Prezident İlham Əliyev və xanımı Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olublar
Gundem
Oxunub: 1 247
4 in 2015 | 14:06
yunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Bakı-2015 birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olublar. Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Qeyd edək ki, "Bakı-2015" ilk Avropa Oyunları zamanı bu stadionda keçiriləcək kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 64-ü kişi olmaqla, 128 idmançı iştirak edəcək. Atletlər iyunun 16-dan 22-dək medallar uğrunda mübarizə aparacaqlar. Prezident İlham Əliyev və ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva stadionun sxemi ilə tanış olublar. Oyunlar zamanı idmançılar, media işçiləri və avropalı qonaqlar üçün ayrıca istirahət otaqları, müsahibələr üçün xüsusi zona ayrılıb. Məşq meydanında idmançılar üçün 22 hədəf təyin olunub. Bir hədəf maksimum üç idmançı üçün nəzərdə tutulub. Yarış meydanı üçün isə iki hədəf təyin edilib. Hədəflə idmançı arasında məsafə 70 metrdir. Hədəfin diametri 122 santimetr təşkil edir. Kamandan oxatma yarışı Olimpiya Oyunları arasında fiziki məhdudiyyətli şəxslər də daxil olmaqla hər kəsə eyni imkanlar verən yeganə oyundur. Yarışlara gələn tamaşaçılar üçün burada xüsusi tibb məntəqəsi də fəaliyyət göstərəcək. Burada çalışanlar üçün rahat iş mühiti yaratmaq məqsədilə xüsusi fasilə və istirahət otaqları ayrılıb. Avropanın məşhur ox atan idmançıları 7 yarış günü müddətində Tofiq Bəhramov adına Respublika Stadionunda qalibiyyət uğrunda mübarizə aparacaqlar. Avropa Oyunlarında yarışlar fərdi və qrup halında, eyni zamanda, qarışıq qrup şəklində Olimpiya Oyunları formatında keçiriləcək. Ümumilikdə 5 medal dəsti təqdim olunacaq. Kamandan oxatma yarışları, həmçinin 2016-cı il Rio Yay Olimpiya seçmə yarışları üçün yüksək xallar uğrunda mübarizəyə imkan yaradacaq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı