Qəbələ Telekommunikasiya Qovşağında qanunsuzluqlar davam edir
Gundem
Oxunub: 1 512
16 mar 2015 | 13:00
Qəbələ Telekommunikasiya Qovşağında qanunsuzluqlar davam edir


Qəbələ Telekommunikasiya Qovşağında qanunsuzluqlar davam edirŞahin Tağıyev büdcə vəsaitini hara xərcləyib?

Bu gün telekommunikasiya sahəsində uğurlu işlər görülsə də, bu sahəni gözdən salmağa çalışanlar da az deyil. Belə ki, Qəbələ Telekommunikasiya Qovşağının rəisi Şahin Tağıyev barəsində redaksiyamıza tez-tez şikayətlər daxil olmaqdadır.

Qəbələ şəhərində tikilən və quraşdırılan telefon stansiyaları və digər rabitə obyektlərinə ayrılan pullar təyinatı üzrə xərclənmir. Yəni əslində sənəddə göstərilən işlər xərclənən pula adekvat deyil. Bu isə onu göstərir ki, Şahin Tağıyev dövlət büdcəsindən ayrılan pulları mənimsəyib. Hətta sənədləşmə elə aparılıb ki, guya ayrılan pullar güclə xərcləri ödəyib. Etibarlı mənbələrin bizə verdiyi məlumata görə, Şahin Tağıyev ayrılan vəsaitin çox hissəsini öz maraqları üçün istifadə edib. Deyilənə görə, hazırda Şahin Tağıyev paytaxtda villa tikdirir. Dövlətə məxsus pulları isə həmin villanın tikilib ərsəyə gəlməsinə sərf edib. Bundan başqa qəzetimizə verilən məlumata görə, Şahin Tağıyev Bakıda şadlıq evi tikdirir. Hətta onu da qeyd edək ki, Qəbələnin özündə Tağıyevin bir neçə obyekti fəaliyyət göstərməkdədir. Bu hər kəsə gün kimi aydındır ki, bu qədər varidata sahib olan məmur bütün bunlara adi maaş əsasında sahib ola bilməz.

Azerinfo.az bolgexeber.com saytına istinadən xəbər verir ki, Şahin Tağıyev mətbuatda gedən xəbərlərdən sonra təşvişə düşüb. Deyilənə görə, Tağıyev Qəbələ TKQ-da etdiyi səhvləri ört-basdır etmək üçün başqa vəzifəyə getmək istəyir. Və bununla da törətdiyi qanunsuzluqlardan qaçmağa çalışır. Əldə etdiyimiz xəbərlərə görə, bu şəxsin havadarı çox güclü adamdır. Məhz bu şəxsə görə də Şahin Tağıyev istədiyini edir. Müəssisədə at oynadır desək səhv etmərik. Ancaq mətbuatda gedən yazılardan sonra müvafiq qurumların sakit dayanacağı güman edilmir. Hesab olunur ki, aidiyyəti dövlət qurumları Qəbələ Telekommunikasiya Qovşağında baş verən neqativ halları araşdıracaq. TKQ-nin rəisi isə həyata keçirdiyi qanunsuz əməllərə görə cavab verəcəyi də istisna edilmir. O rabitə qovşaqlarını öz şəxsi mülkünə çevirməklə taladığı dövlət vəsaitlərinin hesabına maraqlarını təmin edir.

Qeyd etmək yerinə düşər ki, Qəbələ Telekommunikasiya qovşağının rəisi Şahin Tağıyev rayonda rabitə xidmətlərinin aşağı səviyyədə olması, vətəndaşların bu sahəyə olan tələbatının ödənilməməsində günahkarlar da axtarır. Rəisin ölkə mətbuatına açıqlamalarına nəzər salanda məlum olur ki, ölkədə rabitə heç də inkşaf etməyib və Qəbələ kimi şəhərdə bu sahədə ciddi problemlər mövcüddur. Tələbatın çox olmasına baxmayaraq, hələlik telekommunikasıya qovşağının vəziyyəti bunu ödəməyə imkan vermir. Rayonda rabitə xidmətinin aşağı olması danılmaz faktdır. Nəzərə alsaq ki, rabitə rəisi rayon mərkəzində yaşayan imkanlı şəxslər üçün ancaq xidməti yüksək təşkil edir onda kəndlərdəki vəziyyətin daha acınacaqlı olduğunu anlamaq çətin deyil. Bundan başqa, Qəbələ rayon Telekommunikasiya şöbəsinin rəisi deyir ki, rayonda sürətli internet çıxışına tələbat həddən artıq çoxdur və müraciətçilərin sayı hər gün artır. Lakin tələbatı ödəmək üçün hazırda nə texniki, nə də maddi imkanlar yoxdur.
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib