Apreldə 7 rayon qaytarıla bilər - Rusiyalı komitə sədrindən sensasion açıqlama
Gundem / Siyaset
Oxunub: 2 070
30 mar 2015 | 13:31
Apreldə 7 rayon qaytarıla bilər - Rusiyalı komitə sədrindən sensasion açıqlama




















İrəvana səfəri çərçivəsində Vladimir Putin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər

Rusiya Dövlət Dumasının İrəvanda rəsmi səfərdə olan komitə sədri Leonid Slutskinin sözlərindən bunu anlamaq mümkün olur. Rusiya rəsmisi bildirib ki, aprel ayına nəzərdə tutulan səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin Serj Sarkisyanla Qarabağ məsələsi dərindən müzakirə edəcək.

“Ümid edirəm ki, Qarabağ nizamnlanması üzrə bütün sağlam səylər yaxın gələcəkdə nəzərə çarpacaq nəticələrə gətirəcək”, - deyə Leonid Slutski vurğulayıb. Rusiyalı siyasətçi münaqişənin Madrid prinsipləri əsasında həll edilməsini vacib sayır. “Münaqişəni Madrid prnisipləri əsasında həll etmək lazımdır. Rusiya Qarabağ məsələsinin əsas sülhməramlısı olaraq qalır”, - deyə Slutski vurğulayıb.

Madrid prinsiplərinə görə, Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır. Ermənistan indiyə kimi məsələ ilə razılaşmır və əvvəlcə statusu müəyyən etməyi vacib sayır. Göründüyü kimi, Rusiya Ukraynaya paralel olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün yeni müharibə ocağının alovlanacağından ehtiyat edərək Ermənistanı sülhə məcbur etmək niyyətindədir. Təbii ki, Moskva Dağlıq Qarabağa yeridiləcək sülhməramlıların Rusiya qüvvələri olmasını əsas şərt olaraq irəli sürür. Bu, sonradan Moskva üçün Dağlıq Qarabağın geri qaytarılması naminə Azərbaycanın da Avrasiya İttifaqına daxil edilməsini təmin edə bilər.

Maraqlıdır ki, İrəvanda da məsələnin bu cür həlli mümkün görünməyə başlayıb. İndiyə kimi Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması məsələsi bütün siyasi qüvvələr tərəfindən rədd edilirdi. Amma son günlərdə erməni müxalifəti də bunu mümkün saymağa başlayıb. Erməni müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan bu günlərdə çıxış edlərək Qarabağ münaqişəsini Madrid prinspləri əsasında həll etməyə vacib sayıb. Həmçinin onun fikrincə, Ermənistanın gələcəyi naminə İrəvan Türkiyəyə qarşı bütün soyqırım ittihamlarından imtina etməlidir/anspress/.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI