Tatarıstan prezidentı Gəncədə səfərdə olub
atarıstan prezidenti Gəncə Avtomobil zavodunda yığılan ilk "KamAZ" avtomobilinin konveyerdən çıxması mərasimində iştirak edib
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində yığılan ilk "KamAZ" markalı avtomobil konveyerdən çıxıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə zavodda keçirilən tədbirdə Azərbaycanda səfərdə olan Tatarıstan prezidenti Rüstəm Minnixanov, Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "KamAZ" ASC-nin baş direktoru Sergey Koqoqin və zavodun əməkdaşları iştirak edib.
Qonaqlar əvvəlcə zavodda yeni yığılmağa başlayan "KamAZ" avtomobillərinin yığım xətti ilə tanış olublar. Tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov "KamAZ" markalı avtomobilin Azərbaycanda yığılmasını Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin günü-gündən inkişaf etməsinin göstəricisi adlandıraraq bu əlaqələrinin bundan sonra da davam etdiriləcəyini bildirib. Ziya Məmmədov Gəncədə yığılan "KamAZ" markalı avtomobillərin ilk alıcısının Nəqliyyat Nazirliyi olacağını bildirib. Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə Azərbaycan iqtisadiyyatının inkişafından danışıb. O, son illər Gəncədə inşa edilən yeni istehsal müəssisələri barədə qonaqlara məlumat verib. Polad Bülbüloğlu isə Rusiya ilə Azərbaycan arasında hər bir sahədə əlaqələrin günü gündən inkişaf etdiyini diqqətə çatdırıb.
Tatarıstan prezidenti Rüstəm Minnixanov "Gəncə Avtomobil Zavodu" İB-də "KamAZ" markalı avtomobillərin yığılmasının yeni əlaqələrin qurulmasına nümunə olacağını deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə də iki ölkə arasında iqtisadi sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparıldığını xatırladıb.
"Gəncə Avtomobil Zavodu" İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev "KamAZ" ASC ilə Gəncə Avtomobil Zavodu arasında əlaqələrin 10 il əvvəl kiçik minik avtomobillərin istehsalı ilə yarandığını bildirib. O qeyd edib ki, "balacadan - böyüyə" devizi ilə işləyən zavod artıq böyük avtomobillərin istehsalına başladığından müəssisənin şüarı dəyişdiriləcək.
Tədbirin sonunda Tatarıstan prezidenti Rüstəm Minnixanov Gəncə Avtomobil Zavodunda konveyerdən çıxan ilk "KamAZ" markalı avtomobili işə salaraq sınaqdan keçirib.
Qeyd edək ki, 2015-ci ilin fevral ayında "Gəncə Avtomobil Zavodu" İB ilə Rusiyanın nəhəng şirkəti olan "KamAZ" ASC arasında "KamAZ" markalı avtomobillərin yerli şəraitdə sənaye yığımının təşkili ilə bağlı uzun müddətli müqavilə imzalanıb. Bununla əlaqədar, Gəncə Avtomobil Zavodunda qısa müddət ərzində yeni yığım xətti quraşdırılıb və ilk "KamAZ" avtomobillərin yığımı təşkil olunub. Xəttin istehsal həcmi ildə 1500 avtomobilin buraxılışına hesablanıb.
"KamAZ" ASC ilə bağlanmış müqaviləyə görə ilkin mərhələdə Gəncə Avtomobil Zavodunda 31 müxtəlif modeldə "KamAZ" markalı avtomobilin istehsalı planlaşdırılır. Bu ilin sonunadək zavodda "KamAZ" avtomobillərinin sənaye yığımı üçün ayrıca yeni sexin təşkili nəzərdə tutulur.

Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI