Tofiq Yaqublunun azad olunması üçün prezidentə müraciətlərin ardı-arası kəsilmir
Gundem
Oxunub: 1 442
27 apr 2015 | 14:41
Tofiq Yaqublunun azad olunması üçün prezidentə müraciətlərin ardı-arası kəsilmirBaşqan müavininin əfvə düşməsi məsələsi aktuallaşıb; deputatlar bu barədə nə düşünürlər?

Xəbər verildiyi kimi, Müsavat başqanının müavini, vicdan məhbusu Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun ölümü ilə bağlı 7 günlüyünə azadlığa buraxılıb. Qızının ölümündən sonra başqan müavininin əfvə düşməsi məsələsi aktuallaşıb. Bir sıra siyasi qurumlar T.Yaqublunun azad olunması üçün ölkə prezidentinə müraciət ediblər.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu T. Yaqublunun əfv olunması üçün artıq ikinci dəfə ölkə prezidentinə müraciət edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisi də müraciətində Tofiq Yaqublunu əfv etməyə çağırıb. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu da əfv üçün müraciət edib. Bütöv Azərbaycan Ocaqları da vicdan məhbusunun azadlığa çıxması üçün prezidentə müraciət edənlər sırasındadır.
Ümid Partiyasının sədri İqbal Ağazadə T.Yaqublunun azad olunması üçün ölkə prezidentinə müraciət etmək barədə düşündüklərini söylədi: "Müraciət etmək barədə düşünürük. 125-lər Siyasi Klubunun son toplantısında bu məsələ müzakirə olunub. Mən də bu qurumun üzvüyəm. Millət vəkili olaraq düşünürəm ki, parlamentin iclasında cənab prezidentə müraciət edim. Hər halda Tofiq bəyin azadlığa buraxılması mümkündür. Bu hadisə hər birimizin başına gələ bilər. Ölkə prezidentinə düzgün məlumat çatdırılsa, onunla bağlı qərar verə bilər".
İqtidaryönlü deputat Fəzail Ağamalı Tofiq Yaqublunun özünün ölkə başçısına müraciət etməsinin vacibliyini vurğuladı: "İlk növbədə, həmin şəxsin özü cənab prezidentə müraciət etməlidir. Əgər özü müraciət etmirsə, onun əvəzindən bizim müraciət etməyimiz heç bir məntiqə sığmır. Tamamilə əminəm ki, əgər onun özü, ailəsi cənab prezidentə müraciət etsə, ona humanistlik göstəriləcək, azad olunması üçün qərar veriləcək. Mən baş vermiş faciə ilə bağlı Nərgiz xanımın valideynlərinə başsağlığı verirəm. Belə yaşda övlad itkisi valideyn üçün çox ağırdır".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev müraciət barədə düşünmədiyini bildirdi: "Bu barədə bir fikrim yoxdur. Çox ağır itkidir. Tofiq bəyə başsağlığı verirəm. Amma hər kəs də məhkəmə qarşısında günahı yoxdursa, azad olunmalıdır. Mən bir vaxtlar Nigar Yaqublu ilə bağlı müraciətə imza qoymuşam. Amma Tofiq bəylə bağlı məsələyə münasibət bildirmək yanlış olar. İnşallah, azadlığa çıxar. Heç kimin həbsdə qalmasını istəmirəm. Özüm 8 il məhbəs həyatı yaşamışam. Hamıya azadlıq arzulayıram. Amma ölkədə hər kəs qanun qarşısında bərabər olmalıdır. Kiminsə statusu onu qanunlardan kənarda qoya bilməz. Böyük amnistiya olarsa, bunu alqışlayaram".

http://azeriturk.az
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI