Yevlaxda şantajçı müəllim həbs olundu
Sən demə "xanım" müəllimə bəzi vəzifə sahiblərinə qənim kəsilməklə, daha çox var-dövlətə sahib olmaq niyyətində imiş
Bir müddət bundan əvvəl üzləşdiyimiz olayın hansı nəticə verəcəyini əvvəlcədən bilsəydik, yəqin ki, o halda vaxtında qabaqlayıcı tədbirlər də görərdik. Amma, keçmiş olsun deyək! Nə biləydik ki, Yevlax şəhər sakini Vidadi Nurəddinov adlı müəllimin ailəsində anadan olan Aysel "xanım" şəhər 2 saylı məktəbində müəlliməlik fəaliyyəti ilə məşğul olmaqla bərabər, həm də bəzi vəzifə sahiblərindən pul qopartmağın müqabilində, onlara arabir qənim də kəsiləcək.
Ümumiyyətlə, əldə etdiyimiz məlumatlarda bildirilir ki, ali təhsilli Aysel "xanım" çalışdığı təhsil ocağında ingilis dili fənnindən dərs keçməklə bərabər, deyəsən dövlətdən aldığı əmək haqqı onu qane etmədiyindən, hətta dərs saatlarından əlavə şagird hazırlığı ilə də məşğul olurmuş. Və belə bir təminolunmalara baxmayaraq iştahasını cilovlamağı bacara bilməyən "xanım" müəllimə, sən demə son vaxtlar daha asan qazanc əldə etməyin başqa bir yolunu da tapıbmış. Həmin yol arabir ona qazanc gətirsə də, çox keçmədi ki, elə Aysel "xanım"ın özü qurduğu oyun qaydalarının qurbanı oldu.
Əvvəla onu qeyd edək ki, Yevlax şəhərinin Qaraoğlan kəndində anadan olan Aysel "xanım"ın atdığı addımları analiz etdikcə bəlli olur ki, onun qol qoyduğu əməllər nə Azərbaycan qadınının, nə Azərbaycan ziyalısının, nə də ki, adicə sadə bir vətəndaşın adına yazılası hal belə deyil. Yəni, bəzi vəzifə sahiblərini “şantaj” etməklə pul qazanan ziyalı qadının əməllərinə necə haqq qazandırmaq olar? Yəqin ki, bu haqda sorğu keçirilərsə sorğuda iştirak edən respodentlərin tam əksəriyyəti, geniş ictimaiyyət yalnız və yalnız qadın müəllimənin lənətlənməsinə qərar verərlər.
Gələcəyimiz hesab etdiyimiz gənclərə ingilis dilindən dərs keçən, onların təlim-tərbiyəsində müəyyən mənada iştirak edən, formalaşmalarında az-çox zəhməti olan Aysel "xanım" sən demə "filan vəzifə sahibi mənimlə görüşmək üçün, məni filankəsin kafesinə dəvət etdi” deməklə, həmin şəxslərin gizli çəklişini və gizli səsyazmasını, çox zaman bir çox KİV nümayəndələrinə də ötürməkdən belə çəkinmirmiş. Bəlkə də o, həmin vaxt belə bir gizli çəklişləri və gizli səsyazmaları KİV nümayəndələrinə təqdim edərkən, onların vəzifə borcunun nələrdən ibarət olduğunu lazımınca dərk etmirmiş. Odur ki, bilib dərk etmək lazımdır ki, media təmsilçiləri qəbul olunmuş qanunla cəmiyyət həyatında baş verən sosial-iqtisadi, siyasi yönümlü məlumatları əldə etmək, yaymaq və.s kimi hüquqlara malikdirlər. Bu belə olduğu halda, bir neçə vəzifə sahibləri ilə bağlı həyata keçirdiyi gizli çəklişləri və gizli səsyazılarını "Azərbaycan İnformasiya Agentliyinin Mərkəzi Aran zonası üzrə bölgə müxbirinə təqdim edən Aysel "xanım" çox keçmir ki, onu da "şantaj" etməkdən belə çəkinmir. "Amma sən saydığını say, gör fələk nə sayır" deyimi, Aysel "xanım"ın başı üzərində qara bulud tək dolanır və çox keçmir ki, elə onu öz əməllərinin qurbanına da çevirir.
Diqqəti cəlb edən hal odur ki, əksər yaraşıqlı qadınlara məxsus göstəriciləri özündə cəmləşdirən "xanım" müəllimə, çox zaman bəzi vəzifə sahiblərini "ovsunlaya" bilib və hətta "şeytan libası"na girməklə, pul əldə etməyin müqabilində onları "yolundan" da çıxara bilir. Məsələn, onun belə bir addımı ilə üz-üzə qalan və hələlik adının çəkilməsini istəmədiyimiz vəzifə sahiblərindən biri də, Yevlax şəhər mühafizə polisində çalışan polis serjantı olur. Təəccüb doğuran hal odur ki, telefon danışıqları zamanı polis serjantının, onu görüşə dəvət etməsi üçün dəridən-qabıqdan çıxan Aysel "xanım" sonradan həyata keçirdiyi gizli çəklişi və səsyazısını, ilk öncə "Azərbaycan İnformasiya Agentliyi"nin Mərkəzi Aran zonası üzrə bölgə müxbiri Mübariz Nağıyevə təqdim edir ki, toplanmış materialları aidiyyəti qurumların və geniş ictimaiyyətin diqqətinə çatdırsın. Həmin an bölgə müxbiri təqdim olunmuş olayların araşdırılması üçün bir qədər zamana ehtiyac olduğunu söylədikdə, "xanım" müəllimə dərhal onu "şantaj" etməkdən belə çəkinmir və bildirir ki, demək sən qarşı tərəfdən haqq-hesab almısan deyir. Hətta, bu azmış kimi o, DİN-nin 102 qaynar xəttinə zəng edib onu da bildirir ki, "polis əməkdaşınız məni cinsi zoraklığa məruz qoymaq istədi" deyə, şikayətini də ünvanlayır. Elə ki, daxil olmuş şikayət üzrə Yevlax şəhər Polis Şöbəsində lazımi araşdırma aparılır, bu zaman "xanım" müəllimənin iç üzü aşkara çıxır və hər kəsə bəlli olur ki, onun məqsədi yalnız və yalnız bəzi vəzifə sahiblərini şantaj edib qazanc əldə etməkdir.
Bəli, bu gün heç kəs cəzasız qalmır və hər kəs də tutduğu əməllərə görə lazımımınca cəzalandırılır. Bu sırada Aysel "xanım"ın da öz payı oldu ki, o da tutduğu əməllərə görə 29 may 2015-ci il tarixdə Yevlax şəhər Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbsqətiimkan tədbiri ilə cəzalandırıldı. Bu gün Gəncə İstintaq Təcridxanasında cəzasını çəkən Aysel "xanım" bəlkə də tutduğu əməllər haqda düşünür, günlər keçdikcə səhv etdiyini yavaş-yavaş başa da düşür. Amma, onun Vidadi Nurəddinov adlı və soyadlı ziyalı atasının danışdıqlarını analiz etdikcə, bir çox düşündürücü məqamlar ortaya çıxır. Yəni, belə bir övladın ona üzqaralığı gətirdiyini bilib peşman olmaq əvəzinə, Vidadi Nurəddinovun 31 may 2015-ci il tarixdə, saat 18-29 dəqiqədə "Azərbaycan İnformasiya Agentliyi"nin rəhbərinə (050)545-89-96 nömrəli mobil telefonla zəng edib hədə-qorxu gəlməsi, hələ də heç cür başadüşülən hal deyil. Valideyin olmaqdan əlavə, həm də müəllim olasan və belə bir əməl sahibi olan övladın əməllərinə haqq qazandırasan, o halda belə bir halın varlığı hər kəsi düşündürməsin neynəsin?
Problemin varlığını diqqətdə saxlayacağıq.
Azərinfo.az

Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI