Abbas Abbasov nəhayət ki, DANIŞDI

Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos FMMM) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov ANS PRESS-ə eksklüziv müsahibə verib.
Azerinfo.az-ın xəbərinə görə, o, son vaxtlar təşkilat daxilində yaranmış vəziyyət və digər məsələlərə aydınlıq gətirib:
"Bilirsiniz, cərəyan edən bütün bu məsələlər mənim üçün əcaib gəlir. Həm gülməlidir, həm də bir az acınacaqlıdır. Gülməlidir ona görə ki, bir grup insan Federal Mədəni Muxtariyyəti ələ keçirmək istədi, ancaq, bu, baş tutmadı. Çünki onların bu planları qeyri-qanuni idi. Yalandan qurultay keçirmək, ictimaiyyətə yalan məlumatlar verib onları aldatmaq və.s. göstərdi ki, bu adamlar nə qədər saxtakardırlar.
Son zamanlar mətbuata sızan bəzi məlumatlar, siyahılar və sairəni gözdən keçirdik, oradakı adamların çoxusu ilə danışdıq. Bu siyahıda adı olanların 90 faizi dedilər ki, bütün bunların hamısı böhtandır, yalandır. Bizim burada nə imzamız, nə də bunlardan xəbərimiz var. Bunlar nə qədər saxtakardırlar. Elə dünən mətbuatda bəzi məlumatlar yayıldı. Bunlar hamısı cəmiyyət içində gərginliyi artırmağa xidmət edir.
Mən yenə deyirəm ki, Rusiyada 2,5 milyon azərbaycanlı yaşayır. Bunların bir hissəsi burada daimi yaşayanlardır, bir hissəsi miqrantlardır. Mənim bu təşkilata rəhbərlik etmək niyyətim olmayıb".
Onun sözlərisndə görə, Federal Mədəni Muxtariyyətdə dəyişikliklərə ehtiyac duyulurdu. Ona görə, Moskvaya qayıdan kimi qurultay keçirilib. "Mən Azərbaycan vətəndaşı olduğum üçün "Azərros"a prezident yox, Ağsaqqallar Şurasının sədri seçildim.
Həmişə arzum olub ki, Azərbaycandan olan soydaşlarımız, qardaşlarımız bir yerdə yaşasın, bir yerdə hərəkət etsinlər, güclənsinlər, can deyib, can eşitsinlər, artıq hərəkətlər eləməsinlər. Mənim indi 66 yaşım var. Mənə nə vəzifə lazımdır, nə karyera, nə də irəliləyiş. Mən təqaüddə olan, 15 il Azərbaycan hökumətinə xidmət edən insanlardan biriyəm. İndi bütün bu kampaniyanı təşkil edən insanlar var. Ad çəkmək istəmirəm. Çünki onlar o qədər səviyyəsiz insanlardırlar ki, onların adını çəkməyə dəyməz. Onlar o qədər çirkin işlərlə məşğuldurlar ki, mən başqa millətlərin qarşısında utanıram.
Azərbaycan xalqına xidmət edən, uzun illər Ulu Öndər Heydər Əliyevlə, möhtərəm Prezident İlham Əliyevlə çalışan insan kimi, mən xəyalıma necə gətirə bilərəm ki, Heydər Əliyevə, İlham Əliyevə xəyanət edim. Bu, absurddur. Kim ağlına gətirə bilər ki, mən Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə qarşı çıxış edim. Mənim elə bir səlahiyyətim və gücüm yoxdur. Bunlar məndən monastr yaratmaq istəyirlər".
A.Abbasov bildirib ki, o sadə bir insan, ağsaqqal, ziyalıdır və ona qarşı cəbhə açıblar. "Axı, məndən nə istəyirsiz? Mənim övladlarım var, ailəm var, səkkiz nəvəm var. Niyə məni belə təqib edirsiniz və mənə təcavüz etmək niyyətindəsiniz? Mən heç kimə pislik etməmişəm, inanın, həyatımda bir qarışqanı tapdalamamışam. Bunlar məni bezdirmək istəyirlər. Ancaq mən bezən adam deyiləm, öz mövqeyimdə qalmışam və qalacam. Həmişə öz vətənimə və xalqıma xidmət etmişəm və buna davam edəcəm. Hesab edirəm ki, başqa millətlərin qarşısında millətimizi biabır etmək, insanları hədələmək, onlara qorxu gəlmək düzgün deyil.
Mən heç kimin adına qara yaxmaram. Xahiş edirəm, işiniz olmasın. Mənim Azərbaycanda yaxınlarım yaşayır. Millətimi sevirəm və ölənə kimi sevəcəm də. Mən yolumdan dönən deyiləm. Əgər mənim öz millətimi, vətənimi və prezidentimi sevməyim kiminsə xoşuna gəlmirsə, özləri bilərlər. Mən heç kimin sözü ilə oturub-duran adam deyiləm.
Mən qurultay zamanı istefa etdim, ancaq bunu qəbul etmədilər. Dedilər ki, səni Ağsaqqalar Şurasından qoymarıq gedəsən. Mən nə edə bilərəm. Onların iradəsinə hörmətsizlik edə bilməzdim. Yenə deyirəm, Milli Mədəni Muxtariyyətə rəhbərlik etmək hüququm yoxdur. Çünki Azərbaycan vətəndaşıyam. Mən onlara məsləhət verə bilərəm. Ağsaqqal kimi onlara töbsiyə verə bilərəm. Onlar mənə diktator deyirlər. Mənim elə bir səlahiyyətim yoxdur ki, diktator olum. Mən dövlət başçısı deyiləm, ordum yox, polisim yox, kəşfiyyatım yox. Mən necə diktator ola bilərəm!? Mənə nə vermisiz ki, ala bilmirsiz!?
Deyirlər ki, gedin qurultayda Abbası döyün, söyün. Belə işmi olar? Mən azərbaycanlıyam. Heç bir şeydə gözüm yoxdur, heç kimə pisliyim olmayıb. Gecə-gündüz Azərbaycan deyə-deyə yaşayıram. Bir daha deyirəm, heç vaxt Heydər Əliyevə və onun varisi İlham Əliyevə xəyanət etmərəm".
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı