Azərbaycan Prezidenti qadınları təbrik və təltif etdi
Prezident İlham Əliyev 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib. Azerinfo.az-in AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir:"Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və yüksək amallar naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz Azərbaycan qadınlarının müasir cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi müdrikliyinizin, fədakarlıq və qəhrəmanlığınızın parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu günlərədək layiqincə yaşadılması sizin misilsiz xidmətinizdir.
Mədəniyyət salnaməmizə, ədəbi-ictimai və elmi fikir tariximizə öz istedadı və zəkasıyla yeni səhifələr yazmış maarifpərvər Azərbaycan xanımlarının yolunu siz bu gün də şərəflə davam etdirirsiniz. Nəsillərin varisliyini qoruyaraq ötən əsr boyunca sosial-mədəni fəaliyyətin genişləndirilməsi istiqamətindəki müvəffəqiyyətlərinizi müasir mərhələdə vətəndaş cəmiyyətinin təşəkkülü və əsaslarının möhkəmləndirilməsi prosesində yaxından iştirakınızla daha da zənginləşdirmisiniz. Məmnunluq hissi ilə bildirirəm ki, müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna rolunuz vardır.
Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı naminə var qüvvənizlə çalışacaqsınız.
Bayramınız mübarək olsun!"
Həmçinin, Prezident İlham Əliyev 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təltif edib, onlara fəxri adlar verib.
Ölkə başçısının sərəncamına görə, Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Xalq Artisti"
Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı
"Əməkdar Müəllim"
Əhədova Mətanət Məcnun qızı
Kazımzadə Elmina Mobil qızı
Musayeva Bella Sirac qızı
Mustafayeva Mehriban İsa qızı
"Əməkdar Həkim"
Ağazadə Cəmilə Əyupovna
"Əməkdar Mədəniyyət İşçisi"
Abbaslı Elmira Mikayıl qızı.
Digər sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:
Abdullayeva Qalina Alekseyevna
Ablayeva Rəbiyə Cəmil qızı
Əsədova Qətibə Yəhya qızı
Hacıyeva Sevda Həbib qızı
Nurəliyeva Mənzərxanım Fikrət qızı.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib