Ucuz ətin şorbası olmaz...
Ötən gecə paytaxtın Nobel prospektindəki 9 mərtəbəli binanın fəsadının tamamilə yanması, daha sonra Bakının Nərimanov rayonu ərazisində yerləşən "Yaşıl bazar" yaxınlığında başlayan yanğın hadisəsi bu yanğınların səbəbinin araşdırmağımıza səbəb oldu. Yanğının sürətlə yanması və yanğın zamanı aləmi yanğın iyindən çox ərimiş rezin iyinin bürüməsi olduqca müəmmalı məsələ idi. Məlum oldu ki, bu binaları konfet kağızı kimi bəzəyən Bakı merinin əl işlərinin baris nümunəsidir. Yəni etiraf etməsəm olmaz ki, Bakı meri bu əməli ilə bir daha qənaətçil icra başçısı kimi fərqlənməyi bacardı... Onu anlamaq olar. Yazıq mer neyləsin, gedib köhnə dam-daşı mərmərlə bəzəməlidir? O da, gedib köpük və plastikin sintezindən alınana penoplastdan istifadə edib.
Etiraf etmək gərəkir ki, ekspertlər dəfələrlə mediada çıxış edərək, binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu vurğulayıb. Səbəb isə bu materialın kağız kimi yanma xüsusiyyətinə malik olmasıdır.

Bir çox dövlətlərdə penoplasta məhz hansı sahədə istifadə olunması məsələsini də araşdırdıq. Məlum oldu ki, penoplast Azərbaycana İtalya, Türkiyə adı altında gətirilsə də, məhz Çin məhsulu hesab olunur. Amma penoplastın vətəni Çin olsa da, orada belə tikinti sahəsində penoplastdan istifadə olunmur. Ümumiyyətlə çox az sayda dövlətlər pullarına qənaət etmək məqsədi ilə camaatın həyatını riskə atmağa cəhd edir. Bunlardan biri də əfsuslar olsun ki, Azərbaycandır. Misal üçün Rusiyada və digər böyük dövlətlərdə penoplastın tez alışan material olmasını nəzərə alaraq, onu sadəcə dənizdə xilasedicilərin istifadə etdiyini və ya texniki avadanlıqların satışı zamanı sınmaması üçün qutulara yerləşdirilərkən istifadə olunur. Rusiya mütəxəssisləri hesab edir ki, bu materialın başlıca özəlliyi odur ki, material hava buraxmır. Yəni soyuğun qarşısını almaq üçün də istifadə oluna bilinər. Amma dönə-dönə təhlükəli olduğunu da bildirilər və bunu istifadəsini bir növ qadağa da edirlər. Bizim binaların gözəl görünməsini təmin etməyə cəhd edən meriyamız binaların üzlənməsi məsələsini üzünə-gözünə bulaşdırması bir yana, hələ bu inşaat işində işləyənlər belə həmin penoplastdan mənzillərdə otaqların arakəsməsində də istifadı edirlər. Bəli üzlük üçün istifadə olunan penoplastdan fərqli olaraq, arakəsmə üçün istifadə olunan penoplast material nistbətən qalındır. Amma yenə də, ucuz başa gəlməsi üçün insanların həyatını riskə atmaq olmaz.
Hə indi də gələk, bir az əvvəl qeyd etdiyimiz kimi yanğın zamanı aləmi bürüyən ərimiş rezin iyinə. Məlum olduğu kimi kimyəvi maddələrdən süni yolla istehsal edilən penoplast material alışan zaman qorxulu zəhər istehsal edir. Bunun fərqində olan inşaat sektoru və icra hakimiyyəti penoplastdan istifadə edirsə, buna sizcə nə ad qoymaq olar? İki-üç manat artıq vəsaitə sahib olmaq adına, bu qədər insanın həyatı ilə oynamağa onlara kim haqq verib? Maddi vəsaiti düşünüb, insanların təhlükəsizliyini düşünməyən bu cür insanların əməllərinə nə ad verilməlidir? Yaxşı, deyək ki, icra hakimiyyəti və inşaat sektorunda çalışanlar sadəcə öz ciblərini düşünüb. Bəs Fövqəladə Hallar Nazirliyi bu duurumda hara baxıb? Bildiyimiz qədəriylə hər bir inşaat zamanı ərazidən tutmuş istifadə olunacaq materiallara qəıdər Fövqəladə Hallar Nazirliyinin tam nəzarəti və razılığı ilə icra olunmalıdır... Elə binaların üzlənməsi məsələsində də... Bu gün bir çox ekspertlərin və millət vəkilləırinin həmin xətadan bina alışandan sonra, 408-dən çox ailənin zərər çəkməsindən sonra penoplast materialla binaların üzlənməsinin əleyhinə fikrlər söyləyirlər. Cənablar, bu fikrləriniz boş havaya səslənmiş fikrilərdən başqa bir şey deyil. Nə üçün 8 aydır paytaxta binaların üzlənməsi davam etdiyi halda, həmin fikrləri səsləndirən millət vkilləri bu məsələni Milli Məclisdə bir dəfə də olsa müzakirə obyektinə çevirmədi? Axı hörmətli millət vəkilləri, sizlər bizlərin maraqlarımızı və təhlükəsizliyimizi düşünmək adına bu gün deputat kürsüsündə əyləşmisiniz. Nə üçün heç kəs, bütün bu olanlarda Fövqəladə Hallar Nazirliyinin diqqətsizliyini vurğulamır? Biz bəzi üzdəniraq mətbuat orqanları kimi kürsülülərin mediadakı “savaş arenasın”dan deyilik. Sadəcə olan hadisəni lazimi kimi qiymətləndirmək və insanların təhlükəsizliyinin gələcəkdə təmin olunması adına bunları açıqlamaq sorundayıq. Bu gün Bakı meri Hacıbala Abutallıbova binaların üzlənməsi həvalə oluna bilər. Bu gün Hacıbala Abutalıbov maddiyyat güddüyündən ən ucuz və keyfiyyətsiz materialdan da, istifadə edə bilər. Bəs bütün bunların baş evrdiyi zaman onlara nəzarət edəcək orqanın nə işlə məşqul olması maraqlıdır. Nədənsə həyətyani sahələrdə öz təhlükəsizliyini düşünüb özləri üçün ev tikən əhaliyə həm bələdiyyə, həm icra hakimiyyəti, həm həmin sahəyə baxan kənd soveti və sairə ilaxır tərəfindən diqqət daha çox ayrılır... El dili ilə desək, ev tikərkən biri gedib, biri gəlir. Guya sözdə yoxlama aparsalar da, axırı nəzarət edən olur. Hələ bir adamdan “hörmət” də tələb edirlər. Qonşu qonşusunu ev tikən görəndə, artıq “Nübarəkdir”-in yerinə ilk sualı “Kənd sovetinə nə qədər hörmət elədin?” olur. Görünür bu forma mənzillərin inşası zamanı da istifadə olunur.
Ü.Musazadə

Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı