Yəmən üçün Səudiyyə "demokratiyası"
Gundem / Dunya
Oxunub: 1 533
3 apr 2015 | 21:04
Yəmən üçün Səudiyyə "demokratiyası"Yəmən üçün Səudiyyə "demokratiyası"

Yaxın Şərqdə daha bir müharibə başlayır və qızışır. Yəmənin devrilmiş prezidenti Rabbo Mənsur Hadi qayığa minib ölkədən qaçandan cəmisi bir neçə saat sonra ABŞ demokratiyasının müttəfiqi və kiçik qardaşı, orta əsrlər despotiyası olan Səudiyə Ərəbistanı ölkəni bombalamağa başladı.

Hədəf kimi hərbi obyektlər yox, bütün paytaxt seçilib. Ölənlərin sayı 100-ü ötür və onlar dinc əhalidir.
Bəs hanı beynəlxalq sanksiyalar və ictimaiyyətin qəzəbli xoru? Obama, Merkel, Pan Gi Mun və Co?
Səudiyyəlilər hərbi əməliyyatın Vaşinqtonla razılaşdırıldığını və BMT-yə məlumat verildiyini söyləyir. Əgər Ukraynada qaçan prezident “demokratiyanın düşməni” idisə, Yəməndə əksinə, qaçqını demokrat sayırlar. Yəmən üsyançıları isə şər qüvvədir, axı onların “Maydan”ında Viktoriya Nuland peçenye paylamırdı.
Yəməndə 20 milyonluq əhalinin əlində 75 milyon odlu silah (o cümlədən ağır texnika) cəmləşib - hər adama 3,5 silah düşür. Üstəlik, Pentaqon bu günlərdə rəsmən elan etdi ki, qaçmış prezident Hadiyə verdiyi yarım milyard dollarlıq silah sadəcə yoxa çıxıb - yeri naməlumdur, axtarırlar və tapa bilmirlər.
ABŞ öz səfirliyini bağlayaraq personalı ölkədən çıxarıb. Onlarla birlikdə 100 nəfər amerikalı xüsusi təyinatlı da, yerlilərdən ibarət təlim keçmiş xüsusi hərbi dəstə də tələsik ölkədən çıxarılıb. ABŞ “Yəmən böhranının silahlı həlli yoxdur” deyib. Və görünən odur ki, bu addımların hamısı Ər-Riyadın Yəməni bombalamasının spontan addım yox, düşünülmüş strategiya olduğundan xəbər verir.

***
Biz uşaq olanda xəritədə 2 Yəmən vardı: cənubda sosialist YXDR (Yəmən Xalq Demokratik Respublikası), şimalda isə kapitalist YƏR (Yəmən Ərəb Respublikası). Birinciyə marksist libası geyinmiş Əli Nasir Məhəmməd, ikinciyə isə 2011-ci ilin sonunda devrilən Əli Abdulla Saleh başçılıq edirdi (1979-cu ildən başlayaraq).

Cənubi Yəmən kübar və sosial bir cəmiyyət idi, təhsil və səhiyyə pulsuz idi, qadınlarla kişilər bərabərhüquqlu idi, aclıq və səfalət aradan qaldırılmışdı. Şimaldakı Yəmən isə sinfi ziddiyyətlərin didib parçaladığı, orta əsr qaydalarının hökm sürdüyü, istismarın güclü olduğu mövhumatçı bir ölkə idi.

Sonra sosialist bloku çökdü və iki Yəməni birləşdirdilər, başına da Əli Abdulla Salehi qoydular. 1990-cı illərdə iki dəfə Şimal-Cənub müharibəsi oldu və cənublular uduzdu. Kapitalist Yəməninin ilk müdafiə naziri isə dünənədək sosialist olan cənublu Rabbo Mənsur Hadi təyin olundu. 4 ay sonra onu vitse-prezident təyin etdilər. Hadinin vitse-prezidentliyi düz 2011-ci ilə qədər davam etdi. “Ərəb baharı”ndan sonra isə o, öz patoronunu - Əli Abdulla Salehi prezident kürsüsündə əvəzlədi.

Mexaniki yerdəyişmə, vəssalam. Ancaq adını "Yəmən inqilabı" qoydular.

İllər boyu hakimiyyət üçün əsas başağrısı silahlı şiə qruplaşmaları oldu (şiələr Yəmən əhalisinin yarısından çoxunu təşkil edir). Onları “husitlər” adlandırırlar və bu ad liderləri Hüseyn əl-Husinin adından götürülüb. Onu 2004-cü ildə qətlə yetiriblər, hazırda husitlərə və onların “Ənbər Allah” partiyasına Hüseynin qardaşı başçılıq edir.
Göründüyü kimi, husitlərə qarşı illər boyu keçmiş prezident Saleh də mübarizə aparıb (hazırda isə müttəfiqdirlər). İndi qaçan Hadini isə husitlər yanvarda həbs etsələr də sağ saxlayıblar, hətta mühakimə də etməyiblər, bir azdan isə sərbəst buraxıblar. Hadi də qaçıb cənuba - Ədən şəhərinə.
Ölkədə husitlər aparıcı siyasi qüvvədir, ərazilərin böyük hissəsinə nəzarət edir, ancaq Yəməni xaricdə qanuni prezident kimi Hadi təmsil etməkdədir (Bu cür absurd da Qərb üçün yeni deyil. Vyetnam kommunistləri Kampuçiyaya daxil olub Pol Potu devirəndən sonra hələ 13 il ərzində BMT-də bu ölkəni “qırmızı kxmerlər” təmsil edirdi. Demokratiya ilə kannibalizmin alyansı).

Martdan başlayaraq husitlər cənuba doğru irəliləyir və heç bir müqavimətlə qarşılaşmır, əksinə, Hadiyə loyal sayılan hərbçilər üsyançıların tərəfinə keçir. Bunun da məntiqi izahı var: husitlər heç də İŞİD kimi qaniçən və qəddar deyil, əksinə, daxili siyasətdə çox mötədil və dialoqa açıqdırlar (məsələn, köhnə düşmənləri Salehlə dil tapdılar).

Üstəlik, onlar Yəmənin bütövlüyünün sonuncu qarantıdır. Cənubda əsasən sünnilər yaşasa da hələ sosializm illərindən burada sekulyar ovqat güclüdür, yəni dini ideologiya zəifdir. Elə buna görədir ki, şiə husitləri cənubdakı sünnilərə qarşı qoymaq cəhdləri iflasa uğradı. Əksinə, cənublular şimaldan gələn üsyançıları sevinərək qarşılayır və onların tərəfinə keçir.

O ki qaldı cənubdakı "əl-Qaidə" qruplarına, onlara qarşı həm husitlər, həm də sıravi cənublular mübarizə aparırlar.

Beləliklə, ümumi mənzərə bu cürdür: ölkədə dini zəmində şimal-cənub qarşıdurması yoxdur. Husitlər ölkənin birliyini qoruyub saxlamağa çalışırlar, ictimai rəy də onların tərəfindədir. Yəni ABŞ və Səudiyyə Ərəbistanının kənardan müdaxiləsi və bədnam qızışdırıcılığı olmazsa, Yəməndə vəziyyət dərhal sabitləşəcək, vətəndaşlar dinc həyata qayıdacaq, ölkənin tamlığı qorunub saxlanacaq.

Husitlər isə hətta öz ölkəsini bombalamaq yalvarışları ilə Qərbə və Ər-Riyada dil tökən Hadi ilə də kompromisə açıqdırlar.

Ancaq yox, Səudiyyə Ərəbistanı qətiyyən Yəməni əldən vermək istəmir və bunu orada İranın mövqelərinin möhkəmlənməsi ilə əlaqələndirir. Lap olsun, burada qeyri-adi nə var ki? Və niyə şiə Yəməni məhz qəddar və islaholunmaz vəhhabi Ər-Riyadının təpikləri altında inləməlidir? Bu, artıq ikili də yox, üçlü, beşli standartlardır.
Məsələ həm də onunla mürəkkəbləşir ki, Yəmən ərəb neftinin tranziti üçün olduqca əhəmiyyətli zonadır. Ədən portu bu cəhətdən misilsiz rol kəsb edir. Habelə Səudiyyə ilə Yəmənin uzunluğu 1800 kilometr olan birbaşa sərhədi var və birincinin ən zəngin neft yataqları məhz bu sərhəd zonalarındadır.
Bir sözlə, Səudiyyə krallığı Ədən limanının və Bab-əl-Məndəb boğazının üzərində nəzarəti itirə biləcəyini arqument kimi göstərərək özünün daha 9 ölkə ilə birlikdə yaratdığı koalisiya ilə birlikdə müstəqil və baş əyməyən Yəməni cəzalandırır. Bütün dünyanın demokratları isə bunu dərhal ya tərifləyir, ya da biganə qalır.
Səudiyyə hava əməliyyatlarına 100-dən çox təyyarə cəlb edib, sərhədə toplanan quru qoşunlarının sayı isə 150 min nəfəri ötür. Tarixə ekskurs etsək, Ər-Riyad artıq bir dəfə - uzaq 1962-ci ildə Yəmənə hücum çəkib, ancaq bədnam məğlubiyyətə uğrayaraq geri çəkilib və yəqin ki, bunu hələ də unutmayıblar.
Qurudan işğal üçün Yəmən mürəkkəb ölkədir, onun landşaftı sonsuz partizan müharibəsi aparmaq üçün çox əlverişlidir. Bura yəmənlilərin müqavimət ruhunu, silah bolluğunu və İranın hərbi dəstəyini də əlavə etsək, qurudan hücum səudiyyəlilər üçün ikinci dəfə məğlubiyyətlə bitə bilər. Bu isə qarşıdurmanın Ər-Riyadın öz ərazisinə keçməsi ehtimalını da artırır.
Və nəhayət, yenicə başlayan müharibə dərhal neftin bahalaşmasına səbəb oldu. Bir neçə saat ərzində neftin qiyməti 3-4 faiz artdı. Müharibə davam etdikcə yüksəliş də daimi olacaq. Bu isə Qərbin də, Səudiyyə Ərəbistanının da xeyrinə deyil, hazırda sanksiyalar arasında sıxılan Rusiya üçün isə sərfəlidir. Ancaq bu, müharibə etməmək üçün dəlil rolu oynamayacaq, yəni amerikalıların 1991-ci ildəki İraq əleyhinə "Səhrada fırtına" adlandırdıqları əməliyyata bənzədərək Səudiyyənin "Qətiyyət fırtınası" adı verdiyi yeni müharibənin davam edəcəyi şəksizdir.
Beləliklə, yeni işğal, yeni qırğınlar və xalqların bədbəxtlikləri... Hamısı da neft, sərvət, nüfuz hakimiyyəti uğrunda...

Və bu müharibə Yəmənin parçalanmasını, təriqətlər arasında başlayacaq vətəndaş müharibəsini də qaçılmaz edir. Bu fəlakətlərin hamısı da xalqların başına üstündə "Azadlıq", "Demokratiya" kimi kəlmələr yazılmış bombalarla tökülür...

Məmməd Süleymanov

Virtualaz.org
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO