Adil Vəliyevin adamı Sabunçuda dövlətin torpağını necə gəldi satır
Gundem
Oxunub: 1 738
8 apr 2015 | 16:34
Adil Vəliyevin adamı Sabunçuda dövlətin torpağını necə gəldi satır


Prezident İlham Əliyev dəfələrlə yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə vətəndaşları incitməmələri, onlara əlavə problem yaratmamaları barədə xəbərdarlıq edib. Əfsus ki, bəzi icra hakimiyyətlərinin rəsmiləri bu xəbərdarlığa məhəl qoymur və vətəndaşlara qarşı qanunsuzluğa yol verirlər. Dünən redaksiyamızla əlaqə saxlayan Sabunçu rayonu, Anaşkin küçəsinin sakinləri üzləşdikləri vəziyyətdən şikayətçi olduqlarını bildirdilər.

Şikayətçilər deyir ki, özünü Sabunçu Rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən Rafael adlı şəxs onların min bir əzab-əziyyətlə, illərdir öz vəsaitləri hesabına doldurduqları ərazini başqa şəxslərə satmaq istəyir: "Yaşadığımız küçənin bir hissəsi əvvəllər qamışlıqdan və gölməçədən ibarət idi. Şəxsi vəsaitimiz hesabına neçə il əziyyət çəkib həmin əraziləri doldurduq. Bir neçə il əvvələ kimi Anaşkin küçəsinin yaxınlığında yeni məktəb binasının tikiləcəyi deyilirdi. Lakin sonradan məktəb tikintisinin ləğv olunduğunu bildirdilər. İcra hakimiyyətinin bəzi əməkdaşları, konkret olaraq Rafael adlı şəxs Anaşkin küçəsindəki boş torpaq sahələrinin satışını həyata keçirir. O məktəb tikintisi üçün nəzərdə tutulan ərazini də satıb. Hazırda həmin ərazidə yan-yana üç böyük imarət tikilməkdədir. Sizə göndərdiyimiz şəkillərdə hər şey tam aydınlığı ilə görünür. Eşitdiyimizə görə, bu villaları Sabunçu Rayon Polis İdarəsinin rəis müavini tikdirir. Bu günlərdə isə Rafael müəllim gəlib bizə deyir ki, doldurduğunuz ərazidə məktəb binası tikiləcək. Əslində, biz onun niyyətinin nədən ibarət olduğunu yaxşı bilirik. Burda məktəb binası filan tikilməyəcək. Məktəb binası tikilməli olsaydı, icra hakimiyyətinin işçiləri hazırda villaların ucaldığı torpaq sahəsini satmazdı. Sabunçu İcra Hakimiyyətinin rəsmisi bu bəhanə ilə bizi aldadıb yerimizə sahib çıxmaq, daha sonra isə satmaq istəyir. Camaat 2000-ci ildən bu yana öz cibinin pulu ilə gölməçə doldurur. Torpağı dolduran şəxslərin arasında müharibə veteranları da var. Bu torpaq sahələri uzun müddətdir bizim istifadəmizdədir. Xeyir ola, indi gəlib torpağı əlimizdən almaq istəyirlər? Qəzet vasitəsilə icra hakimiyyətinin başçısı Adil Vəliyevə və digər şəxslərə demək istəyirik ki, onlara bir qarış da olsa torpaq verən deyilik. Gölləri doldurub qurudanda icra başçısı, Rafael adlı şəxs və digərləri harada idi? Niyə həmin vaxt gəlib burda məktəb binasının tikiləcəyini demirdilər? Sabunçunun yarısı başçı tərəfindən zəbt olunub. Hara baxırsan, Adil müəllim orda bir obyekt tikdirir. İcra başçısı məktəb binası üçün nəzərdə tutulan ərazini satıb, indi isə çıxılmaz vəziyyətə düşüb. Yuxarı instansiyalardan xahiş edirik ki, şikayətimizlə maraqlansınlar. Əks halda, haqqımızı öz bildiyimiz formada tələb edəcəyik". Vətəndaşların şikayətini araşdırmaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin köməkçisi Müslüm Mahmudovla əlaqə saxladıq. Başçının köməkçisi vətəndaşların ittihamları ilə razılaşmadığını bildirdi və bizə məsləhət gördü ki, Sabunçu qəsəbəsi üzrə icra nümayəndəliyi ilə əlaqə saxlayaq. İcra nümayəndəliyindən isə icra nümayəndəsinin ərazidə olduğunu bildirdilər. Ümid edirik ki, aidiyyəti dövlət orqanlarının rəhbər şəxsləri Anaşkin küçəsində yaşayan sakinləri narahat edən məsələni araşdıracaq və icra hakimiyyətinin Rafael adlı işçisi layiqli cəzasını alacaq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI