Nazir Beyləqanın icra başçısını niyə hədəfə alıb?
Gundem
Oxunub: 1 614
1 apr 2015 | 12:50
 Nazir Beyləqanın icra başçısını niyə hədəfə alıb?

Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu gün əksər rayonlarımızda sürətli quruculuq-abadlıq işləri həyata keçirilməkdədir.


Cənab Prezidentin dövlət büdcəsindən regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayırdığı vəsaitlərin hesabına bölgələrdə böyük işlər görülüb. Bu tədbirlərin mərhələli şəkildə davam etdirilməsi gözlənilir.

Təəssüf ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri onlara tapşırılan işin öhdəsindən layiqincə gələ bilmirlər. Başqa sözlə desək, icra başçılarının bir neçəsi büdcə pullarını öz halal vəsaitləri kimi sağa-sola sərf edir, özlərinə gün-güzəran yaratmaq barədə fikirləşirlər. Belə olan halda isə əhalini narahat edən problemlərin həlli müşkül məsələyə çevrilir. Biz demirik icra başçılarının hamısı dövlətin büdcəsini talayır. Onların arasında işinə sədaqətlə yanaşan, dövlət büdcəsindən ayrılan vəsaitləri son qəpiyinə kimi nəzərdə tutulan layihələrə sərf edən icra başçıları az deyil. Bəzi icra başçıları səhərdən axşama kimi camaatın arasındadır, naharını nə vaxt etdiyini, şam yeməyini nə vaxt yediyini bilmir. Yəni bütün fikrini işinə, rəhbərlik etdiyi rayonun abadlaşmasına yönəldib. Amma bəzi icra başçıları da var ki, onları vətəndaşlar deyil, tamamilə başqa məsələlər maraqlandırır. Yuxarıların etimadını doğrultmayan məmurlardan biri də Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vaqif Abdullayevdir. Bu şəxsin adı indiyə kimi saysız-hesabsız qalmaqallarda və maliyyə maxinasiyalarında hallandırılıb. Buna baxmayaraq, müvafiq instansiyaların rəhbərləri icra başçısının qanuna sığmayan əməlləri barədə ölçü götürməyiblər. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Vaqif müəllim rayona icra başçısı təyin edildiyi 2012-ci ildən bu yana dəhşətli qanun pozuntularına imza atıb. Əldə etdiyimiz məlumatlara görə, son üç il ərzində Beyləqan rayonunun sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi təyinatı üzrə sərf edilməyib və abadlıq işləri yalnız kağız üzərində aparılıb: "Vaqif Abdullayev keçən ilin büdcəsindən təmir işləri adı altında 240 min manat vəsaiti silib, amma faktiki olaraq rayonda son bir ildə heç bir abadlıq işləri aparılmayıb. "Azərsu" ASC bir müddət əvvəl şəhərin su və kanalizasiya sistemini yenilədi. İcra başçısı isə bundan istifadə edərək dövlət vəsaitini mənimsəməklə məşğul oldu. O sənədləşdirmədə təmir etdirdiyi ərazilərin su və kanalizasiya işlərinin aparılmasına görə bərbad günə düşdüyünü göstərib. Yəni sənəd üzərində başçı Beyləqanda keçən ilin mart ayında abadlıq işi görüb, aprel ayında isə, "Azərsu" ASC-nin podratçısı "TTŞ İnşaat" MMC təmir olunan əraziləri söküb. Lakin son bir ildə şəhərin heç bir yerində tikinti, abadlıq işi aparılmayıb. Başçının maliyyə maxinasiyaları bununla bitmir. Belə ki, ötən il rayon mədəniyyət və turizm şöbəsinin hesabına kənd mədəniyyət evlərinin, klublarının və kitabxanalarının cari təmiri üçün 120 min manat vəsait ayrılıb və həmin vəsaitin hamısı nəqdləşdirilərək mənimsənilib. Klubların əksəriyyəti isə ayrı-ayrı şəxslərə icarəyə verilib. Bütün bu işlər məhz icra başçısının nəzarəti altında həyata keçirilib. Çünki rayonda əsas söz sahibi Vaqif Abdullayevdir. Digər yerli idarə və müəssisələrin rəhbərləri onun sözünün qarşısında söz deyə bilmirlər. Əks halda, icra hakimi həmin məmurları özünəməxsus qaydada cəzalandırır". Araşdırmalar zamanı onu da öyrəndik ki, rayonda fəaliyyət göstərən və büdcədən maliyyələşən təşkilatların bir çoxunun rəhbərləri hər ay icra başçısı ilə "salam-sağ ol" edirlər: "Başçı büdcə təşkilatlarını elə bir vəziyyətə gətirib ki, artıq idarə müdirləri çıxılmaz duruma düşüblər. Belə ki, icra başçısı rayonun Təhsil, Mədəniyyət, Səhiyyə, Meliorasiya, Suvarma, Subartezian, Yol istismar və digər büdcə təşkilatlarına konkret olaraq aylıq "hesab" qoyub. Hansı məmur başçının "şərt"lərini yerinə yetirmirsə, vəziyyəti heç də yaxşı olmur. Buna görə də yerli məmurların bir çoxu rayon rəhbərinin fəaliyyətindən narazıdır". Əldə etdiyimiz digər maraqlı fakt isə, kənd təsərrüfatı naziri Heydər Əsədovun icra başçısı Vaqif Abdullayevi iri məbləğdə mənimsəmə halı ilə üzbəüz qoymasıdır. Bu barədə Mia.az-a daxil olan məlumata görə, nazir Heydər Əsədovun göstərişi ilə ölkədə buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Beyləqan rayonunda monitorinq keçirilib: "Nazirin nədən məhz Beyləqanı "təcrübə meydanı" kimi seçməsi maraqlıdır. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin monitorinqin mənfi tərəflərinin tələsik cəmiyyətə yayması ilə bərabər, Baş Prokurorluğa müraciət etməsi də təsdiq edir ki, ortada ictimaiyyətin bilmədiyi başqa məsələlər var. Heydər Əsədovun belə davranması birbaşa icra başçısı Vaqif Abdullayevin özündən razı hərəkətlərindən qaynaqlanıb. Başçı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrolizinq" ASC-nin Beyləqan filialına ayrılmış texnikadan tutmuş, müxtəlif mənşəli gübrələrə qədər hər şeyə şəxsən nəzarət etməklə yanaşı, filialın fəaliyyətini iflic edib. "Aqrolizinq" ASC-nin yerli şöbəsinin müdiri isə, açıq şəkildə icra başçısına qarşı çıxa bilmədiyindən qurumun yerli şöbəsindəki kəm-kəsirlərin görünməyən tərəflərini nazirliyin diqqətinə çatdırıb.

Bundan əlavə, nazirlikdən gələn bir neçə tapşırıqlara da Vaqif Abdullayevin mane olmaq cəhdləri Heydər Əsədovun əsəblərini tarıma çəkib. Aparılan monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"nın tələblərinə əməl olunmadığı müəyyən edilib. Monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib". Xatırladaq ki, bir müddət əvvəl Hesablama Palatası Beyləqanda dövlət vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi haqda hesabat açıqlamış və icra hakiminin vəzifədən kənarlaşdırılacağı barədə məlumatlar yayılmışdı. Bütün bunlara rəğmən, Vaqif Abdullayev hələ də Beyləqana rəhbərlik edir və büdcə pullarının hesabına özünə böyük imkanlar yaradıb. Bizə çatan bilgilərə görə, icra başçısı məhz büdcə pullarının hesabına paytaxtın "Milyonçular məhəlləsi" kimi tanınan Teymur Əliyev küçəsində dəyəri təxminən 2 milyon manata yaxın olan imarət alıb. Deyilənə görə, onun şəhərin digər yerlərində də dəbdəbəli imarətləri var. Maraqlıdır, görəsən Vaqif müəllim bu qədər var-dövləti hansı pullarla əldə edib? Sizcə, aylıq 1000 manat əməkhaqqı ilə milyonluq imarətlər almaq mümkündür?.. Mümkün deyil. İnanırıq ki, cənab prezident günün birində Beyləqana ayırdığı vəsaitlərin hansı işlərə xərcləndiyini araşdıracaq və o zaman Vaqif Abdullayevi düşdüyü vəziyyəti təsəvvür etmək çətin olmayacaq... Nə qədər ki, gec deyil icra başçısı qanunsuz hərəkətlərindən əl çəkməli və beyləqanlıların sosial durumunun yaxşılaşdırılması üçün çalışmalıdır.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı