Zakir Həsənov əsgərlərə müraciət etdi
Gundem
Oxunub: 1 439
30 mar 2015 | 12:03
Zakir Həsənov əsgərlərə müraciət etdi

Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov prezident İlham Əliyevin 2 mart 2015-ci il tarixli sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara müraciət edib.

Azerinfo.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Yoldaş hərbi qulluqçular!

Bu gün Siz həyatınızın ən şərəfli günlərindən birini yaşayırsınız.
Ümummilli liderimiz Heydər Əliyev vaxtıilə demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatnı bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.

Siz elə bir vaxtda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırsınız ki, bu günlər Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri mövqelərimizə hücum etmiş erməni işğalçı qüvvələrinin layiqli cavablarını verərək rəşadət, cəsarət və peşəkarlıq nümunələri göstərmişlər. İndi hər yerdə Azərbaycan əsgərinin şərəfinə xoş sözlər eşitmək olar. Xalq öz Ordusuna inanır və ona güvənir.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev 19 mart 2015-ci ildə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində keçirilən ümumxalq şənliyində çıxış edərkən demişdir: Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlük əldə etmişik... Bu gün Azərbaycan Ordusu həm hazırlıq, texniki təchizat, silah baxımından dünya miqyasında, dünyanın ən qabaqcıl orduları sırasındadır.

Bu, Siz əsgərlərin xidmətinə ölkə rəhbərliyinin verdiyi ən yüksək dəyərdir. Əminəm ki, Siz orduda aldığınız təlim-tərbiyə və təcrübəni mülki həyatda da dövlətimizin qüdrətlənməsinə, orduya vətənpərvər gənclərin hazırlanmasına həsr edəcək, orduda komandirlərin etimadlarını doğrultduğunuz kimi, arxa cəbhədə də valideynlərinizin ümidlərini doğruldacaq, ata-ananıza layiqli övlad, Vətən üçün dəyərli vətəndaş olacaqsınız.

Orduya çağırılan gənclər isə bilməlidirlər ki, əsgər həyatının özünəməxsus çətinlikləri vardır. Lakin öz Vətənini, torpağını, xalqını ürəkdən sevən, hərb elmini, etibar edilmiş, silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, ölkə rəhbərliyinin hörmət və məhəbbətini qazanacaqdır.

Torpaqlarımızın bir hissəsi düşmən işgalındadır. Qarşınızda duran ən mühüm vəzifə bu torpaqları düşmən əsarətindən xilas etməkdir. Bu vəzifəni uğurla həyata keçirmək üçün siz də Ali Baş Komandanın əmrlərinə hazır olmalı, əsgər həyatının hər anından səmərəli istifadə etməlisiniz.

Xidmətini şərəflə başa vurmuş hərbi qulluqçulara nümunəvi xidmətlərinə görə təşəkkür edir, Vətənə layiqli övladlar yetişdirdiklərinə görə valideyinlərə minnətdarlığımı bildirir, gənc-əsgərlərə isə hərbi ənənələri uğurla davam etdirərək Silahlı Qüvvələrimizin döyüş salnaməsinə yeni-yeni parlaq səhifələr yazmağı arzulayıram”.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI