Leyla Əliyevanın təşəbbüsü ilə çəkilən film Albaniya Milli Televiziyasına çıxarılıb
Martın 4-də və təkrarən 7-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyarta keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində ingilis dilində “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi Albaniya Milli Televiziya (www.albanianscreen.tv) kanalında yayımlanıb. Film Albaniya auditoriyası tərəfindən maraqla qarşılanıb.
Azerinfo.az bildirir ki, bu barədə Modern.az-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Qeyd edək ki, sözügedən filmin yaxın aylar ərzində dünyanın digər televiziya kanallarında da yayımı nəzərdə tutulur. “Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdi. “Sonsuz dəhliz” sənədli filmi prodüserlər Aleksandr Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib.
Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Ekran əsərində Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş video-görüntülər və foto-materiallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
Bu gün, 10:14
Sülh Şurasına ömürlük rəhbər olmaq istəyir
Bu gün, 10:09
Azərbaycan Trampın Sülh Şurasına üzvlüyü ilə bağlı dəvətini qəbul edib
Bu gün, 10:05
İndiki dövrdə İlham Əliyev kimi lideri çox nadir halda görmək olur - Serbiya prezidenti
Bu gün, 09:59
Trampın Davosa gedə bilmədi - Təyyarəsi geri qayıtdı-YENİLƏNİB
Bu gün, 09:53
"Biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq"
Bu gün, 09:41
"Kollektiv Qərb" keçmişdə qalıb və geri qayıtmayacaq"
Bu gün, 09:33
İlham Əliyev Davosda paneldə iştirak edib - TAM MƏTN - YENİLƏNİB
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt"la üz-üzə gələcək
Bu gün, 09:11
Azərbaycanda ayların adları dəyişdirilir? - “Çıxçömbəl, oğlaqqıran, vaynənə…”
Bu gün, 09:00
Tramp Qrenlandiya kartını açdı: Dünyanın təhlükəsizliyi Qrenlandiyadan keçir
Dünən, 21:13
"Bu vəziyyətdən zövq alırıq" - İlham Əliyev
Dünən, 21:05
"Yeni dəhlizlər yaranacaq" - Prezident
Dünən, 16:29
“Buna görə Azərbaycan dünyada birinci yerdədir” - İlham Əliyev
Dünən, 12:23
“20 yanvar – Qürur günü” filmi təqdim edildi - VİDEO
Dünən, 12:18
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib
Dünən, 12:09
İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib - FOTO
Dünən, 11:15
Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət ediblər
Dünən, 11:09
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir
Dünən, 10:57
Bakının 10 yeni metro stansiyasının dəqiq yerləri - FOTOLAR
Dünən, 10:40
Qalmaqallı məmurun vəzifəsi bəlli oldu
Dünən, 10:29
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Dünən, 10:23
İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Dünən, 09:00
20 Yanvar – Faciədən Zəfərə Aparan Müqəddəs Mübarizə Yolu
19-01-2026, 21:06
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
19-01-2026, 21:02
İlham Əliyev Davosda “Vestas Wind Systems” şirkətinin nümayəndəsi ilə görüşüb
19-01-2026, 16:01
İlham Əliyev beynəlxalq sülh mükafatına layiq görüldü
19-01-2026, 16:00
Pezeşkian: Ali rəhbərə qarşı sui-qəsd cəhdi tammiqyaslı müharibə elan edilməsinə bərabərdir
