Millət vəkili Xocalı soyqırımı tədbirlərindən danışdı
Gundem
Oxunub: 1 625
1 mar 2015 | 13:56

Xocalı qətliamının 23 ili geridə qaldı. Hər il olduğu kimi, bu il də ermənilərin azərbaycanlılara qarşı soyqırımını tanıtmaq üçün yürüşlər təşkil olundu, tədbirlər keçirildi, bu faşizmin Azərbaycana vurduğu zərərlərdən bəhs olundu.

Amma əvvəlki dövrlə müqayisədə diqqət çəkən bir nüans vardı - bu tədbirlər daha mütəşəkkil xarakter almış oldu. Artıq diaspor təşkilatları çırmanmır, o cümlədən azərbaycanlılar harda yaşamasından asılı olmayaraq, bir vətənpərvərlik nümayiş etdirir, hətta olduğu iş yerində, yaşadığı məhəllədə 3-5 nəfər də olsa toplaşıb, bu hadisəyə reaksiya verirlər.

İstər təşkilatlar, partiyalar, universitetlər olsun, istərsə də xaricdə yaşayan azərbaycanlılar, hər kəs bir vətəndaş olaraq missiyasını yerinə yetirməkdədir. Hətta Şotlandiyada təhsil alan azərbaycanlı gənclər də Xocalı faciəsini dünyaya tanıtmaq üçün yürüş ediblər. Təşkil edilən yürüşdə “Qlazqo” Universitetinin 20-yə yaxın tələbəsi iştirak edib.

Şəhərin mərkəzi küçələrində 1 saat davam edən yürüşdə “Justice for Xocali” (“Xocalıya ədalət”) şüarları səslənib. Artıq bütün dünya azərbaycanlıları Xocalı faciəsini yad edir, dünyanın diqqətinə çatdırır. Bu o deməkdir ki, sıravi kanadalı, orta statistik belçikalı və yaxud siyasi proseslərdən xəbərsiz, ölkəmizi yaxşı tanımayan hər hansı polyak, norveçli Xocalı soyqırımından məlumatlıdır.

Diaspor işi ilə paralel təbliğat aparılması daha güclü kampaniya təşkil edilməsinə rəvac verir. Bu işdə mühacirlərin, xaricdə təhsil alan tələbələrin rolunu xüsusi qeyd etmək olar. Eyni zamanda son illər Türkiyə telekanalları bu hadisələrlə bağlı çıxışlara geniş efir vaxtı ayırır, azərbaycanlı deputatlar, diaspor nümayəndələri verilişlərə dəvət olunur.

Hazırda Türkiyədə olan deputat, VHP sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirib ki, bu tədbirlərin çeşidli və geniş keçirilməsi olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, diaspor ilə birgə tələbələrin, xaricdə yaşayan soydaşlarımızın çalışması nəticəsində Amerikanın bir neçə ştatı Xocalı soyqırımını tanıyıb.

S.Rüstəmxanlının fikrincə, ermənilər qondarma soyqırımı şousuna hazırlaşır və onların məqsədi Qarabağı unutdurmaqdır:

“Bu soyqırımı şousuna hazırlığa görə tədbirlərimiz və təbliğat işimiz daha geniş həyata keçirilməlidir. Artıq müxtəlif yürüşlər keçirilir, sərgilər açılır, filmlər göstərilir, Xocalı həqiqətləri dünyanın diqqətinə çatdırılır.

Artıq 10 gündür ki, Türkiyədəyəm və qardaş ölkənin demək olar bütün universitetlərdə Xocalı soyqırımı coşqu ilə qeyd olunur, telekanallarda verilişlər hazırlanır. Ermənilərin qondarma soyqırımı şousuna hazırlığı ərəfəsində bu tədbirlərin keçirilməsi çox önəmlidir”.

Deputat qeyd edib ki, ermənilərə qarşı soyqırımı olmayıb, əksinə türklər və Azərbaycan türkləri qətliamla üzləşib:

“Xocalı sonuncu belə soyqırımı idi. Bütün vasitələrdən istifadə etməliyik ki, bu erməni vəhşiliyini dünyaya çatdıraq, kitablar yazırıq, başımıza gətirilən faciələrdən dünyanın məlumatlandırırıq. Türkiyə ilə birlikdə bu həqiqətləri dünyanın diqqətinə çatdırmaq xüsusilə əhəmiyyətlidir”.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib