Tovuzun ilk şəhidi Rəhilə Qarayeva Komsomol qızının anım mərasimi keçirildi - FOTO - VİDEO
Gundem
Oxunub: 2 584
20 mar 2015 | 23:16
Tovuzun ilk şəhidi Rəhilə Qarayeva Komsomol qızının anım mərasimi keçirildi - FOTO - VİDEOMartın 14-də Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olmuş Rəhilə xanım Qarayevanın anım mərasimi keçirildi.

Gənc vətənpərvər Leyla Fərhad qızı Həsənovanın təşəbbüsü, Almaz Zeynalovanın rəhbəri olduğu "Şəhid Ailələrinə Dəstək İctimai Birliyi" nin dəstəyi ilə keçirilən tədbir "Unutmadıq, unutmarıq, unudulmayacaq!" adlanırdı. Elşən Sabiroğlu tədbirin açılışını sədr və layihə rəhbərinə həvalə etdi. Leyla Həsənova Şəhid Rahilə Qarayeva haqqında gələn qonaqlara məlumat verdi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şəhid xanımın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən Qarabağ döyüşçüləri Rahilə Qarayevanın döyüş şücaətindən danışdılar. İbrahim İbrahimov və Mələk Müzəffərova şəhidin xatirəsinə şeirlər söylədilər. Milli konservatoriyanın tələbələri "Qarabağ şikəstə"sini ifa etdilər. Milli qəhraman Fred Asifin qardaşı Ədalət Məmmədov Rahilə Qarayevanın cürətinin, cəsarətinin gənclər üçün bir örnək olduğunu dedi: "Rahilə xanımın döyüş yoldaşı olaraq demək istəyirəm ki, o, mərd idi. 1992-ci il dekabrın 10- da Qubadlı rayonu Yuxarı Cibihli kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Həmin döyüşdə biz cəsur komandirimiz Həsənqulu Qasımovu, döyüşçü yoldaşlarımız Sirac Mehdiyevi, Əhmədi, Tərlanı, topçumuz Rafaeli itirdik. Bu qanlı döyüş zamanı Rahilə Qarayeva adını çəkdiyim heç bir igiddən geri qalmırdı. Özünə söz vermişdi ki, şəhidlərimizin qisasını alacaq. Çox təəssüf ki, 1993-cü ilin iyununda Rahilə Qarayevanı da itirdik. Onun adı da ucalan şəhidlərlə bir sırada çəkildi."
Anım mərasimində bir çox təşkilatların nümayəndələri də iştirak etdi. Bilik Fondundan Səlim Mirqafarov, "Qürur" - Şəhid ailələri birliyinin sədri Naibə Behbudova, kapitan Gülnarə Musəliyeva, Əlillər cəmiyyətinin sədri Salman Xudaverdiyev, Qaradağ rayonu polis mayoru Aidə Şirinova, Müharibə veteranı Nigar Həmidli, Qarabağ qazisi Təranə Mürsəlqulova, döyüşçü Sevda Səfərova, bacıları Savad və Xanımzər də öz çıxışlarında Rahilə xanımın həyat yolunun qürur mənbəyimiz olmasından danışdılar. Şəhid xanım haqqında olan film də iştirakçılara təqdim olundu. Leyla Həsənova daha sonra çıxış edərək bildirdi: "Belə tədbirləri keçirməkdə məqsədimiz gənclərə vətəni sevməyi aşılamaq, şəhidlərimizin unudulmasına izn verməməkdir." Almaz Zeynalova isə çıxışında qeyd edib ki, Tovuz Rayon İcra Hakimiyyətindən Rahilə Qarayevanın adının əbədiləşdirilməsi üçün müvafiq addımların atılmasını xahiş edirik.

Tovuzun ilk şəhidi Rəhilə Qarayeva Komsomol qızının anım mərasimi keçirildi - FOTO - VİDEO
Tovuzun ilk şəhidi Rəhilə Qarayeva Komsomol qızının anım mərasimi keçirildi - FOTO - VİDEO



http://www.todaysbaku.az
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı