Manat böhranından əvvəl 20 milyonunu “dirildən” icra başçısı
Gundem
Oxunub: 1 374
30 mar 2015 | 13:22
 Manat böhranından əvvəl 20 milyonunu “dirildən” icra başçısı


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının dolların, eləcə də digər xarici valyutaların məzənnəsinin anidən qalxacağından öncədən məlumatlı olub?


Fevral ayında baş verən manat böhranında Azərbaycan məmurlarının necə davranması hər kəs üçün maraqlı idi. Zaman keçdikcə bu məqamla bağlı məlumatlar ictimaiyyətə sızmaqdadır.
Azerinfo.az bildirir ki, belə ki, cumhuriyyet.az saytının əldə etdiyi məlumata görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının dolların, eləcə də digər xarici valyutaların məzənnəsinin anidən qalxacağından öncədən məlumatlı olub.
Bu haqda danışan mənbə iddia edir ki, bu səbəbdən də Eldar Əzizov məlum manat böhranından öncə külli miqdarda manatın dəyişdirilməsinə nail olub: “Eldar Əzizov son 2 ayda 20 milyon vəsaiti banklarda dəyişdirib. Belə ki, icra başçısı qeyd olunan məbləğin bir hissəsini “Unibank”da İngilis funt sterlinqinə, qalan hissəsini isə digər banklarda avro və dollara dəyişdirib. Bu işdə ona sağ əli hesab olunan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev yaxından köməklik göstərib. Yəni bu işləri məhz Abid Əliyev görüb”.
Bu arada A.Əliyevlə bağlı da ilginc məlumatlar yayılıb. Belə ki, Sumqayıt şəhərində qəbir yerlərinin vətəndaşlara heç də təmənnasız verilmədiyini vurğulayan mənbə cumhuriyyet.az-a bildirib ki, icra başçısı Eldar Əzizovun sağ əli sayılan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyevin nəzarətində olan qəbiristanlıqda qəbir yerləri pulla satılır:
“İlk öncə onu qeyd edim ki, Abid Əliyev bundan əvvəl Gəncə su və kanalizasiya idarəsinin rəhbəri vəzifəsində çalışıb. Və həmin illərdə bir sıra neqativ hallara şərait yaradıb. O, indi də eyni əməllərini Mənzil Kommunal İstehsalat Departamentində təkrarlayır. Eldar Əzizov onu özü ilə birlikdə Gəncədən gətirib. Hazırda Abid Əliyevin nəzarətində olan Sumqayıt şəhər qəbiristanlığı Stansiya Sumqayıt-Müşfiq yolunun sağ tərəfində yerləşir. Son 2-3 ilin layihəsi sayılır. Abid Əliyevin tətbiq etdiyi qaydalara görə, qəbiristanlıqda yerlər şəhər sakinlərinə təmənnasız verilmir. Sumqayıtlılar iddia edirlər ki, bu qəbiristanlıqda qəbir yerləri cüt satılır: ya iki, ya da dörd nəşlik. Ölçülər isə müvafiq olaraq 3m x 3,1m və ya 3m x 6,2m. Hər variantın da öz qiyməti var. Birinci halda, yəni 3m x 3,1m ölçülü yer 250 manata, ikinci halda, yəni 3m x 6,2m ölçülü yer isə 500 manata satılır. Bir yer satılmır, kimsə vəfat edirsə doğmaları məcburən ən azı iki yer almalıdır. Bundan əlavə qəbirin qazılması, üstünün və ətrafının düzəldilməsi də heç də az olmayan xərc tələb edir. Həm də qəbir ətrafının abadlaşması müdiriyyətin əsas şərtlərindəndir. Pulun var, ya yox fərq etməz, ərazi müdiriyyətin tətbiq etdiyi standarta uyğun düzəldilməlidir”.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı