Nazarbayevin “türk dünyası” planı: Bakı yeni bloka qoşulur?
“Nazarbayev türk dünyası ideyası ilə Rusiya ilə müttəfiqliyə paralel blok formalaşdırmağa çalışır”
Azerinfo.az xəbər verir ki, bu açıqlama ilə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz Feysbuk səhifəsində çıxış edib.
O, Qazaxıstanla Azərbaycanın strateji müttəfiq sayıla biləcəyini söyləyib:
“Prezident seçkilərinə hazırlaşan Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev martın 16-da ölkəsinin Azərbaycan Respublikasına yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib. Yeni səfir Beybit İsabayev Azərbaycandan əvvəl Qazaxıstanın Pakistan, Türkiyə və Qırğızıstanda səfiri olub. Bu, Qazaxıstan üçün yaxın ətrafda ən vacib ölkələr sayılır. Deməli, Astana yeni təyinatla Qazaxıstan-Azərbaycan münasibətlərini də canlandırmaq istəyir. Siyasi müstəvidə iki dövlət strateji müttəfiq sayıla bilərlər. Ermənistan Prezidenti Serj Sərkisyan Rusiyanın təkidi ilə Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyini bildirdikdə, Qazaxıstan prezidenti həmin tədbirdə Azərbaycan prezidentinin məktubunu oxumuşdu. Məktubda deyilirdi ki, Ermənistan Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv olarkən, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi bu prosesdə iştirak etməməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuyan Nazarbayevin sonuncu cümləsi belə olmuşdu: “Biz dostumuz olan Azərbaycanı qıcıqlandıra bilmərik”. Nazarbayevin bu replikasına nə Sarkisyan, nə də Rusiya Prezidenti Vladimir Putin münasibət bildirmişdilər. Hər ikisi Nazarbayevin Azərbaycanı müdafiə etməsindən narazı qalmışdılar”.
Politoloq Qazaxıstanın Türkiyədə olan zaman Moskvaya mesaj göndərdiyini bildirib:
“Qazaxıstan prezidentinin bu addımı Azərbaycanın siyasi dairələrində və ictimaiyyətində yüksək dəyərləndirildi. İlham Əliyev məktubun oxunmasına görə Nazarbayevə şəxsən təşəkkürünü bildirdi. Azərbaycanın bundan sonra da Qazaxıstanın geosiyasi dəstəyinə ehtiyacı var. Çünki Azərbaycan Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv deyil, Ermənistan isə birliyin yeni üzvü kimi Dağlıq Qarabağda istehsal olunan malları ortaq bazara çıxartmaq istəyəcək. Ona görə də Bakı yalnız Astana vasitəsilə Ermənistanın bu planlarına mane ola bilər.
Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyi ideyasının yaradıcısı olsa da, o bölgədə türk ittifaqının formalaşmasını da arzulayır. Nazarbayev sonuncu dəfə Türkiyədə olarkən, Altaydan başlayaraq Aralıq Dənizi sahilinə qədər 200 milyon türkün yaşadığını vurğulayaraq türk dünyasının böyük güc olduğunu vurğulamışdı. Bu Nazarbayevin Moskvaya mesajı idi”.
E.Şahinoğlu Astananın Moskvadan ehtiyat etdiyini deyib:
“Qazaxıstan Rusiya ilə eyni blokda olsa da, Astana Moskvanın siyasətindən və planlarından ehtiyat edir. Kremlin Krımı işğalı və Donbasdakı separatçılara dəstəyi hamı kimi Astananı da narahat edir. Putin “rusları qorumaq” adı altında Ukraynanı parçaladı. Qazaxıstanda da kompakt şəkildə xeyli rus yaşayır. Rusiya ilə Qazaxıstan arasında münasibətlərdə problem olmayana qədər Kreml Astanaya qarşı “rus kartını” işə salmayacaq. Təsadüfi deyil ki, Putin çıxışlarının birində Nazarbayevin hesabına Qazaxıstan dövlətin yarandığını dedi. Yəni Putin tarixdə belə bir dövlətin olmadığına işarə vururdu. Bu açıqlama Astanaya xəbərdarlıq mesajıydı ki, Qazaxıstanın siyasətini dəyişsə, bu ölkədə də Ukraynada olduğu kimi mənfi proseslər başlaya bilər. Ona görə də Astana Kremllə ittifaq münasibətlərindən geri addım ata bilməz. Buna baxmayaraq, Nazarbayev türk dünyası ideyası ilə Rusiya ilə müttəfiqliyə paralel blok da formalaşdırmağa çalışır. Məqsəd Rusiyadan geosiyasi asılığı azaltmaqdır. Astana “türk bloku”nda 2 dövlətə vacib yer ayırır: Türkiyə və Azərbaycan. Türkdilli dövlətlərdən Qırğızıstan da Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Birliyinə üzv olub. Ermənistanı çıxmaq şərtilə Gömrük və Avrasiya İqtisadi İttifaqı faktiki slavyan (Rusiya, Belarus) və türk (Qazaxıstan, Qırğızıstan) birliyindən ibarətdir. Avropa Birliyindən uzaqlaşan Türkiyə də Avrasiya İqtisadi Birliyinə maraq göstərir ki, bu faktor da Astananın xeyrinədir”.
O, Qazaxıstanla Azərbaycanın iqtisadi əməkdaşlığının Türkiyənin bu prosesə qoşulmasıyla canlana biləcəyini söyləyib:
“Türkiyənin Qazaxıstanda milyardlarla dollar investisiyaları var. İki ölkə arasında ticarət əlaqələri ilbəil artır. Ancaq Qazaxıstan-Azərbaycan iqtisadi əlaqələri zəifdir. Doğrudur, Qazaxıstan az miqdarda neftini Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə daşıyır, ancaq Astana Bakı ilə daha böyük investisiya layihələrinin reallaşdırılmasını istəyir. Astana inşası tamamlanmaqda olan Bakı-Tiflis-Qars dəmiryoluna maraq göstərir, gələcəkdə Qazaxıstan bu nəqliyyat vasitəsilə mallarını Türkiyə və Avropa bazarına çıxara bilər. Bu arada, Ankara Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli format ideyasını irəli sürüb. Bu format çərçivəsində 3 ölkənin xarici işlər nazirləri və prezidentlə tez-tez görüşməli və strateji tərəfdaşlığın yollarını müzakirə etməlidirlər. Azərbaycan bu format vasitəsilə Qazaxıstanla ikitərəfli iqtisadi-ticarət əməkdaşlığını hər iki dövlətlə sıx münasibətləri olan Türkiyənin bu prosesə qoşulmasıyla canlandıra bilər”.
Dünən, 16:00
ABŞ Konqresində Azərbaycana qarşı 241 kvadratkilometrlik İDDİA – 30 il susanlar hərəkətə keçdi
Dünən, 15:30
Jirinovskinin Azərbaycanla bağlı proqnozu – “Qarabağ azad ediləcək, İran isə...”
Dünən, 14:22
İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?
Dünən, 13:56
Prezidentlər sammitdə yenidən bir arada - Fotolar
Dünən, 13:26
MDB-də 2028-ci il Sosial inkişaf və həyat keyfiyyəti ili elan edildi
Dünən, 13:19
Azərbaycanda maaş artdı
Dünən, 13:15
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq, gerb və lövhə yerləşdiriləcək
Dünən, 13:12
İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
Dünən, 12:11
Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
Dünən, 11:38
Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
Dünən, 11:18
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
Dünən, 11:00
4 gün iş olmayacaq - Tarix açıqlandı
Dünən, 10:59
İlham Əliyev: Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yükdaşımaları ildə 15 milyon tona çatdırmağa hazırıq
Dünən, 10:56
Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Dünən, 10:51
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Dünən, 10:48
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Dünən, 10:11
Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı, "ürək" göstərdi
Dünən, 10:00
Uzunmüddətli müharibə üçün bütün ehtiyatlarımız var – Tehran
Dünən, 09:54
İstanbulda çökən binada ölənlərin sayı 5 nəfərə çatdı
Dünən, 09:31
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Dünən, 09:25
Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - PREZİDENT
Dünən, 09:12
Avropa qaz çatışmazlığı yaşana bilər
Dünən, 09:00
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
8-10-2026, 18:23
İlham Əliyev onu vəzifəsindən AZAD ETDİ
8-10-2026, 16:00
Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!
8-10-2026, 15:30
Ebola 4 ölkəyə çatdı, Rusiyada taun şübhəsi – Dünyada təhlükəli xəstəliklər YAYILIR
8-10-2026, 14:53
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO