Biz bu gedişlə hara gedirik bəlli deyil...
Gundem
Oxunub: 1 628
10 apr 2015 | 15:26
Bu günlərdə, o qədər müəmmalı məsələlər ortaya çıxır ki, adam bilmir hansından danışsın...Elə götürək Səudiyyə Ərəbistanının müftisi Əbdüləziz Ali Şeyxin verdiyi əcaib bir fətvaya. O bildirib ki, əgər kişi ölümcül həddə qədər aclığa düçar olsa və yeməyə heç nə tapmasa, öz qadınının bir hissəsini və ya bütün bədənini kəsib yeyə bilər. Bu da, bu boyda şeyxin dünya gender bərabərliyindən dəm vuran bir vaxtda verdiyi fətva... Adamı yandırıb tökən odur ki, bu gün müsəlman aləmini vəhşi kimi göstərmək niyyətində olanlar, bax elə bu şeyx kimi başıboş qəssabların timsalında dilədiklərini etdirməyi bacarırlar. Misal üçün bir müddət əvvəl də həmin şeyx qızların 15 yaşından aşağı nikaha daxil olmalarına icazə haqda da fətva vermişdi. Bu necə vəhşilikdir? Bu necə prinsipdir? Bu necə dindir? Sizlər həqiqətən bunları deyənlərin müsəlman olduğuna inanırsınızmı? Məgər müqəddəs “Qurani-Kərim” qadınlara qarşı bu qədər vəhşiliyimi təbliğ edir? Xatırlayırsınızsa, qız övladının dünyaya gəldiyi zaman diri-diri torpağa dəfn edənlər də elə bu qəbildən olan insanlar və düşüncə sahiblərinin əməlləri idi. Bütün dünya gender bərabərliyindən danışır. Bu gün qadınlar da kişilər kimi bərabər hüquqlara malikdir. Bu gün dünyanın bir çox dövlət başçıları qadınlardır. Ərəb şeyxinin dediklərindən çox, onun bu deyimlə kimlərin islama qarşı bəşəriyyətdə nifrət oyatmaq niyyətinin olmasını aşkar etmək lazımdır.

Məlum məsələdir ki, tarixin bütün dövrlərində geosiyasi müstəvidə hər bir manevr üçün enmə zolağı dinlər arası ədavət və münaqişələr olub. Bəli bu gün, dünyada baş verən bütün hadisələri nəzərə aldıqda, 3-cü dünya müharibəsinin başlayacağına ehtimal vermək mümükündür. Lakin bütün bunlar belə İslamı bu qədər çirkinləşdirməyə yetərli səbəb deyil. Suriyadan tutmuş İŞİD-ə qədər törədilənlər, günahsız-günahlı qan tökülməsinə seyrici qalmağımız yetməz kimi indi də, qadınların qoyun kimi ərləri tərəfindən yeyilməsinəmi dünya seyrici qalacaq? Bu din deyil! Bu utopiyadır!

Əgər xatırlayırsınızsa, 2-3 il bundan əvvəl Avropa ölkələrində faiz göstərici ilə çoxluq təşkil edən sayda insanlar İslam dinini qəbul edirdilər. Görünür bu bir çox dairələr arasında İslamafobiyaya səbəb oldu. O üzdən buna qarşı mübarizə aparmağa başladılar. Əfsuslar olsun ki, islam dövlətləri arasında ədavət salmaq 2*2-yə bərabərdir. Beləliklər İslamafobiyaya yoluxmuş dairələr islam dininə mənsub, lakin sosial durumu zəif olan dövlətlərdə müəyyən qədər maliyyə ayırmaqla istədikləri ssenarini uyqulaya bilirlər. Bu cür şeyxlər də, həmin qəbildən olan insanlardandır. Yəni İslamafobiyaya tutulmuş dairələrə xidmət edənlərdədir...
Lakin bunu bir çoxları nə düşünmək, nə də bundan nəticə çıxarmaq istəmir... Əslində bəzi siyasi dairələrin verdiyi maliyyə də məhz ona görə verilir ki, onlar ümumiyyətlə düşünməsin, sadəcə soru sormadan ona deyilənləri hərfi hərfinə təkrarlasın. Onları sadəcə nəticə maraqlandırır. Nəticə də göz qabağında...
Bu gün BMT-nin Təhlükəsizlik Şurası sadəcə susqunluq nümayiş etdirir. Gəlin diqqət edək regionda həmin bu İslamafobiya bayrağı altında nə qədər jurnalist acımasızca qətlə yetirildi? Nə qədər günahsız uşaq və qadın vəhşicəsinə öldürüldü? Suriya, Fələstin, Əfqanistan və indi Yəməndəki hadisələrin hansı birinə müdaxilə edir? Görəsən BMT bu boyda qan axıdılmasına rəğmən təhlükəsizlikdən necə danışa bilir? Ümumiyyətlə sual olunur ki, əgər günahsız uşaq və qadınlar acımasızca qətlə yetirilirsə BMT kimlərin təhlükəsizliyinin təmin olunmasından danışır?

Bu böyük və cavabsız sualdır. Eynən Dağlıq Qarabağ münaqişəsinə 23 ildə ATƏT-in Minsk Qrupunun verdiyi “töhvə” kimi. Ukrayna hadisəsi NATO Hərbi Aliansının belə maliyyə itgisini nəzərə alıb heç bir dövlətin lazım olduğu an dadına çatmaq niyyətində olmadığını göstərdi. İndi daha bir cavabsız sual: Bu birliklər o zaman nə üçün lazımdır? Bunlar nəyə xidmət edir?

Düşünün cənablar! Başıboş arvad ətinin reklamını verən ərəb şeyxinin dediyi cəfəngiyyatı deyil, dünyada cərəyan edən İslamafobiya hərəkatını düşünün!


Ü.MusazadəBiz bu gedişlə hara gedirik bəlli deyil...
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI