Adil Vəliyevin Sabunçu sakinlərilə torpaq davası
Gundem
Oxunub: 1 793
10 apr 2015 | 13:32
 Adil Vəliyevin Sabunçu sakinlərilə torpaq davası

Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin imza atdığı qanunazidd əməllərin əhatə dairəsi hər keçən gün bir qədər də genişlənir. Son vaxtlar icra başçısının fəaliyyətindəki nöqsanlarla bağlı yuxarı instansiyalara ünvanlanan şikayətlərin sayı xeyli artıb. Amma buna baxmayaraq, nə əlaqədar dövlət qurumlarının nümayəndələri icra hakimini cəzalandırır, nə də rayon rəhbəri özü fəaliyyətində dönüş yaradır.

Bir neçə gün əvvəl redaksiyamıza müraciət edən Sabunçu rayonu, Anaşkin küçəsinin sakinləri Adil Vəliyevin törətdiyi özbaşınalıqlardan narahatlıqlarını bildirmişdilər. Narazı vətəndaşlar illərdir şəxsi vəsaitləri hesabına doldurduqları ərazilərin rayon rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq satılmasına etiraz ediblər. Aradan bir neçə gün keçsə də, hələlik Adil müəllim yazdıqlarımıza reaksiya verməyib. Bu azmış kimi, qəzetdə məqalə dərc olunandan sonra icra hakimiyyətinin bəzi əməkdaşları sakinlərə qarşı aqressivləşiblər. Hətta növbəti dəfə qəzetə şikayət edəcəkləri təqdirdə onları həbs etdirəcəklərini deyiblər. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan Anaşkin küçəsinin bir qrup sakini icra başçısının qanunsuz əməllərinə son qoymayacağı halda, prezidentə yazılı formada müraciət edəcəklərini söylədilər: "Əvvəla şikayətimizi olduğu kimi qəzetinizdə işıqlandırdığınız üçün sizə minnətdarlığımızı bildiririk. Mətbuat nümayəndələri olmasa, bəzi məmurlar bizi yaman günə qoyar. Qəzetdə yazı dərc olunan günün ertəsi yerli icra orqanının əməkdaşları gəlib qeyd etdiyimiz əraziyə baxış keçirdilər. Sən demə bu gəlişdə məqsəd başqa imiş. Adil Vəliyevin Rafael adlı işçisi demək olar ki, hər gün bizim doldurduğumuz ərazilərə müştəri gətirir. Hələ ki, bu sahəni bəyənən olmayıb. Amma bu, torpaq sahəsinin satılmayacağı anlamına gəlməməlidir. Çünki son bir ildə Sabunçu İcra Hakimiyyətinin əsas söz sahibləri əvvəllər gölməçə olmuş, sonralar isə vətəndaşların şəxsi vəsaitləri hesabına doldurduğu ərazilərin çox hissəsini satıb. Bizi narahat edən sizə təqdim etdiyimiz şəkillərdəki ərazinin aqibətidir. Heç olmasa buranın satılmasına mane olaq. Rayon rəhbəri nəyin bahasına olursa-olsun doldurulmuş ərazini satmaq istəyir. Biz isə buna imkan verməyəcəyik. Nəyə görə? Ona görə ki, həmin əraziləri öz cibimizin pulu ilə doldurub səliqəli hala salmışıq. Onda nə Adil Vəliyev var idi, nə də Rafael adlı şəxs. İcra hakimiyyətindən kim gəlirsə, deyir burda məktəb binası tikiləcək. Bir neçə il əvvəl də belə deyirdilər. Lakin məktəb binasının tikintisi üçün nəzərdə tutulan yeri ayrı-ayrı şəxslərə satdılar. Bu cür bəhanələrə artıq qarnımız toxdur". Anaşkin küçəsinin narazı sakinləri deyir ki, Adil Vəliyev icra başçısı vəzifəsinə qoyulandan sonra onların vəziyyəti xeyli ağırlaşıb: "Əslində, biz yeni icra hakimindən çox şey gözləyirdik. O vəzifəyə yeni təyin olunanda şirin vədlər vermişdi. Tədricən başçının verdiyi sözə xilaf çıxdığını gördük. İndiyə kimi üzləşdiyimiz problemlərin həllində Sabunçu Rayon İcra Hakimiyyəti rəhbərliyinin köməyini görməmişik. Bu gün tək-tük icra başçısı tapılar ki, vətəndaşların qeydinə qalsın, insanların probleminin həlli üçün çalışsın. Əksəriyyəti şəxsi sərvətini artırmaq, qanunsuz yollarla pul qazanmaq haqda fikirləşir. Adil müəllim icra başçısı keçən kimi abadlıq-quruculq işləri adı altında ticarət obyektlərinin bir hissəsini sökdürüb yerində özünə obyekt tikdirdi. Binaların fasadlarının dəyişdirilməsi, yaşıllıq sahələrinin salınması adı ilə külli miqdarda büdcə vəsaiti mənimsənildi. Deyilənə görə, başçı Bakıxanov qəsəbəsinin ərazisində yeni göydələnlər inşa etdirir. Biz yeməyib-içməyib yaşadığımız küçənin gölməçələrini bərk məişət tullantıları ilə doldurmuşuq ki, buralar abad olsun. İcra hakimiyyətinin rəsmiləri isə buranı əlimizdən alıb satmaq istəyir. Keçən dəfə başçıya xəbərdarlıq etdik, amma deyəsən Adil müəllimin heç nə vecinə deyil. Ya üstündə oturduğu milyonlara arxayındır, ya da tez-tez adından istifadə etdiyi yüksək rütbəli şəxsə. Hörmətli icra başçısına demək istəyirik ki, o bizim xidmətçimizdir, biz onun yox. Cənab prezident hər yerdə "Mən xalqın birinci xidmətçisiyəm. Digər məmurlar da xalqın xidmətçisi olmalıdır" deyir. Bəs, Adil Vəliyev nəyə, yaxud kimə xidmət edir? Əgər başçı və adamları əraziyə olan iddialarından əl çəkməsə, Sabunçu İcra Hakimiyyətinin, yaxud Prezident Administrasiyasının qarşısına toplaşıb sivil qaydada öz hüquqlarımızı tələb edəcəyik. Artıq boğaza yığılmışıq. Ya bizə rahat yaşamağa imkan versinlər, ya da baş götürüb buralardan gedək. Adil Vəliyev belə işlərə imza atmaqla bizi yuxarılardan incik salır. Eşitdiyimizə görə, başçı buranı vəzifəli şəxslərdən birinə hədiyyə etmək istəyir. Cənab prezidentin bu şeylərdən xəbəri yoxdur. Odur ki, qəzet vasitəsilə şəxsiyyətinə və yürütdüyü siyasətə böyük hörmət bəslədiyimiz İlham Əliyevə müraciət edib kömək istəyirik. Sizdən isə xahiş edirik ki, gəlib burda çəkiliş aparasınız". Vətəndaşların xahişini nəzərə alıb növbəti saylarımızda qeyd olunan küçədən geniş reportaj hazırlayacağıq. Çox istərdik ki, yuxarı instansiyalar vətəndaşların şikayətinə baxsın və icra başçısının barəsində müvafiq tədbirlər həyata keçirilsin.
Bu gün, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Bu gün, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Bu gün, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Bu gün, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Bu gün, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Bu gün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bu gün, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Bu gün, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Bu gün, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Bu gün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Bu gün, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Bu gün, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:11
Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
13-06-2026, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
13-06-2026, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
13-06-2026, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
13-06-2026, 10:18
Polis əməliyyat keçirdi
13-06-2026, 10:10
Şuşada TDT Forumu keçirilir
13-06-2026, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?