İtaliya mafiyası Azərbaycanın qaz layihəsinə qarşı sabotaj törətdi

İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə qarşı təxribat törədilib
İtaliya KİV-ləri xəbər verir ki, hadisə ölkənin cənubundakı Salento bölgəsində baş verib. Martın 26-da gecə bölgənin Melendugno şəhəri yaxınlığında TAP konsorsiumunun podratçı şirkətlərindən birinə məxsus iki texnika sıradan çıxarılıb. Texnikanın Azərbaycan qazının qəbulu üçün tikiləcək terminalın və qazın terminaldan nəqli üçün çəkiləcək kəmərin keçəcəyi ərazisində geotexniki təhqiqat işləri apardığı bildirilir.
Podratçı şirkətin əməkdaşları müəyyən ediblər ki, geotexniki təhqiqat işləri aparmaq üçün nəzərdə tutulan tırtıllı qazma texnikasının və bir yük maşınının şüşələri sındırılıb, yanacaq çəni dağıdılıb və mühərriki sıradan çıxarılıb. Şirkət bildirib ki, sabotajla əlaqədar olaraq təhqiqat işləri ən azı bir həftə dayanacaq.
İtaliya mətbuatı yazır ki, bu sabotaj Romada TAP kəmərinin keçəcəyi marşrutun seçilməsi məsələsinə dair mərkəzi hökumətlə yerli bələdiyyə arasında keçirilmiş görüşdən sonra törədilib. İstisna deyil ki, yeni sabotajlar da törədiləcək. Melendugno bələdiyyəsi, Cənubi Salento bələdiyyələri şurası və bir çox yerli qruplar TAP kəmərinin İtaliya hökuməti tərəfindən müəyyən edilmiş və təsdiqlənmiş marşrutuna qarşı çıxır. Neçə vaxtdır ki, TAP kəmərinin İtaliyanın cənubunda, Adriatik dənizi sahillərində yerləşən zeytun bağlarına zərər vuracağı haqda təbliğat aparılıb, aksiyalar keçirilib.
Həmçinin bir neçə ay əvvəl məlum olmuşdu ki, kəmərin Adriatik dənizinin sahillərində quruya çıxaraq Melandunyo bölgəsinə qədər çəkilməli olan 8 kilometrlik hissəsi üçün torpaq sahələrinin satın alınmasında korrupsiya və fırıldaq şübhələri yaranıb.Nəticədə prokurorlar və maliyyə polisi TAP kəməri üçün torpaq sahələrinin alınmasına dair araşdırma başladıblar. İtaliya mətbuatının yazdığına görə, TAP üçün torpaq sahələrinin alınmasında korrupsiya və fırıldağa yol verildiyinə dair dosye Melandunyo əyalət prokurorunun müavini Antonio Neqronun masası üzərindədir.
O, araşdırmanı maliyyə və ədliyyə polisi ilə birlikdə aparır. Təhqiqat qrupuna polkovnik Françesko Mazotta başçılıq edir. Polkovnik Mazotta Leççe əyalətinin maliyyə polisinin məhkəmə polisi qvardiyasının rəisidir. 46 yaşlı Mazottanın parlaq karyerası var. 2004-cü ildən Leççedə mafiya ilə mübarizə üzrə İstintaq İdarəsinə başçılıq edib. İtalyan mafiyasına - “Koza nostra”ya qarşı bir sıra uğurlu təhqiqatlar həyata keçirib.(virtualaz.org)
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI