Əhməd Oruc: “Milli Şuranın mitinq taktikası doğru deyil”
Gundem
Oxunub: 1 733
28 apr 2015 | 13:46
Əhməd Oruc: “Milli Şuranın mitinq taktikası doğru deyil”
“Tofiq bəyin əfv edilməsi hakimiyyətin özünün də, xeyrinə olar”

Azərinfo.az-ın müsahibi Azadlıq partiyasının sədri Əhməd Orucdur:

-Əhməd bəy, hüquq müdafiəçisi Azad İsgəndərlinin dələduzluq üstündə həbsi ilə bağlı nə düşünürsüz?

-Bildiyimə görə, bu əmələ görə Azad isgəndərli əvvəllər bir dəfə də, mühakimə olunub. Allah kömək olsun. Təəssüf ki, bu cür "başbuğlar" da, olur...

-Əhməd bəy, bu aralar mitinq mitinq dalınca izlənilir. Eldəniz Quliyev deyir ki, o mitinqlərin böyük nəticəsi var və bu göz qabağındadır. Sizcə yalnız mitinqçilər tərəfindən görünən nəticəni, nə üçün heç kəs müşahidə etmir?

-Mitinq keçirmək hər bir vətəndaşın, qurumun hüququdur. Amma Milli Şuranın mitinq taktikası doğru deyil. Çünki bu mitinqlər müxalifəti parçalamağa yönəlib. Onlar kimlərəsə, onlardan başqa müxalifət olmadığı görüntüsü yaratmağa çalışırlar. Həmin aksiyaların nə millətə, nə müxalifətə zərrəcə xeyri yoxdur. Əksinə, olimpiya öncəsi ölkədə demokratiya görüntüsü yaratmaq üçün hakimiyyətin işinə yarayır. Səni masa arxasında sivil qaydada müzakirəyə dəvət edirlərsə, sən də normal müzakirədən imtina edib, öz tərəfdarlarınla yalançı hay-küy, nəlbəkidə fırtına yaradırsansa sənin niyyətinin başqa olduğu aydın görünür. Mitinqlər öləziyən xətlə davam edəcək, bir-iki aksiyadan sonra "sosial sifariş" olmayacaq.

-Tofiq Yaqublunu 7 günlüyünə azadlığa buraxdılar. Məlumdur ki, onun tamamilə azad olunmasından dolayı prezidentə çox sayda müraciətlər olunmaqdadır. Sizcə Tofiq Yaqublu azadlığa buraxılacaqmı?

-Tofiq bəyin, eləcə də, digər siyasi mənbusların azad olunması məsələsi hakimiyyət nümayəndəsi ilə müzakirələrdə detallı müzakirə olunub. Hesab edirəm ki, indiki şəraitdə Tofiq bəyin əfv edilməsi hakimiyyətin özünün də, xeyrinə olar. Tofiq bəyin heç bir günahı olmadığı, günahsız olaraq, uzun müddət həbsdə olması, baş verən ailə faciəsi bu adamı azad etməyin lazımlılığını bildirir. Ümumiyyətlə, məsələyə yanaşdıqda mən hesab edirəm ki, hakimiyyət bir sıra addımları atmaqda gecikir. Dialoqun nəticələrinin ortada olması, ölkədə gərginliyin ortadan götürülməsi, problemlərin həll olunması üçün hakimiyyət xoşgörülü mövqedə olmalıdır. Bir sıra məhbuslar əfv olunsa da, hesab edirəm ki, hakimiyyət gərginliyin azalması üçün daha ciddi addımlar ata bilər.





Ülkər
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI