"Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik" - Mehriban Əliyeva
Gundem
Oxunub: 1 650
13 apr 2015 | 12:04
"Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik" - Mehriban Əliyeva

“Rosiyya 1” telekanalının “Vesti nedeli” analitik proqramında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilmiş süjet nümayiş olunub.

Azerinfo.az AZƏRTAC-a istinadən bildirir ki, tanınmış jurnalist, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kisilyovun müəllifi olduğu verilişdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə qısa müsahibə də verilib.

Süjetdə qeyd olunur ki, Avropa Oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda, Avropa dəyərlərinə sadiqliyinin sübutudur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva telekanala müsahibəsində qeyd edib ki, birinci Avropa Oyunlarının başlıca fərqli cəhəti xeyirxahlıq və qonaqpərvərlik ab-havası olacaq. Mehriban xanım Əliyeva deyib: “Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar bizim xalqımıza məxsus keyfiyyətlərdir. Ümid edirəm ki, ilk Oyunların başlıca fərqli cəhəti qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası olacaq. Əminəm ki, bunu bütün qonaqlar hiss edəcəklər. Oyunlara hazırlıq üçün bizə cəmi iki il yarım vaxt ayrılmışdı. Bu vaxtın çox dar məqam olduğuna baxmayaraq, biz idmançılar, rəsmi şəxslər, paytaxtımızın qonaqları üçün maksimum rahat şərait yaratmağa çalışmışıq ki, bu bayram əsl birlik, dostluq və idman bayramına çevrilsin”.

Rusiya jurnalistlərinin fikrincə, ilk Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın namizədliyi təsadüfən seçilməyib. 2012-ci ildə burada “Eurovision” mahnı müsabiqəsi uğurla keçirildi. Avropa Oyunları üçün də onlarca obyekt tikilib və yenidən qurulub, nəqliyyat və mehmanxana infrastrukturu hazırlanıb. Olimpiya kəndinin tikintisi başa çatırılır.

Təşkilat Komitəsinin üzvləri çəkiliş qrupuna qarşıdan gələn oyunların başlıca arenası – Olimpiya stadionu, Heydər Əliyev adına İdman Kompleksi, “Crystal Hall”, Xəzərin sahilində çimərlik və su idman növlərinin keçirilməsi üçün inşa edilmiş Su İdmanı Sarayı barədə söhbət açıblar.

Süjetdə deyilir: “Bakıda bütün obyektləri bir-birinə yaxın tikməklə, Oyunların məkanını maksimum yığcam etməyə çalışıblar. Obyektlərin hamısı şəhərin mərkəzində, bulvar və İçərişəhərə yaxın yerdə inşa olunub. Elə “Atletlər kəndi” də əsas idman meydançalarının yaxınlığındadır”.

Rusiya tamaşaçılarına hazırlıq mərhələsində Soçi təcrübəsindən istifadə olunduğu, 1300-dən çox xarici media qurumunun akkreditasiyadan keçdiyi, Hindistan, Çin, Afrika, Amerika teleşirkətləri ilə müqavilələr bağlandığı barədə də məlumat verilib. Oyunların baş əməliyyat direktoru Saymon Kleqq isə vurğulayıb ki, Oyunlar bütün dünyada yayımlanacaq.

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, yarışlarda 6200-ə yaxın idmançının və 300-dən çox nümayəndə heyəti üzvlərinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsinin üzvü olan 50 ölkənin hamısı iştirakını təsdiqləyib.

“Vesti” kanalının müxbiri süjetini yekunlaşdıraraq deyib: “Bakıda Avropa Oyunlarının keçid mərhələsi olduğunu, başlıca məqsədin Yay Olimpiya Oyunları olduğunu gizlətmirlər. Gecələr Bakı Şərq nağıllarını xatırladır. Minlərlə projektorla işıqlandırılan və kosmosdan gələcək oyunların mayakını xatırladan idman obyektlərini görəndə aydın olur ki, Azərbaycanın Olimpiya Oyunlarını keçirmək iddiası əsassız deyil. Birinci olmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir”.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı