Bakıda mitinq başa çatdı (YENİLƏNİB, FOTO)
Gundem
Oxunub: 1 748
15 mar 2015 | 17:44
Aksiyanın sonunda qətnamıə qəbul edilib, növbəti mitinqin tarixi açıqlanıb

Milli Şuranın Bakıda keçirdiyi mitinq başa çatıb. ANS PRESS-in məlumatına görə, sonda mitinqin qətnaməsi oxunub.
Daha sonra növbəti mitinqin tarixi də açıqlanıb. Belə ki, növbəti aksiya aprelin 5-də keçiriləcək.
Bugünkü mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.


...16:16...

Milli Şuranın Bakıda planlaşdırdığı mitinq başlayıb. ANS PRESS-in virtualaz.org-a istinadən verdiyi məlumata görə, "Məhsul" stadionunda keçirilən mitinq dövlət himni ilə açıq elan edilib. Daha sonra AXCP sədrinin müavini Əbülfəz Qurbanlı, AXCP sədri Əli Kərimli, AXCP sədrinin müavini Gözəl Bayramlı çıxış ediblər.
AXCP sədri manatın kəskin devalvasiyasına etirazını bildirib. Ənənəvi leksikondan istifadə edərək deyib ki, bu aksiya "sırf sosial sifarişin nəticəsidir".
Halbuki əhalisinin sayı 3 milyona çatan paytaxtın əsas meydanında cəmi bir neçə yüz etirazçı var.
Ən maraqlısı da odur ki, onlar meydanda hökumət əleyhinə etiraz ruhlu marşın sədaaları altında toplaşıblar. Bu marşın müəllifi isə hazırda Almaniyaya sığınan Hüseyn Abdullayevdir. Bu da bir təzaddır ki, "Quska" ləqəbli qaçqın-oliqarx-bəstəkar bir vaxtlar qoçu dəstələrinin başçısı kimi həmin bu müxalifətçilərin aksiyalarını dağıdır, onlara divan tuturdu.
Meydanda etirazçıların sayının az olması müxalifət liderlərini elə karıxdırıb ki, onlar aksiya iştirakçılarından tribunaya yaxınlaşmağı xahiş edirlər.

Qeyd edək ki, müsavatçılar bu aksiyaya həvəs göstərməyib. Müsavat başqanının müavini Elman Fəttah APA-ya deyib ki, hər bir müsavatçı Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqə qatılıb-qatılmamaqda sərbəstdir. Müsavat partiya olaraq aksiyada iştirak etməyəcək:

"Milli Şura mitinqi özü təyin edib və mitinqdə iştirak etmək üçün heç bir partiyaya müraciət etməyib. Ona görə də, mitinqdə iştirakla bağlı heç kimə tapşırıq vermirik, bunu üzvlərin öz öhdəsinə buraxırıq. Kim istəsə, mitinqə qatıla bilər”.

Aksiya dinc məcrada davam edir. Heç bir kənar müdaxilə, "ÇP" qeydə alınmayıb.

Bakıda mitinq başa çatdı (YENİLƏNİB, FOTO)
Bakıda mitinq başa çatdı (YENİLƏNİB, FOTO)
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib