İŞİD-ə qoşulmaq istəyən və aralarında azərbaycanlı da olan 34 nəfər Türkiyədən deportasiya edilib
Gundem
Oxunub: 1 499
22 mar 2015 | 22:02
İŞİD-ə qoşulmaq istəyən və aralarında azərbaycanlı da olan 34 nəfər Türkiyədən deportasiya edilib Martın əvvəlindən etibarən Türkiyənin hüquq-mühafizə orqanlarının İstanbulun Atatürk və Sabiha Gökçen hava limanlarında keçirdiyi reydlərin nəticəsi açıqlanıb.

APA-nın Türkiyənin “Ajans 34” saytına istinadən verdiyi xəbərə görə, reydlər nəticəsində 17 ölkənin vətəndaşı olan 34 nəfərin İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulmaq istədiyi müəyyənləşib və buna görə onlar Türkiyədən deportasiya ediliblər.
Araşdırma nəticəsində məlum olub ki, Türkiyə ərazisindən keçməklə İŞİD-ə qoşulmaq istəyən 34 nəfərin əksəriyyəti Böyük Britaniya vətəndaşları olub. Deportasiya edilənlər arasında 3 və 4 yaşındakı 2 uşağıyla Türkiyədən keçməklə İŞİD-ə qoşulmaq istəyən Rusiya vətəndaşı 34 yaşlı E. Şodmonova da olub.
Deportasiya olunanlar arasında Fransa, Belçika, ABŞ, Suriya, İraq, Rusiya, Tacikistan, İsveç, Səudiyyə Ərəbistanı, İran, Liviya, Pakistan, Serbiya, Almaniya, Əfqanıstan, Somali, Çeçenistan və bir Azərbaycan vətəndaşı da var. Azərbaycanlının adı Rövşən Oruczadə kimi göstərilib.
Qeyd edək ki, ümumən İŞİD-ə qoşulmaq üçün Türkiyədən keçməklə Suriyaya getmək istəyənlərə liderliyi İspanyanın Barselona şəhəri ilə İsveçin paytaxtı Stokholmdan gələnlər edir.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI