Azər Allahveranov: “Bu cür məqamların yaşanmasının başlıca səbəbi nəqliyyat vasitələrinə nəzarət mexanizminin olduqca zəif olmasıdır...” -EKSKLÜZİV
“Hər bir avtobusda ağırlıq balansı gözlənməlidir”
Azərinfo.az-ın “Nəqliyyat vasitələrinin sərnişinlərin təhlükəsizlıiyini nə dərəcədə düşünür” adlı apardığı reyd bir neçə nöqsanları üzə çıxarmağımıza nail oldu. Faktla bağlı çəkdiyimiz şəkilləri isə yol təhlükəsizliyi üzrə ekspert ekspert Azər Allahveranov şərh edib. Onun sözlərinə görə, şəkildə göstərilən nəqliyyat vasitəsinin görüntüsü əməlli başlı qayda pozuntusudur: “Siz toxunduğunuz mövzu kifayət qədər aktual mövzudur. Son zamanlar xüsusilə də Bakı şəhərində bu kimi halların yaşandığını görmək mümükündür. Məsələnin aktual olması ilə yanaşı hesab edirəm ki, bunun problematik tərəflərinə də, nəzər yetirmək gərəkir. Bu çox həssas məsələdir. Burada mən bu gün şərh verə bilərəm, sabah həmin sürücü işdən kənarlaşdırıla bilər amma sonuc olaraq bir başqa sürücü sabah yenə də həmin səhv addımı atır. Baxın problem də də elə buradaddır. O sürücü düşünmür ki, bu cür avtobusları idarə etməklə birbaşa sərnişinlərin təhlükəsizliyinə xələl gətirə bilər. Hər bir avtobusda oturmaq üçün və dayanmaq üçün yerlərin sayı bəllidir. Beynəlxalq ölkələrin təcrübəsinə baxsaq biz görərik ki, faktiki olaraq, nəqliyyat vasitəsi olan avtobusda müəyyən olunmuş qədərdən artıq sərnişin daşımaq qəti qadağandır. Bu bir çox xarici ölkələrdə var. sürcülər sadəcə artıq sərnişini nəqliyyata buraxmırlar. Ümumiyyətlə hər bir avtobusda ağırlıq balansı gözlənməlidir. Bu balans da pozulduqda avtobus şəkildə qeyd olunduğu kimi yana əyilmiş formada hərəkət edir. Amma həmin nəqliyyat vasitəsinin bu cür hərəkət etməsi də bilavasitə qəzaya səbəb ola biləcək bir hal kimi qiymətləndirilir. Avtobusun nasazlığından savayı sərnişinlərin sıxlığı məsələsi də xəsarət ala biləcək insanların çox ola biləcəyini göstərir. Yəni xəsarətin nə qədər ağır olmasına dəlalət edə bilər. Ona görə də nəqliyyatın bu cür vəziyyətdə idarə olunması qəti qadağan hesab olunur. Amma qeyd edim ki, bu cür məqamların yaşanmasının başlıca səbəbi nəqliyyat vasitələrinə nəzarət mexanizminin olduqca zəif olmasıdır. Buna nəzarət edən MMC-lər üzərində əfsuslar olsun ki, dövlətin də nəzarəti çox zəifdir”.
Ekspert eyni zamanda sürücülərin hansı səbəbdən sərnişinlərin təhlükəsizliyini düşünməməsi məsələsinə də toxundu: “Bu gün sürücülər gündəlik rüsum ödəyirlər. Bu da onların sərnişinlərin təhlükəsizliyindən çox günün sonuna qədər gərəkən maddi vəsaiti toplamağı düşünməli olurlar. Hətta biz görürük sərnişinlər arasında 20 qəpik uğrunda savaşa belə girirlər. Ona görə də nəqliyyatın nasaz vəziyyətdə idarə etməkdən sürətlə idarə olmağa qədər faktlar ortaya çıxır. Ümumiyyətlə bir çox belə neqativ hallar yaşanır. Çünki sürücülər gündəlik əldə edəcəkləri 5-10 manat çörək pülüna maraqlıdırlar. Bu vəziyyətdəndə çıxış yolu tez bir zamanda kart sisteminin tətbiq olunması və avtobus sürücülərinə aylıq məvacibin kəsilməsidir. Belə olarsa, sürücü sərnişinlərin təhlükəsiz daşınmasında da, maraqlı olar. hazırda isə sürücülər sərnişinlərdən pul yığmaq və planı doldurmaqda maraqlıdır”...
Ekspert sürcülərin gündəlik tibbi və nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi məsələsinə də münasibətini bildirdi: “ Bəli siz düz vurğulayırsız ki, avtobuslar gündəlik texniki baxışdan keçirilməlidir və sərnişinlıərin təhlüksəziliyi pozacaq amillər aradan qaldırılmayana qədər idarə olunmasına icazə verilməməlidir. Amma bir çox avtobuslar qaraja aparılmır. Və ya aparılsa da xüsusi nəzarət olunmur. Bununla yanaşı uzun saat boyunca sərnişinləri daşımaqla məşqul olan sürücülərin sağlamlığı və sərnişinlərin təhlükəsizliyi baxımından sürücülər gündəlik tibbi yoxlamadan da keçməlidirlər. Bu proses çox ciddi bir nəzarət mexanizmi tələb edən olduqca ciddi bir məsələdir”.

Ülkər Musazadə
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI