Heydər Əsədov İsmət Abbaosun əlibaltalı quldurlarını çökdürə biləcəkmi?
Gundem
Oxunub: 1 524
13 apr 2015 | 11:16
 Heydər Əsədov İsmət Abbaosun əlibaltalı quldurlarını çökdürə biləcəkmi?

Dünya mətbuatında ət alqı-satqısı sahəsində ixtisaslaşmış bir sıra şirkətlərin maxinasiyaları ilə bağlı vaxtaşırı məlumatlar gedir. Avropa Birliyinin rəqabət işləri, istehlak və saxtalaşdırma ilə mübarizə üzrə mərkəzi idarəsinin apardığı araşdırmalar sayəsində at ətinin mal əti adı ilə istehlakçılara satılması halları aşkar ediləndən çoxları artıq bu tapıntıya heyrətlənmir.

Ciddi araşdırmalar göstərib ki, Avropa istehlak bazarında satılan əksər mal əti farşlarında at ətinin qarışığı var. Bu məsələnin diqqəti cəlb edən tərəfi əsasən ucuz at ətinin nisbətən baha mal əti kimi qablaşdırılması və tanınmış firmaların istehsalı adı ilə istehlakçılara satılması faktları ilə bağlıdır. Bəzi məlumatlara görə, bu cür maxinasiyalar nəticəsində hər il yüz minlərlə ton at əti saxtalaşdırılır və bundan külli miqdarda gəlir götürülür. Bütün Avropada ət ticarəti sahəsində ixtisaslaşmış 30-a yaxın kompaniyanın adına buraxılmış saxta etitetli ət ötən il Avropa Birliyinin demək olar ki, bütün ölkələrinin mağazalarında satılıb. Göründüyü kimi, söhbət burada at ətinin insan orqanizminə ziyanından, yaxud hansısa mənfi təsirindən getmir. Avropada üzə çıxmış maxinasiya söhbəti yalnız normal ticarət qaydalarının, eynən də istehlakçıların hüquqlarının pozulması ilə əlaqədardır. Məlumat üçün bildirək ki, at ətinin digər növlərdən fərqli cəhətləri var. Təkibindəki tam dəyərli zülal 20-25 faiz, su 70-74 faiz və piy 2,5-5 faiz təşkil edir.At əti kalium, natrium, fosfor, dəmir, mis, maqnezium, amin turşuları, tiamin, riboflavin, nikotinamid kimi maddələrlə, B,A,PP,E vitaminləri ilə zəngindir. Bir çox köçəri xalqların qida rasionunda mühüm yer tutan at əti həm də səfər yeməyi kimi çox faydalı keyfiyyətlərə malikdir. Soyuq halda yeyildikdə bədənə enerji, hərarət gətirir. Məhz bu xüsusiyyətinə görə bir çox Asiya ölkələrində at əti demək olar ki, hər yerdə satılır. At ətinin qida əhəmiyyəti də xeyli böyükdür. Bəzi digər heyvanların ətindən tərkibindəki xolesterinin azlığı və antisklerotik təsirləri ilə fərqlənir ki, bu da at ətinin dietik baxımdan dəyərini ortaya qoyur. Lakin nəzərə almaq lazımdır ki, söhbət yalnız ekoloji cəhətdən təmiz, istifadəyə tam yararlı at ətindən gedir. Avropadan fərqli olaraq bizdə vəziyyət kəskin şəkildə fərqlidir. Özü də istehlakçıları at əti ilə aldatsaydılar, dərd yarıydı. Əsas təhlükə ondadır ki, ölkəmizdə bir çox işbazlar istehlakçılara xəstə, yararsız və daha çox ölmüş atların, eşşəklərin və camışların ətini mal əti adı ilə sırıyır. Bu isə əhali arasında təhlükəli yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Lakin maxinasiyalar tək bunlarla da bitmir. Bazarlarda tez-tez ölü quş ətinin də satılması hallarına rast gəlmək olar. Belə vəziyyət daha çox Bakının topdansatış ət bazarlarında, həmçinin Sumqayıtda əhalinin sağlamlığına təhlükələr yaradır. Ətin satışına gərəkli baytarlıq nəzarətinin olmaması bu problemin həllində çətinliklər yaradır. Nə qədər ki, Baytarlıq Nəzarəti Xidməti normal işləmir, nə qədər ki, minlərlə cəmdəyə yalançı möhür vurulur, vəziyyətin düzələcəyinə inam azalır. Yararsız ətin üzərinə istifadəyə yararlılıq möhürünün vurulması faktları nədənsə Baytarlıq Xidmətinin məsul şəxsləri tərəfindən yetərincə araşdırılmır.Bu mənada məsuliyyətsiz baytar həkimlərin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi vəziyyətin düzəlməsində rol oynaya bilər. Bildiyimiz kimi, hazırda Bakıda müasir tipli ət kəsim kombinatlarının tikintisi davam etdirilir. Ət kombinatlarının yaradılması qeyri-qanuni, heyvan kəsiminin qarşısını almağa imkan verə bilər. Bununla bərabər paytaxt ərazsində kiçik həcmli müasir ət kəsimi müəssisələrinin yaradılması da gündəmdədir. Lakin bütün hallarda hər şey Dövlət Baytarlıq Nəzarəti əməkdaşlarının fəaliyyətindən asılı olacaq. Odur ki, indinin özündə cibində möhür gəzdirən və ətin keyfiyyət sertifikatını dizinin üstündə təyin edən rüşvətxor baytar həkimlərin ciddi cəzalandırılmasına start verilməlidir.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI