Təslim olan erməni əsgərin anası danışdı
Gundem
Oxunub: 1 341
25 mar 2015 | 13:07
Təslim olan erməni əsgərin anası danışdı"Hərbi hissənin komandanlığından xahiş etmişdi ki..."

Azərbaycan ordusuna təslim olan erməni əsgər Andranik Qriqoryanın validenyləri danışıb.

ANS PRESS-in məlumatına görə, Andranikin anası Azadlıq Radiosunun Ermənistan xidmətinə deyib ki, oğlunun hərbi xidmətdə problemləri vardı: “Sonuncu dəfə evə gələndə ovqatı təlx idi. Niyə əhvalın xarabdır sualına isə cavab vermirdi. Hərbi hissənin komandanlığından xahiş etmişdi ki, onu başqa yerdə hərbi xidmətə keçirsinlər”.

Qriqoryan martın 22-də təslim olub. Onun əlində ağ bayraq Azərbaycan mövqelərinə yaxınlaşan videogörüntüləri yayılıb. Erməni tərəfi bu videonu qurama adlandırır.

Qriqoryan Azərbaycanın Xocavənd rayonunun (ermənilər ona Martuni deyir) Berdaşen kəndindəndir.

Kəndin icra nümayəndəsi mətbuata açıqlamasında Qriqoryanı təhqir edib:

"Kənddə uşaqdan böyüyə hamı o oğlanı söyür. Onu kəndin ən əclaf adamı sayırlar. Əgər o doğrudan da belə anormal hərəkət edibsə, erməni xalqını satıbsa, türklərin tərəfinə keçibsə, mən yalnız bir şey deyə bilərəm, onun ağlı yerində deyil”.

Amma kənd sakinlərinin çoxu Andraniki necə adam kimi tanıyırsınız sualına “yaxşı, normal” cavabları veriblər.

Azərbaycan tərəfi isə erməni əsgərin könüllü təslim olduğunu bildirir.

Müdafiə Nazirliyi əsgərin öz hərəkətini əsaslandıran videosunu da yayıb. Qriqoryan orada deyir: “Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram...

Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb”.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI