Azərbaycanlıları diri-diri yandırdı
Gundem
Oxunub: 1 452
30 apr 2015 | 14:18
Azərbaycanlıları diri-diri yandırdıErməni KİV-lər Kirovakanda 1988-ci ildə baş verənlərdən yazıb

Ermənistanın "Epress" saytı 27 il qabaq Ermənistanın Quqark rayonunda azərbaycanlıları kütləvi qətl edilməsi barədə material dərc edib.

ANS PRESS-in məlumatına görə, jurnalist Mane Papyan 1988-ci ildə rayonda baş vermiş hadisələrə yenidən qayıtması bir sıra erməni KİV-lərini şoka salıb. Ermənilər adətən bu hadisələr barədə susmağa çalışırlar. Halbuki, Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general Usik Arutunyan bildirib ki, 1988-1989-cu ildə Ermənistanda 25 azərbəycanlının milli münaqişə zəminində ermənilər tərəfindən öldürüldüyü təsdiq edilib və onlardan 11-i birbaşa Quqark rayonunda həlak olub.
Mane Papyan faciəli hadisələrin baş verdiyi kəndlərə yola düşüb və hadisə şahidləri ilə söhbət edib. Şahidlər azərbaycanlılara qarşı edilən haqsızlıqları xatırlayıblar. Məsələn, həmin vaxtlar Kirovakanda (Vanadzor) prokuror işləmiş Qriqori Şahverdiyanın arxivində olan sənədlərə görə, 1988-ci ilin mart ayından noyabr ayına kimi Quqark rayonunda 624 azərbaycanlı əsassız olaraq işdən çıxarılıb.
"Qarabağ" komitəsinin keçmiş üzvü Artur Sakuns da etiraf edib ki, azərbaycanlıları gecələr kəndlərindən zorla köçürən zaman yolda erməni dəstələrinin hücumuna məruz qalırmışlar. Şahverdiyanın sənədlərində isə azərbaycanlıların yalnız öz evlərində deyil, iş yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 hal qeydə alınıb. Bazarda azərbaycanlıları döyərək mallarını əllərindən alıblar.
Qriqori Şahverdiyanın sözlərinə görə, həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətli qeydə alıblar. Amma onların içərisində ən məşhuru Telman Hüseynovun öldürülməsi olub. "Onu İrina adlı sevgilisinin evində balta ilə vurmuşdular. Qətl açılmışdı və iki yeniyetmə - Usik Marutyan və Tiqran Evinyan həbs edilmişdi", - deyə prokuror xatırlayır.
Evlərinə hücum edilən azərbaycanlıları xilas etməyə tələsdiyini söyləyən Şahverdiyan həmin günlərdə əli silahlı ermənilərdən qorxmadığını indi təəccüblə xatırlayır: "Hamının əlində silah vardı, millətlərarası zorakılıq artmışdı. Ən dəhşətli hadisə Şaumyan kəndində baş verdi. Mənə dedilər ki, kəndin sakinləri hansısa azərbaycanlını (Qasım K.) qayadan atmaq istəyirlər. Hadisə yerinə çataraq biz bu adamı müdafiə etməyə çalışdıq. Milis, milli təhlükəsizlik də orda idi. Adamlar bizə hücum etdilər. Mənə deyirlər ki, mən orada huşumu itirmişəm və oradan çıxarıblar".
Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan məktəbin bir azərbaycanlı şagirdinin ermənilər tərəfindən qayadan atıldığını söyləiyir. Həmin günlərdə Kirovakandan əli silahlı gənclər kəndə doluşaraq azərbaycanlılara atəş açırmışlar. Azərbaycanlılar isə kəndi tərk edərək dağlara qalxıbmışlar. Kəndin Samvel adlı sakini həmin azərbaycanlı oğlanı tutaraq qayadan atıb. Samvel sonradan Qarabağa gedərək orada da dinc azərbaycanlıları qətlə yetirib. "Epress"in əməkdaşı ilə söhbət edən Samvel kəndi tərk edib qalmış azərbaycanlıları dağlarda qırdıqlarını etiraf edib. Moskvadan gəlmiş istintaq qrupu Samveli həbs edib. Sonra isə azad edib.

Şaumyan sakini Stepan Ayvazyan isə kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb yandırıldığını deyir: "Vanadzordan gələn qruplar Edik Martirosyanın rəhbərliyi altına Şaumyana gəlirdilər. Meyitləri yandırırdılar ki, onları tanıyan olmasın". Direktor müavini Rima Sarqsyan xatırlayır ki, azərbaycanlılardan biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırıblar.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI