Qərbi Azərbaycandan olan təhsil işçisinin prezident İlham Əliyevə ŞOK MÜRACIƏTI
Redaksiyamıza təhsil naziri Mikayıl Cabbarovu ciddi şəkildə ittiham edən bir təhsil işçisinin prezident İlham Əliyevə ünvanladığı müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciətin bəzi məqamlarını ixtisar edərək diqqətinizə təqdim edirik:
“Hörmətli cənab Prezident! Sizə müraciət edən hələlik Azərbaycan vətəndaşlığı daşıyan, Ermənistan qaçqını, sabiq təhsil işçisi Qurbanov Malik Xıdır oğludur. Mən təhsil naziri Mikayıl Cabbarovun həyata keçirdiyi repressiyanın qurbanlarından biriyəm. Bir il üç aydır ki, pozulmuş hüquqlarımın bərpası üçün məhkəmədə iddia qaldırmış, Sizə 8 dəfə, Baş prokurora 5 dəfə, Prezident Administrasiyasına 3 dəfə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə 3 dəfə, digər aidiyyəti qurumlara isə 6 dəfə müraciət etmişəm. Müraciətlərimin heç biri qanunauyğun şəkildə araşdırılmamış, hamısı şikayət etdiyim məmura göndərilmişdir. Təhsil Nazirliyində isə bir qayda olaraq, vətəndaş müraciətlərinə biganə yanaşılır. O cümlədən, mənim də müraciətlərim araşdırılmamış və cavablandırılmamışdır. Məni ağrıdan bu deyil. Kimin şikayətinə baxıblar ki, mənim şikayətimə də baxalar.
İki ildir ki, təhsil sistemində nəinki insan haqları, qanunlarımız da ayaqlar altına atılıb. Məni narahat edən odur ki, Mikayıl Cabbarovun dövlətimizin imicinə ciddi xələl gətirən əməlləri yuxarı səviyyədə susqunluqla qarşılanır. Artıq təkcə millətdə yox, hətta bəzi yüksək çinli məmurlarda da belə fikir formalaşıb ki, Mikayıl Cabbarovun kəsdiyi başa zaval yoxdur. Bu xof qarşısında yazıqlaşıb iflic olan qurumlardan biri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir. Bu, “həmkarlar komitəsi” artıq qanunsuz əməllərə təzyiq altında razılıq verən bir quruma çevrilmişdir. Səttar Mehbalıyev ağıllı adamdır. Dünyanın gərdişini yaxşı başa düşür. O, arxasız dağların arxalı təpəcik qarşısında əridiyini gözəl bilir. Təhsil işçilərinə görə özünü oda atmayacaq ki? Yazıq neyləsin, onun yerinə kim olsa, qorxar. Mikayıl Cabbarovun tabeliyinə keçən “Həmkarlar İttifaqına” ehtiyac olmadığını görən təhsil işçiləri artıq özlərinin müstəqil həmkarlar təşkilatını yaratmağa başlayıblar.
Mikayıl Cabbarovun qarşısında acizləşən qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyidir. Bu qurum Təhsil Nazirliyində Əmək Məcəlləsinin qüvvədən düşməsini ən azı onlara daxil olan şikayət ərizələrindən bilir, lakin o yazıqlar da vəzifə funksiyalarını icra etməyə qorxurlar. Belə olmasa, mənim şikayət ərizələrimi özləri araşdırardılar, şikayət etdiyim şəxsin özünə göndərməzdilər.
Mikayıl Cabbarovun cinayət tərkibli olması ehtimal olunan əməlləri barədə Baş prokurora yazdığım şikayət ərizəsi də M.Cabbarovun özünə göndərildi. Yazıq neyləsin? Arxasında kimi var Baş prokurorun?
Mikayıl Cabbarov müstəqil məhkəmə hakimiyyətinin də müstəqilliyini əlindən alıb. Bu səbəbdən məhkəmədə qaldırdığım iddia ilə bağlı bir ildən artıqdır ki məhkəmə qapılarında sürünürəm. Təhsil Nazirliyinin cavabdeh kimi cəlb olunduğu iddialara vəkillik etmək istəyən də yoxdur. Çünki vəkillər qərarın ədalətsiz olacağını əvvəlcədən bilirlər. Mikayıl Cabbarov nəinki məhkəmələrə təzyiq edir, hətta bir neçə nəfəri, o cümlədən, məni müəllimlik hüququndan məhrum etməklə məhkəməyə aid səlahiyyəti də mənimsəyib. Bildirirəm ki, mənim iddiam ixtisasım üzrə sıravi müəllimliyə bərpa olunmamdır.
Sizə müraciət etməyimə baxmayaraq, yenə də Mikayıl Cabbarovdan və ətrafına yığdığı təsadüfi adamlardan qorxuram. Onlar hər cür üsulla məni susdurmağa çalışacaqlar Elə məni aradan götürtdürə də bilərlər.
Hörmətli Prezident!
Bu gün mənim ailəm aclıq keçirir. Sizdən xahiş edirəm ki, tezliklə pozulmuş hüquqlarımın bərpa olunmasına göstəriş verəsiniz. Əgər bunu etməsəniz, xahiş edirəm məni Azərbaycan Respublikasının vətəndaşlığından çıxarıb qaçqın statusumu bərpa edəsiniz ki, mən ailəmlə birlikdə başqa ölkədən sığınacaq ala bilim. Mən bu ölkəyə qaçqın kimi gəlmişəm, vətəndaşlıq almaq üçün Azərbaycan dövlətinə müraciət etməmişəm. Mənim və bir sıra digər təhsil işçilərinin maddi və mənəvi məhrumiyyətlərə məruz qalmağımızın yeganə səbəbi Qərbi Azərbaycandan olmağımızdır. Mikayıl Cabbarovun kadr siyasətində Qərbi Azərbaycanlılara olan antipatiyası dözülməzdir. Xahiş edirəm bu ikili yanaşmanın qarşısını alasınız. Bu yazıda qeyd etdiyim fikirlərə dair faktları və sübutları Sizə təqdim etməyə hazıram. Onu da qeyd etmək istəyirəm ki, Mikayıl Cabbarovun repressiv hərəkətləri nəticəsində həmişə sizi dəstəkləyən təhsil işçilərini də nazirin bu əməlləri Sizə qarşı çevirməkdədir.
Cənab Prezident! Ailəmin aclıq keçirməsi ilə əlaqədar özümü öldürmə həddinə çatsam da, Sizə olan inamım hələ tam ölməyib. Hesab edirəm ki, tədbir görəcəksiniz”.
İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı