Adil Vəliyev Pirşağı sakinlərini necə qəzəbləndirir
Gundem
Oxunub: 1 831
12 mar 2015 | 17:12
 Adil Vəliyev Pirşağı sakinlərini necə qəzəbləndirir

İcra başçısı Pirşağıdakı ərazi nümayəndəsinin əli ilə Sumqayıt-Aeroport yolunu birləşdirəcək olan və hazırda tikilməkdə olan dairəvi yolun üstündəki torpaqları qanunsuz olaraq satdırır

Adil Vəliyevin Pirşağıdakı gənc nümayəndəsi kənddə gərginlik faktoruna çevrilib.

Azerinfo.az bildirir ki, bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Pirşağı icra nümayəndəsi Ramil Əliyev rayon icra başçısı Adil Vəliyevin tapşırığı ilə kəndin ortasında torpaq alveri ilə məşğuldur. Sakinlər bildirirlər ki, icra nümayəndəsi Sumqayıt-Aeroport yolunu birləşdirəcək olan və hazırda tikilməkdə olan dairəvi yolun yaxınlığında olan torpaqları hasarlatdıraraq satır. Həmin ərazi əvvəllər taxılçılığa aid ərazi olub. Lakin Sabunçu rayon icra başçısı Adil Vəliyev biznesini genişləndirmək və daha çox pul qazanmaq üçün həmin ərazini qeyri qanuni olaraq satma qərarına gəlib. Sumqayıt-Aeroport yolunu birləşdirəcək dairəvi yolun çəkilməsi isə həmin ərazidə torpağın qiymətinin qalxmasına səbəb olub. İcra başçısı isə fürsəti əldən vermək istəməyərək Ramil Əliyevə həmin ərazidəki torpaqları satmaq tapşırığı verdiyi iddia olunur. Ramil Əliyev isə artıq 6 aya yaxındır ki, həmin əraziləri qanunsuz olaraq satmaqla məşğuldur. Pirşağı sakinlərinin bildirdiyinə görə ərazinin bir hissəsi vətəndaşlara məxsus olsa da, Adil Vəliyevin 25 yaşlı ərazi nümayəndəsi Ramil Əliyev sakinlərin əlində olan topraq sənədlərinin qanunsuz olduğunu iddia edərək, torpaqları yeni şəxslərə satır.

Sakinlər bildirir ki, Pirşağı icra nümayəndəsi Sabunçunun icra başçısı Adil Vəliyevə o qədər arxayın olub ki, sakinlərə və pay torpaq sahiblərinə meydan oxumaqdan belə çəkinmir. İcra nümayəndəsi saxta torpaq alverini açıq aşkar şəkildə Pirşağıda fəaliyyət göstərən “Ləvəngi” restoranında həyata keçirir. Başının dəstəsi ilə bir qayda olaraq dövlət idarəsində deyil, “Ləvəngi” restoranında oturan icra nümayəndəsi elə orda da torpaq satışlarını həyata keçirir və bir çox hallarda vətəndaşları da yemək masası arxasında dinləyir. Sakinlər həmin restoranın “Şeron” qrupunun üzvü Məlikə məxsus olduğunu deyirlər. Sakinlər onu da iddia edirlər ki, Ramil Əliyev satdığı topraqların sənədlərinə möhürü belə saxta vurur. Elə bu üzdən də bu məsələ gələcəkdə Pirşağıda böyük qarşıdurmaya və qalmaqala səbəb ola bilər. Adil Vəliyevə arxayın olan icra nümayəndəsi satdığı bütün torpaqları birbaşa başçısının göstərişi ilə etdiyini deyir. Əllərində sənədi olan bəzi vətəndaşlar Vuqar Əliyevə narazlıqlarını bildirsələrdə, icra nümayəndəsi açıq aşkar belə deyir: “Mən kiməm ki, gedin şikayətinizi Sabunçu rayon icra başçısı Adil Vəliyevə edin, çünki bu ərazilərin satılması göstərişini o, verib”.

Qeyd edək ki, Sabunçu icra başçısı Ramil Əliyevin 25 yaşı var və sakinlərin dediklərində iddia olunur ki, Adil Vəliyev bu təcrübəsiz gənci Bakının ən böyük kəndlərinə icra nümayəndəsi təyin etməsində bir sıra sirrli nüanslar var. Çünki Ramil Əliyevin dövlət qulluğunda çalışmaq üçün imtahan vermədiyi qeyd olunur və bildirilir ki, Adil Vəliyevin bu seçimi hansısa sirli biznes tərəfdaşlarının seçimi ilə baş tutub. Bundan başqa qeyd olunur ki, gününü “Ləvəngi” restoranında yeyib-içməklə keçirən icra nümayəndəsi əhali ilə çox kobud və saymazyana davranır və bu da Pirşağıda sosial gərginlik yaradan əsas faktora çevrilməkdədir.

Qeyd edək ki, ötən il torpaqları əlindən alınan və evləri plana düşən 80-dən artıq Sabunçu sakini Sumqayıt-Bilgəh yolunu bağlayaraq etiraz aksiyası keçirmişdi. Hazırda da sakinlərin Ramil Əliyevin “Ləvəngi” restoranında açdığı qanunsuz torpaq bazarına etiraz edəcəkləri istisna olunmur. Onu da qeyd edək ki, Sumqayıt-Aeroport yolunu birləşdirən dairəvi yolunun üstündəki əraziləri qanunsuz olaraq satdırması ilə bağlı araşdırmamız davam edir. Bundan başqa Adil Vəliyev Pirşağıda böyük «Qum» biznesi də yaradıb ki, bu barədə növbəti yazılarımızda təfsilatlı məlumatlar verəcəyik.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib