Yevlaxda “Azerinfo.az” saytının və “Region xəbər.tv” internet televiziyasının rəhbəri ölümlə hədələndi
Gundem / Bolge
Oxunub: 4 116
8 apr 2015 | 13:22
Yevlaxda “Azerinfo.az” saytının və “Region xəbər.tv” internet televiziyasının rəhbəri  ölümlə hədələndi


“Alov” kafesində gündəlik “od-alov” baş qaldırır, görəsən bütün bunlara səbəb nədir?

Yevlax şəhəri Qoyunbinəsi kəndinin girişində, bir qədər də dəqiq desək “Laçın” şadlıq sarayının yaxınlığında fəaliyyət göstərən və Gülü adlı “xanım”a məxsus olduğu bildirilən “Alov” kafesində, gündəlik nə kimi hoqqaların baş verməsindən yəqin ki, əksəriyyət məlumatlıdır. Qeyd olunan kafenin adı “Alov” olduğundan, deyəsən həmin kafedə gündəlik “od-alov” da baş qaldırır. Bu haqda məlumatları informasiya mərkəzimizə çatdıran yerli mənbə bildirir ki, ümumi görkəmi olduqca zəif olan və bir növ çöl heyvanlarının yaşadığı mağaraya oxşayan kafedə, hər gün 17-35 yaş həddində olan “xanım”lar cinsi istismara məruz qalırlar.
Yevlax şəhərində yaşayan və hələlik adının çəkilməsini istəməyən məlumatli mənbə onu da bildirir ki, kafenin giriş qapısından içəri daxil olub sağ tərəfə dönərkən, arxa hissədə görürsən ki, üst hissəsi göy”salafan”la, dört tərəfi isə adi kardonla bağlanmış 3-4 “otaq” var. Həmin otaqlarda ölkənin müxtəlif şəhər və rayonlarından, o cümlədən Gəncədən, Oğuzdan, Tovuzdan, Bakıdan və.s dəvət olunmuş 17-35 yaşarası “xanım”lar, gündəlik müştəri hüzurunda sərasər dayanırlar. Və əldə etdiyimiz başqa bir məlumatlara görə, həftə ərzində “xanım”lar iş başında olduqları ünvanı da tez-tez dəyişirlər. Qeyd olunan ünvana üz tutan müştəri isə, mütləq 20-30 manat arası pulunun başından keçməyə məcbur olur. Çünki, kustar üsulla hazırlanan və qeyd etdiyimiz kimi ümumi görkəmi sanki çöl heyvanlarının yaşadığı mağaraya oxşayan otaqlara, adicə giriş haqqı 10 manatdır. Diqqəti cəlb edən hal odur ki, otaqlarda heç bir istilik təminatından, kassa aparatında vurulan qəbzin varlığından, işçilərlə bağlanan əmək müqaviləsinin bağlanmasından, gigiyenik qaydalara lazımınca əməl olunmasından və.s söhbət gedə bilməz. Bütün bunlar qalsın bir yana, hətta həmin ünvana vərəm xəstəsi olan şəxslərin də üz tutmaları, daha dəhşətli hal olur. Yerli mənbə onu da qeyd edir ki, “Alov” kafesində müştərilərə yemək-içmək yox, yalnız çay dəsgahı verilir.
Ümumiyyətlə, bu yöndə fəaliyyət göstərən kafelərin, ayrı-ayrı istirahət mərkəzlərinin və digər ünvanların, saysız-hesabsız xəstəliklərin daşıyıcısı olmaları, həqiqətən də təsdiq oluna biləcək faktlardandır. Faciəli hal odur ki, Gülü adlı “xanım”ın sahiblik etdiyi “Alov” kafesi də, bir yöndə fəaliyyət göstərən kafelərdən biri olmasına baxmayaraq, bir kimsə ona “qaşın üstə qara var” demir. Elə bu deməməyin nəticəsidir ki, həmin “xanım” ayrı-ayrı ünvanlarda daim vurğulayır ki, “mən hər bir vəzifə sahibinin aylıq haqq-hesabını vaxtlı-vaxtında çatdırıram, odur ki, mənə kimsə bir söz deyə bilməz” deyir. Təəssüf doğuran haldır ki, Gülü “xanım” hər cür iyrənc əməllərə qol qoyur, qadınların cinsi istismarına şərait yaradır, gənclərimizin minbir xəstəliyə düçar olmalarına səbəb olur, amma bu kimi addımlarının qarşılığında hüquq-mühafizə orqanı əməkdaşları ona qarşı hər hansı tədbiri görmürlər. Bu da onu söyləməyə əsas verir ki, Gülü “xanım”ın ayrı-ayrı ünvanlarda danışdıqları, əslində əsl həqiqəti əks etdirir.
Ümumiyyətlə, bu gün belə bir ünvanların varlığı öz-özlüyündə böyük bir problem olduğundan, xalqımıza məxsus əxlaqımız, mənəviyyatımız, gənclərimizin tərbiyəsi, ümumi şəkildə götürdükdə isə ayrı-ayrı fərdlərin bir-birinə yanaşması və.s, olduqca pozulur. Belə bir halın varlığı, sözün həqiqi mənasında ümumi faciələrimizdən birinə də çevrilir. Bu da bir həqiqətdir ki, çoxsaylı faciələrimizin əmələ gəlməsinə Gülü “xanım” la bərabər, ona himayədarlıq edənlər də səbəbkar olurlar.
04 aprel 2015-ci il tarixdə “Alov” kafesində yaşanan növbəti olay da, heç də diqqətdən kənarda qalmayan olaylardan biri olur. Belə ki, həmin gün “Azerinfo.az” saytının və “Region xəbər.tv” internet televiziyasının rəhbəri İbrahim Qarabağlı Yevlax şəhərində olur. Onun paytaxt Bakıdan bölgəyə üz tutmasına səbəb, “Region xəbər.tv” internet televiziyasının Yevlax şəhərində icarəyə götürülmüş yeni ofisinin açlışında iştirak etmək olur. Ümumi tədbir yekunlaşdıqdan sonra, İbrahim Qarabağlının “Alov” kafesinə də baş çəkməsi, sözün həqiqi mənasında növbəti “od-alov”un əmələ gəlməsi ilə də nəticələnir. Yəni o, istəyir ki, hələ bir müddət bundan əvvəl “Alov” kafesində baş verən hoqqalar barədə, “Azerinfo.az” saytında dərc olunan açıqlamanı, mahiyyəti üzrə özü dəqiqləşdirsin. Elə ki, o, həmin ünvanın həyətinə ayaq basır, bu zaman əlində kəsici puçaq olan bir şəxs ona hücum çəkib “bu dəqiqə sənin başını bu puçaqla üzəcəyəm” deyərək, ona hədə-qorxu gəlməsi, artıq təhlükəli məqamlardan xəbər verir. Yəni, o zaman bəlli olur ki, “Alov” kafesi nəinki qadınların cinsi istismarının həyata keçirildiyi, hətta kriminal ünsürlərin də toplaşdığı bir ünvandır.
Hörmətli oxucular! “Alov” kafesində yaşanan olaylar barədə geniş açıqlamalarımızı, yaxın günlərdə oxuya biləcəksiniz. Odur ki, bizi izləməyi unutmayın.

“Azerinfo.az”
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI