Ermənistanın “lragir.am”nəşri: “Rusiya Ermənistana verdiyi C-300 texnikasını geri alır...”
Gundem
Oxunub: 1 972
15 apr 2015 | 11:19
Erməni nəşrləri Rusiyanın İrana C-300 texnikasını satması ilə bağlı rəsmi İrəvanın təşviş içində olmasını əks etdirir. Azerinfo.az-ın Ermənistanın "lragir.am" nəşrinə istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl Rusiya İrana zenit-raket kompleks hərbi texnikası hesab olunan C-300-ün satışına qadağa qoymuşdu. İndi isə Rusiya XİN-i bəyan etdi ki, Rusiya sözü gedən texnikanın satışı ilə bağlı barter razılaşmasına gəlib. Yəni texnika ilə neft dəyişdiriləcək. Baxmayaraq ki, Rusiyanın Energetika naziri Rusiyaya İran neftinin idxal olunmadığını bildirib.

Ermənistanın “lragir.am”nəşri: “Rusiya Ermənistana verdiyi C-300 texnikasını geri alır...”

Erməni nəşri bildiri ki, Moskvanın Tehranla bu cür anlaşması Rusiyanın ötüb getmiş qatara çatmağa çalışmağı xatırladır. İran və Qərbin “5+1” lərin görüşü zamanı anlaşmasına mane ola bilməyən Rusiya İrana öz raketlərini satmaq qərarına gəlib. Məlum məsələdir ki, İran Rusiya ilə bağlı arbitraj məhkəməsinə müraciət edib və Rusiyadan 4 milyard dollar təzminat tələb edir. Görünür, Moskva məhkəmənin Tehranın xeyrinə qərar verəcəyi ilə bağlı xəbər alıb. Çünki rəsmi İran bu gün Rusiya tərəfindən söz verilən zenit raketlərin satışının gerçəkləşməsini gözləyir. Sözü gedən raketlərin istehsalı isə artıq uzun müddətdir dayandırılıb. Yeni istehsal da, zaman tələb edir. Əslində İrana həm raketi almaq, həm də 4 milyard təzminatı ala bilmək variantı sərf edir.

Onu da qeyd edək ki, Rusiya-İran arasındakı bu anlaşma İsrail və ABŞ-ın narazılığına səbəb olub. Əlbəttə onlar fərqindədir ki, Rusiya İrana təmənnasız raket satmayacaq və mütləq onun əvəzində düşünülmüş, olduqca hiyləğər bir addım atacaq.

Bütün bunlarla yanaşı erməni nəşri bildirir ki, Rusiya sözü gedən C-300 zenit raketlərini Ermənistana da təchiz edib. Amma bu günə Ermənistanın həmin raketləri istifadə etmək üçün elə bir şərait yaranmayıb. Həmin bu texnikanın Ermənistana təxhizatı məsələsi də, həmişə Türkiyə və Rusiya tərəfindən Rusiyanın üzünə vurulur. Rusiya da, böyük ehtimalla həmin raketləri Ermənistandan geri alaraq, İrana satacaq. Bu durum isə Türkiyə və Azərbaycanın qələbəsi kimi qiymətləndiriləcək. Çünki əgər Rusiya Azərbaycan və Türkiyənin xeyrinə bu addımı atarsa, Rusiya İrana verəcəyi 4 milyard təzminatdan da, boyun qaçıra biləcək. Ermənistan isə yenə həmişə olduğu kimi dövlətlərarası mübarizədə günahkar keçi rolunu oynamağa məhkum olunacaq...






Ü.Musazadə
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI