Azərbaycan Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları Sərgisinə start verildi
Gundem
Oxunub: 2 129
30 apr 2015 | 17:41
Azərbaycan Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları Sərgisinə start verildi
30 APREL – 02 MAY 2015-tarixlərində ElanExspo şirkəti Bakı Expo Mərkəzində Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları sərgisinə start verdi. Sözü gedən sərgi Azərbaycanda ilk dəfə keçirilməklə yanaşı, dizayn və mebel sektorunda ən müasir dekor nümunələrini ictimaiyyətin diqqətinə çatdırmaq üçün əsl fürsət idi. olduqca önəmli və vaz keçilməz bu sərgiyə bir sıra dövlət şirkətləri və strukturlar da öz dəstəyini əsirgəməyib. Burada AzPromo, AzərYolServis, TUSİAB, ATİB, Bələdiyyə və bir sıra İcra Hakimiyyətlərinin birbaşa dəstəyini görmək mümkündür. Sərgidə iştirak edən bütün xarici firma və şirkətlər Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsi adlandırır.

Azərbaycan Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları Sərgisinə start verildi
Atılım Fuarcılık və ElanExpo həmkarlığı ilə təşkil edilən, Beynəlxalq Mebel, EvParçaları və Ev Əşyaları Sərgisi 30 Apreldən – 2 May 2015 tarixlərinə qədər Baku Expo Mərkəzində davam edəcəkdir. Sərgidə Azərbaycan, Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və Koreya başda olmaqla 7 müxtəlif ölkədən 70-dən artıq sektor firmaları iştirak edir. Həmin ölkələrdən isə Homag, Saloğlu Mobilya; Woodpecker, Konfull, Büroart, Doxa, Mayers, Akipek, Corpe Diem, AliyansHalı, Türkiyədən Alfemo Mobilya, Yağmur Mobilya və İmparator Mobilya; İtaliyadan Italserramanti BEE-den Al Aqili Furnishings, Koreyadən Win Win Chairmeister kimi olduqca tanınmış mebel brend markaları təmsil olunur.

Azərbaycan Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları Sərgisinə start verildi
Sərgini giriş sözü ilə Atılım Fuarcılık üzrə baş müdir Səlim Şahin çıxış edərək, Beynəlxalq Mebel, EvParçaları və Ev Əşyaları Sərgisinin Bakıda ilk dəfə sərgiləndiyindən qürur hissi duyduğunu bildirdi: “Bu gün sərgidə 100-dən çox iştirakçı var. Burada xarici firmalarla yanaşı həm də yerli, yəni Azərbaycandan olan mebel şirkətləri də təmsil olunur. Ümumiyyətlə bu cür sərginin ilk Azərbaycanda ilk dəfə və bu cür səviyyəli şəkildə keçirilməsi bu ölkənin inkişafından xəbər verir. Sərgiyə Azərbaycan iş adamları tərəfindən böyük maraq olduğunu müşahidə edirik. Bu çox sevindirici haldır. Həftənin cümə və şəmbə günləri iştirakçılar arasında lotoreya oynanılacaq və qalib şəxs iki nəfərlik Türkiyəyə bilet qazanacaq. Yəni bu sərginin bir özəlliyi də, budur. Ümid edirəm, bu sərgi haqda hələ çox danışılacaqdır. Hamınızı hələ iki gün daha davam edəcək sərgiyə dəvət edirəm”.
Daha sonra ElanExspo şirkətinin Azərbaycan bürosunun prezidenti İlkin Abdiyev də, çıxış edərək, sərgidə iştirak edən bütün qonaqları və media əhlini salamladı: “Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdəndir. Bu sevindirici haldır ki, bu gün ilk dəfə mebel və ev avadanlıqları sərgisi məhz Azərbaycanda keçirilir. Bu gün bu sərgiyə dəstək verən bir sıra dövlət şirkətlərinə də, öz təşəkkürümü bildirirəm. Bu gün bu sərgiyə əgər dünyanın 7 ölkəsindən ən qabaqcıl və tanınmış brend markaları qatılırsa və həmin marklalarla yanaşı Azərbaycan öz markalarını da nümayiş etdirməyi bacarırsa, bu artıq Azərbaycanın prestijli bir ölkə olmasından xəbər verir. Bunu isə yalnız alqışlamaq gərəkir!”

Xatırladaq ki, sərgi 2 may tarixinə kimi davam edəcək. Sərgiyə giriş zamanı qeydiyyat keçən iştirakçılar isə Türkiyəyə iki nəfərlik biletin qalibi şansını da, əldə etmiş olacaq.



Azərbaycan Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları Sərgisinə start verildi
Azərbaycan Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları Sərgisinə start verildi
Azərbaycan Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları Sərgisinə start verildi
Azərbaycan Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları Sərgisinə start verildi
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI