Ağdamın işğalının şok səbəbi...
Gundem
Oxunub: 1 368
14 apr 2015 | 00:58
Ağdamın işğalının şok səbəbi...Ağdamın işğalının şok səbəbi...

Yarıtmaz diplomatiyamız hərbi uğurlarımızı necə məhv etdi...?
Surət Hüseynovun adamı Rəsul Quliyevə və Pənah Hüseynə maraqlı suallar ünvanladı...

Birinci Qarabağ savaşının iştirakçısı və Surət Hüseynovun başçılıq etdiyi 709 saylı hərbi hissənin qərargah zabiti olmuş əslən ağdamlı Nazim Bayramov eks-spiker Rəsul Quliyevlə Moderator.az-dakı söz duelində qarşı tərəfin Ağdamın işğalının qarşısını ala bilməmək ittihamına olduqca ilginc cavab verib.
Xatırladaq ki, qarşılıqlı ittihamlarla zəngin həmin açıqlamaların birində Rəsul Quliyev nazim Bayramovu ittiham etmişdi ki, öz rayonunu əlində o qədər silahlı qüvvə olduğu halda işğal olunmaqdan xilas edə bilməyib. Nazim Bayramovunsa həmin dövrün hadisələri haqqındakı fikirləri olduqca maraqlı və düşünməyə vadar edəndir, əslində təkcə Ağdamın deyil, bütün itkilərimizin səbəbi də elə həmin dövrdəki yarıtmaz diplomatiyamız və beləliklə də ordumuza arxadan vurulan zərbə oldu...
"Əvvəla, Rəsul Quliyev dediyi kimi, Surət Hüseynov Qraçova pul verməklə 1992-ci ilin yay- payız aylarında Şerbak Ağcakəndi(Şaumyanı), Ağdərəni(Mardakerti) və Laçını(şəhər istisna) azad edib, bizə vermişdisə, onda o rayonlar uğrunda şəhid olmuşlar hardandı? İkincisi, Şerbak bizə rayonlar alıb veribsə, onda Rəsul Quliyev də ruslara pul verib, bircə kəndi azad etdirəydi. R. Quliyevin pulumu yox idi?
Müharibə nəzəriyəsindən azacıq anlayışı olan hər kəs bilir ki, münaqişələri müharibə həddinə çatdıran siyasətçilərin səhvləri olur. Müharibə başlayandan sonra dövlət siyasəti və diplomatiya bütünlüklə hərbi maraqların və hədəflərin təminatına yönəldilir, hərbi zərurətlərə tabe edilir. Bizdə isə müharibənin bu iki qolunun bir-birilə əlaqəsi yox idi, siyasət öz, hərbi əməliyyatlarsa öz məntiqilə inkişaf edirdi.
Azərbaycanın Qarabağı de- fakto itirməsinin baş səbəbi dövlətin Ermənistan- Azərbaycan müharibəsi dövründə apardığı xarici və daxili siyasətin hərbi zərurətləri nəzərə almaması, əksinə, siyasi qərarların hərbi əməliyyatların pozulmasına gətirib çıxarması oldu. Dövlət siyasətinin ikinci əsas səhvi- müharibə başlayandan sonra ərazi bütövlüyünün qorunmasını cəbhələrdəki əməliyyatlara deyil, sülh danışıqlarını aparan vasitəçilərin öhdəsinə buraxmasında oldu.
O dövrlərdəki siyasi rəhbərlik hərbi əməliyyatların gedişinə birbaşa qarışmayanda Azərbaycan Ordusu uğurlar qazanır, irəliləyirdi. Hücumun ortasında siyasi rəhbərliyin atəşkəs elan etməklə, yaxud əsas hücum istiqamətini öz düşüncəsinə uyğun dəyişdirməklə hərbi əməliyyatlar pozulur, düşmənə fürsət verilirdi. Qarabağ müharibəsinin bütün tarixi buna sübutdu. Rəsul Quliyevin N. Sadıkovla birgə təşəbbüsü ilə 4 min azərbaycanlı övladının həyatına son qoymuş 1994-cü ilin faciəli yanvar Kəlbəcər avantürası da bunun bariz nümunəsidi. Yalnız son dərəcə məsuliyyətsiz adamlar qışda 2000- 3000 metr hündür dağ relyefində qoşunlarını genişmiqyaslı hücuma atarlar.
Lakin söhbət Ağdamdan gedirsə, yuxarıdakı fikirlərimi Ağdamın işğal tarixcəsinin misalında nümayiş etdirəcəm.
1993-cü ilin mayın ortalarında Moskvada Rəsul Quliyevin də iştirak etdiyi danışıqlarda Pənah Hüseynov Ermənistan səfirliyinin bağında Q. Baqratyanla gəzişib, indi də ağız dolusu reklam etdiyi qondarma "Böyük Sülh Sazişi"nə (öz ifadəsilə) imza atan zaman Ermənistan ümumi sayı 8 minlik hücum qruplaşmasını, o cümlədən 83-cü briqadasını, başqa hərbi birləşmələrini, zirehli texnika, döyüş və nəqliyat helikopterlərini və Qarabağda olan qüvvələri Ağdərə və Ağdam istiqamətində genişmiqyaslı hücuma keçmək üçün yerdəyişməsini keçirir və cəmləşməsini aparırdı.
Böyük Sülh Sazişinə arxayın olan AXC iqtidarı 1993-cü il 3 iyundan "Tufan"a hazırlıq məqsədilə artilleriya sistemlərini Ağdamdan çıxarıb, Sürət Hüseynov faktorunu zərərsizləşdirmək üçün Gəncəyə göndərdi.
4 iyunda ermənilər 8 minlik qruplaşma ilə Ağdama genişmiqyaslı hücuma keçdilər. 708-in bölmələri qəhrəmancasına müdafiə olunur, lakin düşmənin canlı qüvvədə və texnikada böyük say üstünlüyü özünü göstərirdi.
4 iyulda 709-cu briqada Ağdama 708-ci briqadanın komandiri Talıb Məmmədovun ixtiyarına göndərildi. 709-cu briqada Ağdama gələn zaman Ağdamın ətraf yüksəklikləri düşmən əlində, şəhər 3 tərəfdən mühasirədə idi, bizim mövqelər aşağıda, ermənilərin mövqeləri yüksəkliklərdə idi.
Ağdamın yeganə xilas yolu- düşməni şəhərin ətraf yüksəkliklərindən və ərazilərdən vurub çıxarılması idi.
709-cu briqada Ağdama çatan kimi Talıb Məmmədovun əmrilə 708-cu briqadanın bölmələrilə birgə hücuma keçərək, 4-8 iyul ərzində 8 kənd və yüksəkliklərdən düşməni vurub çıxartdı, erməniləri müdafiəyə keçməyə məcbur etdi.
9 iyul sübhdən qüvvələrimiz düşmən üzərinə əks hücumu davam etdirməli idilər, lakin 8 iyulda gecə Talıb Məmmədov komandirlərə Ali Baş Komandanın əmrini çatdırdı- ATƏT-in Minsk Qrupunun sədri Rafaellinin və diplomatik missiyasının bölgəyə sülh danışıqları aparmaq üçün gəlişi ilə bağlı sabah səhərdən etibarən 10 günlük atəşkəs elan olunub. Sabaha planlaşdırılmış əks-hücum ləğv edildi.
Bu 10 günlük atəşkəsin 4-cü günü ermənilər atəşkəsi pozaraq, yeni qüvvələrlə hücuma keçdilər. 23 iyulda Ağdam şəhəri işğal olundu. Ağdam şəhəri 12 iyundan 23 iyula qədər 43 gün ərzində qəhrəmancasına müdafiə olundu, briqadalar şəxsi heyyətinin 30%-ə qədərini bu döyüşlərdə itirdilər.
Ağdamdan sonra da hər rayonun işğal öncəsi 10 günlük atəşkəslər imzalanıb. Rəsul Quliyev bunu yaxşı bilməlidi, çünki unutmayıbsa, Ağdamdan sonrakı atəşkəslərdə Azərbaycan höküməti tərəfindən onun imzası durur.
KİV-nin əksəryəti Azərbaycan Ordusunu məğlub duruma çatdırmış siyasilərin nəzarətində olduğuna görə Vətən yolunda canlarını fəda etmiş Qarabağ döyüşçülərinin sözü xalqa çatdırılmır, cəmiyyətimizin "beyni yuyulur", qəhrəman xalqımıza "məğlubluq, acizlik kompleksi" aşılanır.
Qarşısında ərazi bütövlüyünün bərpası vəzifəsi duran millət məğlub olduğu müharibə haqqında təsəvvüründəki qüsurlar, səhv yanaşmalar və mif və yalanlarla yoğrulmuş mozaik biliklər, hərbi- siyasi məğlubiyyətindən doğru nəticələr, ibrətlər çıxarmağa imkan vermir və gələcəkdə də eyni səhvlərin, acıların təkrarlanmasına yol açır."

http://moderator.az
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı