Mədət Quliyevin "kantorunda" özbaşınalıq
Gundem
Oxunub: 1 560
30 mar 2015 | 11:32
Mədət Quliyevin "kantorunda" özbaşınalıq

Vəkilin sözlərinə görə, onun müştərisi Xunar Cəfərov narkotik maddələrin satışı ittihamı ilə həbs edilib: “ 22 martda Nərimanov məhkəməsi Xunar Cəfərovun həbsi ilə bağlı qərar verib.

Qərara görə, Xunar Cəfərov Kürdəxanı qəsəbəsində yerləşən istintaq təcridxanasına yerləşdirilib “. 23 martda Xunar Cəfərovun ailəsi onun hüquqlarını qorumaq üçün Elmar Süleymanovla müqavilə bağlayıb.
Vəkil qafqaznews.org-a bildirib ki: “ Mən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ( BMCMİ ) müraciət elədim ki, öz müştərimlə görüşüm. Müstəntiq Ramil Məmmədov mənə bildirdi ki, mən görüş üçün icazə verə bilmərəm, çünki hələ bayram günləri başa çatmayıb. Bu günədək mən və müştərimin qohumları onu tapa bilmirik. Müştərim nə BMCMİ-də, nə Kürdəxanıdakı təcridxanada deyil”. elmar suleymanov
Vəkil onu da bildirib ki: “ Biz məsələyə aydınlıq gətirmək üçün Ombudsman Aparatına və Baş prokurorluğa müraciət elədik. Onlar da deyir ki, biz heç bir kömək edə bilmərik”.
Bütün bunlardan sonra qafqaznews.org Xunar Cəfərovu axtarmaq qərarına gəldi.
Bu məqsədlə BMCMİ-nin müstəntiqi Ramil Məmmədova müraciət elədik. Təəssüf ki, o, bizim suallarımıza cavab verməkdən imtina elədi.
Onda biz Kürdəxanı təcridxanasına müraciət elədik.
Təcridxananın əməkdaşı kapitan Xəlilov bizə bildirdi ki, Xunar Cəfərov bizdədir və sabah tibbi yoxlama olacaq.
Vəkil qafqaznews.org-a bildirib ki: “ Xunar Cəfərovla bağlı 29 martda tibbi yoxlamanın keçirilməsi kobud qanun pozuntusudur. Tibbi yoxlama təcridxanaya gələn kimi keçirilməlidir. Çünki 29 martda tibbi yoxlama keçirilsə və onun bədənində işgəncə izləri aşkar olsa, belə nəticəyə gəlmək olur ki, işgəncələr təcridxanada verilib”.
“Konstitusiya” fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə vəkilin dedikləri təsdiqlədi: “ İstənilən vətəndaş saxlanılan kimi ona tibbi kart açılır. Həmin kartda saxlanılan şəxsin sağlamlığı ilə bağlı bütün göstəricilər qeyd olunur. Bundan sonra 10 gün müddətində saxlanılan şəxs istintaq təcridxanasına göndərilir”.

Nuriyev qafqaznews.org –a onu da bildirib ki: “ Həbs olunmuş şəxslə bərabər onun tibbi kartı da təcridxanaya göndərilir. Və təcridxanada müttəhim yenidən tibbi müayinədən keçir. Aşkar olunan göstəricilər karta qeyd olunur. Gələcəkdə hər hansı işgəncə faktı ortaya çıxarsa həmin kart vasitəsilə işgəncənin konkret harada verildiyi müəyyən olunur”.
Nuriyevin sözlərinə görə, əgər Xunar Cəfərov təcridxanaya daxil olan kimi tibbi müayinə keçirilməyibsə bu ciddi qanun pozuntusudur və bu barədə vəkil Baş prokurorluğa şikayət edə bilər.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI