Tovuzun ilk xanım şəhidi Rəhilə Qarayevanın bu gün 45 yaşı tamam olur
Gənc vətənpərvər Leyla Fərhad qızı Həsənovanın təşəbbüsü, Almaz Zeynalovanın rəhbəri olduğu "Şəhid Ailələrinə Dəstək İctimai Birliyi"nin dəstəyi ilə keçirilən tədbir "Unutmadıq, unutmarıq, unudulmayacaq!" adlanırdı. Elşən Sabiroğlu tədbirin açılışını sədr və layihə rəhbərinə həvalə etdi. Leyla Həsənova Şəhid Rahilə Qarayeva haqqında gələn qonaqlara məlumat verdi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şəhid xanımın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən Qarabağ döyüşçüləri Rahilə Qarayevanın döyüş şücaətindən danışdılar. İbrahim İbrahimov və Mələk Müzəffərova şəhidin xatirəsinə şeirlər söylədilər. Milli konservatoriyanın tələbələri "Qarabağ şikəstə"sini ifa etdilər. Milli qəhraman Fired Asifin qardaşı Ədalət Məmmədov Rahilə Qarayevanın cürətinin, cəsarətinin gənclər üçün bir örnək olduğunu dedi: "Rahilə xanımın döyüş yoldaşı olaraq demək istəyirəm ki, o, mərd idi. 1992-ci il dekabrın 10- da Qubadlı rayonu Yuxarı Cibihli kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Həmin döyüşdə biz cəsur komandirimiz Həsənqulu Qasımovu, döyüşçü yoldaşlarımız Sirac Mehdiyevi, Əhmədi, Tərlanı, topçumuz Rafaeli itirdik. Bu qanlı döyüş zamanı Rahilə Qarayeva adını çəkdiyim heç bir igiddən geri qalmırdı. Özünə söz vermişdi ki, şəhidlərimizin qisasını alacaq. Çox təəssüf ki, 1993-cü ilin iyununda Rahilə Qarayevanı da itirdik. Onun adı da ucalan şəhidlərlə bir sırada çəkildi."
Anım mərasimində bir çox təşkilatların nümayəndələri də iştirak etdi. Bilik Fondundan Səlim Mirqafarov, "Qürur"-Şəhid ailələri birliyinin sədri Naibə Behbudova, kapitan Gülnarə Musəliyeva, Əlillər cəmiyyətinin sədri Salman Xudaverdiyev, Qaradağ rayonu polis mayoru Aidə Şirinova, Müharibə veteranı Nigar Həmidli, Qarabağ qazisi Təranə Mürsəlqulova, döyüşçü Sevda Səfərova, bacıları Savad və Xanımzər də öz çıxışlarında Rahilə xanımın həyat yolunun qürur mənbəyimiz olmasından danışdılar. Şəhid xanım haqqında olan film də iştirakçılara təqdim olundu. Leyla Həsənova daha sonra çıxış edərək bildirdi: "Belə tədbirləri keçirməkdə məqsədimiz gənclərə vətəni sevməyi aşılamaq, şəhidlərimizin unudulmasına izn verməməkdir." Almaz Zeynalova isə çıxışında qeyd edib ki, Tovuz Rayon İcra Hakimiyyətindən Rahilə Qarayevanın adının əbədiləşdirilməsi üçün müvafiq addımların atılmasını xahiş edirik.
http://newsbaku.info
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI