Xətainin icra başçısı üçün vida marşı
Gundem
Oxunub: 2 083
6 apr 2015 | 10:09
Xətainin icra başçısı üçün vida marşı

Razim Məmmədov üçün "dur" düyməsinin basılmasına saatlar qalıb...
Son illər ərzində paytaxtın bir sıra rayonlarında kütləvi şəkildə ağaclar kəsilir, onların yerləri isə ayrı-ayrı şəxslərə, iş adamlarına verilir. Görünür, ağac cəlladları təbiətə qarşı etdikləri izaholunmaz zorakılığın mümkün nəticələrinin fərqinə varmırlar.

Müxtəlif vaxtlarda aparılmış araşdırmaların nəticəsinə əsasən qeyd etmək olar ki, bu gün Bakıdakı yaşıl "soyqırım" vəhşətləri daha çox Razim Məmmədovun icra başçısı olduğu Xətai rayonunda yaşanır. Bu baxımdan onun yaşıllıqların məhvinə sözdə sərt reaksiyasını kütləyə hesablanmış çıxış kimi dəyərləndirmək olar.

Ümumiyyətlə, Xətai Rayon İcra Hakimiyyətinin başçısının yol verdiyi nöqsanlar bitib-tükənmək bilmir. Əksər hallarda adı bəzi maliyyə əməliyyatlarında, torpaq satışında hallandırılan Razim Məmmədov demək olar ki, vəzifədə oturduğu illər ərzində yerli əhalinin etimadını doğrultmağı bacarmayıb. Bu səbəbdən də, rayon sakinləri mütəmadi olaraq icra başçısının törətdiyi əməllərlə bağlı ya kütləvi informasiya vasitələrinə, ya da aidiyyəti dövlət qurumlarına müraciət edirlər. Lakin, nədənsə rəsmi qurumlar hələlik Razim Məmmədovun rəvac verdiyi problemlərlərlə bağlı mövqe sərgiləməyiblər. İndiyədək onun barəsində müvafiq tədbirin görülməməsi isə, bir sıra qaranlıq məqamlardan xəbər verir. Olub-bitənlərdən belə başa düşmək olar ki, Xətai rayonundakı "yaşıl soyqırım"a bəzi yuxarı qurumlar tərəfindən bilərəkdən şərait yaradılır. Əks halda, icra başçısı törətdiyi özbaşınalıqlara görə çoxdan cəzalandırılmalı idi.

Onu da nəzərinizə çatdıraq ki, son zamanlar Xətai rayonunda "yaşıl soyqırım"la yanaşı, qanunsuz tikililər də ciddi problemə çevrilib. Belə ki, rayon icra hakimiyyətinin rəhbərliyi əksər vətəndaşlara qadağan olunmuş ərazilərdə fərdi yaşayış evi, eləcə də obyekt tikməyə icazə verib. Hətta buna görə bir neçə il əvvəl Xətai Rayon Prokurorluğu icra hakimiyyətini və bir neçə fiziki şəxsi eyni iş üzrə məhkəməyə verib. Məlumata görə, iddiaya Xətai Rayon Məhkəməsində baxılıb. Xətai Rayon Prokurorluğuna rayon ərazisindəki çoxlu sayda evin yüksəkgərginlikli elektrik xətlərinin qanunla müəyyən olunmuş məsafədən qısa yaxınlıqda tikilməsi barədə "Bakıelektrikşəbəkə" ASC-dən məlumat daxil olub. Prokurorluq həmin evlərin tikintisi barədə sərəncamın Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verildiyini öyrənib. Qurum bununla bağlı müvafiq araşdırma aparmaqla sərəncamların əsassız və qanunsuz olaraq verildiyini müəyyənləşdirib. Bundan sonra isə Xətai Rayon Prokurorluğu dövlət maraqları və əhalinin təhlükəsizliyini qorumaq məqsədilə Xətai Rayon Məhkəməsinə müraciət edib. Belə ki, prokurorluq icra hakimiyyətinin həmin evlərlə bağlı verdiyi sərəncamın ləğv olunmasını istəyib. Məhkəmə prokurorluğun iddiasını təmin edib. Buna baxmayaraq, həmin evlərin heç biri sökülməyib. Bu isə o deməkdir ki, Razim Məmmədov və tabeliyində olan şəxslər məhkəmənin qərarına, ümumilikdə isə, ölkəmizin mövcud qanunlarına qarşı hörmətsizlik göstərirlər.

Bu arada, etibarlı mənbədən aldığımız informasiyaya görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı hündürmərtəbəli bina tikintisi ilə məşğul olduğundan, tikdirdiyi hər binada min kvadrat metrlərlə ölçüdə olan mənzili özü üçün saxlayır və yüzminlərlə manat xərc qoyaraq, ağılasığmaz zövqlə təmir etdirir: "Hazırda yaxın adamlarının adlarına olmaq şərti ilə Razim Məmmədovun yalnız paytaxtın mərkəzi hissəsində 75 mənzili var. Bundan başqa, icra başçısı Novxanı da başda olmaqla, istirahət zonalarında mərkəzlərə sahiblənib. Lakin, onun əsas marağı mənzillərədir. Deyilənlərə görə, onun ən sevimli mənzili keçmiş "Muğan" otelinin yerində tikilən hündürmətəbəli binadadır. Həmin binada 4 mərtəbəni alan Razim Məmmədov mərtəbələrin arasını açmaqla ağılasığmaz gözəllikdə bir saray yaradıb. Onu da qeyd edim ki, icra başçısının bu günə qədər diqqəti çox cəlb etməməsinin başlıca səbəblərindən biri də budur ki, o hansı bizneslə məşğul olursa-olsun mütləq bu işi şəriklə görür və şərikləri özündən qat-qat yüksək vəzifədə olanlardır. Buna görə də Razim Məmmədov bu məmurların kölgəsinə çəkilməklə diqqətdən yayınmağı bacarır".

Məlumatlı şəxs həmçinin onu da bildirir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı "Bakı Ağ Şəhər" layihəsinin tikintisi zamanı da bir sıra əyrintilərə rəvac verib: "Bildiyiniz kimi, bu layihə ölkə başçısının "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının" təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, "Qara şəhər"də 10 universal şəhər tipli məhəllə, bu məhəllələrin hər birində sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait yaradılacaq. Lakin, nədənsə "Ağ şəhər" layihəsi həyata keçirilməyə başlayandan bəri "Qara şəhər" sakinlərinin üzü gülmür. Çünki Razim Məmmədovun tapşırığına əsasən irəli sürülən təkliflə razılaşanlarla yanaşı, həmin təklifə etiraz edənlərin də evləri sökülüb. Söz yox ki, sakinlər buna etiraz edərək, söküntüyə mane olmağa çalışıblar. Ancaq icra başçısı polis gücünə qərarının icrasına nail olub. Bir sözlə, Razim Məmmədov "Bakı Ağ Şəhər" layihəsinin tikintisi zamanı da ənənəvi ampluasından çıxış edib".

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısının yol verdiyi nöqsanlarla bağlı yuxarılara ünvanlanan şikayətlərin rəsmi qurumlara çatdığını və bundan sonra Razim Məmmədova olan münasibətin xeyli dəyişdiyini deyən məlumatlı şəxsin sözlərinə görə, artıq onun məsələsi müzakirə mərhələsindədir: "Prezident Administrasiyasının da olub-bitənlərdən xəbəri var. Odur ki, Razim Məmmədovun tutduğu postdan uzaqlaşdırılması, hətta əməllərinə görə qanun qarşısında cavab verməsi an məsələsidir. Yəni o, hər an həbs təhlükəsilə üz-üzə qala bilər".
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI