Heç şübhəsiz, Mehriban Əliyeva bu işdə xüsusi zəhmət çəkib, Vətəninin və Beynəlxalq Olimpiya hərəkatının təbliğinə çox mühüm töhfə verib. Bu bir daha onun öz Vətəninə və xalqına böyük məhəbbətini göstərir.
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq