Tarix unudulmur: “Kəlbəcəri geri qaytaracağıq!”
Gundem
Oxunub: 1 421
2 apr 2015 | 15:05
Tarix unudulmur: “Kəlbəcəri geri qaytaracağıq!”Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 22 il ötür. Axı Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcərin 70 minə yaxın əhalisi vardı. Rayon sakinləri hazırda Azərbaycanın digər rayonlarında yurd-yuvasından köçkün kimi məskunlaşıb. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Kəlbəcərin işğalı ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatmışdı.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistana qarşı 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Sonradan BMT Təhlükəsizlik Şurasının Ağdam rayonunun azad edilməsi ilə bağlı 854-cü, Füzuli rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü qətnamələri qəbul elib, lakin həmin qətnamələr kağız parçası olaraq qalmaqdadır.
Bu gün ürək ağrısı ilə deməliyik ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirilməyib. Ümumiyyətlə hesab etmək gərəkir ki, qətnamələrin yerinə yetirilməməsi üçün rəsmi İrəvana BMT Təhlükəsizlik Şurası tərəfindən heç bir tıəzyiq və ya sanksiya tətbiq olunmamışdır. Bu da o deməkdir ki, dünya birliyi hələ də erməni separatçılarının Azərbaycan torpaqlarının işğal olunmasına, çox sayda insanın yurd-yuvasından didərgin salınmasına biganədir. Bu sual həmişə məni düşündürüb. Görəsən dünya birliyi və Ukrayna böhranında ağızdolusu danışan hərbi alianslar, birliklər, təşkilatlar Ukrayna böhranı zamanı Rusiyanı dala dirədikləri kimi hələ o zaman Azərbaycan torpaqlarının işğalına mane ola bilərdilər. Ukraynanın ərazi bütövlüyünə görə, hərə öz maraqları hesabına belə olsa dünya iqtisadiyyatını riskə ataraq Rusiyaya qarşı bir-birindən ağır sanksilar tətbiq edirlər. Bu gün Rusiya kimi bir imperiya bir çox siyasi təşkilatların görüşmələrində iştirak etməsi qadağan olunub. Maraqlıdır Ukraynanın Donbası, Sevastopolu, Luqanskı Kəlbəcərdən dahamı qiymətlidir? Əslində bu gün Rusiya tərəfindən Krımın anyeksiyasının həyata keçirilməsində günahkar Qərb və ABŞ-dır. Çünki Qərb vaxtıilə Azərbaycan torpaqlarının erməni separatçıları tərəfindən işğalına qarşı barmağını belə tərpətsəydi və işğalçıya qarşı yhər hansısa bir ciddi təzyiq göstərilsəydi, bu gün Krımı da rus zəbt edə bilməzdi. Bunu etmədi. Ona görə də, Ukrayna hadisələri baş verdi. Bu əslində Avropa və ABŞ üçün dərs oldu. Onlar bildilər ki, vaxtıilə Dağlıq Qarabağın işğalına qarşı işğalçıya qarşı tətbiq olunan bütün qərar və qətnamələr kağız üzərində qaldığı müddətcə, hələ bu cür işğala məruz qalan Ukraynalardan çox olacaq.
Ona görə də, bu gün biz nə Avropaya, nə də Rusiyaya bizə dəstək olmasını gözləməməliyik. Biz gözlədikcə zaman keçir. Zaman keçdikcə isə biz burdayıq, torpağımız, anamızın-atalarımızın qəbri isə düşmən tapdağı altında. Vətən üzülür yağı düşman əlində. Vətən nə oğullar verdi qurban, yalnız xalq başı dik ölümə doğru getdi. Ölümün gözünün içinə-baxa-baxa getdi. Bu günə qədər də mücadilə verməyə davam edir.
Başın sağ olsun vətən! Kəlbəcərdə 22 il əvvəl verdiyin qurbanlarının ruhu şad olsun. Çünki inanırıq ki, Kəlbəcəri geri qaytaracağıq! Çünki tarix unudulmur və egc tez ədalət zəfər çalacaq!

Elxan Əhmədov
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI