Kimlər APA-nın adından istifadə edir?
Gundem
Oxunub: 1 763
11 mar 2015 | 21:19
Kimlər APA-nın adından istifadə edir? "APA Holdinq" MMC APA adından sui-istifadə halları ilə bağlı bəyanat yayıb. "Qafqazinfo" xəbər verir ki, bəyanatda bildirilir ki, son vaxtlar "APA Holdinq"ə daxil olan Azəri-Press Agentliyinin (APA) adından sui-istifadə halları ilə bağlı məlumatlar var.
Araşdırmalar nəticəsində məlum olub ki, apanews.info adı ilə qeydiyyatdan keçmiş saytın əməkdaşları dövlət qurumlarına və iş adamlarına özlərini APA-nın əməkdaşı kimi təqdim edirlər.
"APA Holdinq" qeyd edir ki, şirkətə apanews.info adlı sayt daxil deyil. Şirkət APA adı ilə müraciət olunan zaman hər kəsdən xidməti vəsiqəni tələb etməyə, ehtiyac yarandığı zaman şirkətlə əlaqə saxlamağa və qanundan kənar tələblər olduqda, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.
"APA Holdinq" bildirir ki, Azərbaycanda APA brendinin rəsmi patenti bu şirkətə məxsusdur. Azərbaycan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş ¹2014 1048 nömrəli Əmtəə Nişanı Şəhadətnaməsinə əsasən, 27.06.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmış "APA" nişanı "Azəri Press Agentliyi" nə məxsusdur. Dövlət Komitəsinin 14.04.2014-cü il tarixli qərarı ilə "APA TV" əmtəə nişanın da patentləşdirilməsinə dair ¹ 2014 1046 nömrəli Şəhadətnamə alınıb.
Beləliklə, bu ad altında reklam, internet vasitəsilə xəbər portallarına çıxışın təmin olunması xidmətləri, tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman, mədəni-maarif tədbirlərinin təşkili sahələri yalnız "APA Holdiqnq"ə məxsusdur və bu sahələr mühafizə olunan sahələridir. Dövlət Komitəsinin rəsmi sənədindən də aydın olur ki, APA brendinin rəsmi sahibi "APA Holdinq" MMC-dir.
Çox təəssüf ki, bir müddət öncə Azərbaycanda milli domen satışı ilə məşğul olan "Network technolog" şirkəti apanews.az və apatv.az domenlərini də şirkətin rəsmi razılığı olmadan başqa şəxslərə satıb. Şirkətin bununla bağlı etiraz məktubundan sonra apanews.az domeni fəaliyyətini dayandırsa da, domenlərin heç biri şirkətə qaytarılmayıb, əskinə apatv.az domeninin istifadə vaxtı "Network technolog" şirkəti tərəfindən uzadılıb.
"APA Holdinq" məsələni hüquq çərçivəsində həll etməyə qərar verib. Bununla bağlı artıq Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi məktubla müraciət olunub. Eyni zamanda "Network technolog" şirkətinə xəbərdarlıq məktubu göndərilib.
Yaxın günlərdə isə şirkət apanews.info domeni ilə fəaliyyət göstərən saytın təsisçisi Emil Tahirov, apanews.az domeninin sahibi Əflatun Məmmədov, həmçinin apatv.az domeninin sahibi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

"APA Holdinq" öz brendlərini qorumaqda israrlıdır və bunun üçün qanun çərçivəsində lazım olan addımları atmağa davam edəcək.

http://qafqazinfo.az
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib