Rəsul Quliyev Abbas Abbasova olan hücumlara etiraz etdi
Azerinfo.az bildirir ki, Eks-spiker Rəsul Quliyev keçmiş baş nazir Rəhim Hüseynovun Moderator.az-da yayımlanan "İşıqlı insan" kitabındakı məqamlar və Rusiyada azərbaycanlılar arasında yaşanan olaylarala bağlı fikirlərini bölüşüb:
"Azərbaycanın axırıncı 100 illik tarixi, liderlərin əksəriyyətinin öz karyerasına görə xalqın mənafeyini qurban verməsini böyük siyasi şücaət hesab etməsi təkzib edilməz faktdır. Moderator.az-dakı həmin yazılar bir daha mən düşündüklərimi tam təsdiq edir. Liderlərin belə əcaib xarakterə malik olmasını 1918-20 -ci illərdəki düşmənə qarşı yox, bir- birlərinə qarşı ölüm-dirim çarpışmaları, N. Nərimanovu satıb, Moskvaya göndərilməsinə nail olmaq, Bağırov tərəfindən bütün düşünən başların kəsilməsi, Axundov vaxtında Türkiyə- Rusiya müqaviləsi olmasaydı Naxçıvanın Ermənistana verilməsinə qarşı müqavimət göstərənlərin özümüz tərəfindən repressiya edilməsi, Əliyev dövründə hörmətli Rəhim müəllimin kitabında göstərilən ağıldan şikəst adamların hökümətə gətirilməsi, Vəzirov kimi xalqa yad olan birisinin hakimiyyətə gətirilməsi, ağır vəziyyətdə hakimiyyətdə qalmaq və gəlmək uğrunda müharibə aparan Mütəllibov və Xalq Cəbhəsinin xalqımızı, ərazi bütövlüyümüzü yaddan çıxarması, Xalq Cəbhəsi hökümətinin liderlərinin "icra başçısını kim qoymalıdır" və başqa xırda məsələlərdə bir- birlərinə müharibə elan etməsi işğalçılarla yox, bir- birləri ilə vuruşması söylədiyim fikirimi təsdiqləyən parlaq nümünələrin üzdə olanlarıdır.
Mütəlibovun hər iki istefasının səbəbləri və nəticələri ilə əlaqədar mən o vaxt hökümətdə yüksək vəzifə tutanlardan qat- qat yaxşı bilirəm və onlardan fərqli olaraq həmişə nəticə verən aktiv mövqeyim olub. İndi o hadisələri detalları ilə açıb xalqı bir daha özündən bədgüman etməyin nə mənası var? Bu erməni soyqırımını öz üzərimizə götürməyin kimə xeyri ola bilər? Yazıda absurd mülahizələr var. "Mütəllibovun Xocalı soyqrımından xəbəri olmayıb, deməli yenidən prezident kreslosunda otura bilər" kimi yaramaz qərarı parlament necə qəbul edə bilər? Prezidentin xəbəri olubsa zindana getməlidir, xəbəri olmayıbsa istefa verməlidir, bu aksiomadır, cənablar...
Moskvada baş verənlərinsə Azərbaycanın imicinə vurduğu zərbəni heç bir şeylə müqayisə etmək mümkün deyil. RF-sı heç vaxt Azərbaycanı, məsələn, Gürcüstan, Moldova kimi daxildə necə çəkişmələri olursa- olsun xaricdə bir yumruq kimi birləşdiyini görmək istəməzlər. RF-nın xüsusi orqanları bizim karyera xatirinə hər şeyi sata biləcəyimiz kimi naqis xarakterimizdən istifadə edir, hər qruplaşmanın qabağına nəsə bir şey atıb onları vuruşdurur. Hər şey yaddan çıxıb. Nə uğrunda müharibə aparır bu insanlar? Torpaqlarımızın azad olması uğrundamı? Xeyr. Orada yaşayan azərbaycanlıların hüquqlarını qorumaq üçünmü? Xeyr. Əslində biz hamımız xəcalət çəkməliyik. Ölkədəki informasiya vasitələri əslində bizi bir millət kimi rüsvay edən bu qalmaqal barədə yazmağa marotoriya qoymalıdırlar. Əksinə, bu yazılarla o insanları bir qədər də qızışdırırlar. Moskvada və ya başqa bir ölkədə bu səviyyədə bir- birlərinə iftira atan, təhqir edən ikinci bir xalq varsa, göstərsinlər. Moskvada oturub bir- birlərindən başqa bir ölkənin prezidentinə danoslar yazırlar, şikayətlər edirlər. Hər iki cəbhə hökümətin adamları olduqlarını bar- bar bağırırlar. Onda bəs bu hökümət hara baxır, niyə təəbələrinə sahib çıxmır?
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI