Sumqayıt universitetinin rektorunun özbaşınalığı

Yəqin ki, ölkə vətəndaşları Təhsil Nazirliyinin orta və ali məktəblərdə hicab qadağası barədə məlumatlıdırlar.
Baxmayaraq ki, ölkənin əsas qanununda din azadlığına təminat verilib, bu əmr cəmiyyətdə böyük etiraz doğurdu, ona görə də nazirlik güzəştə getməyə məcbur oldu.
Ancaq bütün bunlara baxmayaraq hələ də elə ali məktəblər var ki, ölkə konstitusiyasının tələblərini nəzərə alnmırlar.
Azerinfo.az bildirir ki, bu problemlə bağlı Sumqayıt şəhər sakini Şəfəq Əziziova qafqaznews.org-a müraciət edib: “ Keçən il mən ödənişli qaydada Suymqayıt Dövlət Universitetinin tarix fakültəsinıə daxil oldum. Mən qeydiyyat üçün universitetə gedəndə mənə bildirdilər ki, mən hicabla məktəbə gələ bilmərəm. Mən universitetin rektoru Elxan Hüseynovla görüş tələb elədim, ancaq mənə “yox” cavabı verdilər. Sonra mən Təhsil Nazirliyinə şikayət elədim”.
Müxbirimizin “ Nazirlik sizin müraciətinizə necə reaksiya verdi?” sualına şikayətçi belə cavab verib: “ Nazirliyin əməkdaşı Gülmirə Məlikzadə bildirdi ki, rektorun sizi dərsə buraxmamağa ixtiyarı yoxdur. Bu özbaşınalıqdır. Məlikzadənin sözlərinə görə nazirlik rektorla əlaqə saxlayıb və öz əmrini ləğv etməyi tələb edib. Və rektor razılaşıb”.
Şikayətçi tələbə qafqaznews.org-a bildirib ki, mən nazirliyin əməkdaşının dediklərinə inandım və Sumqayıta qayıtdım.
Şəfəq Əzizova universitetin hesabına 1700 manat təhsil haqqı ödəyib: “ Ancaq mən dərslərə gedə bilmədim. Ötən ilin sentyabrında məni dərsə buraxmadılar. Rektorun nümayəndəsi bildirdi ki, kim hicab geyirsə ona bizim universitetdə yer yoxdur. Onda mən keçirdiyim təhsil haqqını tələb elədim. Mənə bildirdilər ki, bu barədə söhbət gedə bilməz. Mənimlə bərabər bir neçə hicablını da dərsə buraxmadılar. Ona biz KİV-ə müraciət elədik. Bir neçə mətbuat orqanı bizmlə maraqlandı və öz müxbirlərini universitetə göndərdi. Universitetin prorektoru Nizami Namazov jurnalistlərə bildirdi ki, mən hicablı qızları dərsə buraxa bilmərəm. Jurnalistlərdən biri ondan soruşdu ki, axı, ölkə başçısı hörmətli İlham Əliyev bildirib ki, məktəblərdə belə qadağa ola bilməz. Nizami Namazov isə bildirdi ki, bu qadağanı prezident qoymayıb, biz qoymuşuq”.
Əzizova yenidən Təhsil Nazirliyinə şikayət edib və nazirliyin əməkdaşları rektorla əlaqə saxlayıblar. Rektor bildirib ki: “ Mənim işimə qarışmayın. Hicablı qızlar mənim universitetimdə ola bilməz”.
Əzizova təhsil naziri Mikayıl Cabbarova müraciət edib: “ Nazir hətta mənə cavab vermədi. Onda mən prezident İlham Əliyevə və birinci ledi Mehriban Əliyevaya müraciət elədim. Və bir neçə gün sonra PA-dan mənə zəng edərək bildirdilər ki, sənin müraciətin Təhsil nazirliyinə göndərilib”.
Şikayətçiyə cavab yazan Təhsil Nazirliyinin əməkdaşı Gültəkin Hüseynova bildirib ki, bu məsələ Sumqayıt Dövlət Universitetinin daxili işidir, nazirlik bu məsələyə qarışa bilməz.
Şikayətçi bildirib ki, mən bu barədə Ədliyyə Nazirliyinə şikayət elədim. Nazirliyin əməkdaşı bildirdi ki, hicab məsələsi konstitusiyaya uyğun olmalıdır : “ Ya universitetin əsasnaməsində bu öz əksini tapmalıdır…ancaq bu da mümkün deyil…çünki əsasnamə ölkə konstitusiyasına zidd ola bilməz..”.
Əzizova bildirib ki, onun atası rektorun qəbulunda olub: “ Elxan Hüseynov atama deyib ki, məni hicablı universitetə buraxa bilməz. Rektor həm də mənim təhsil haqqımı geri qaytarmaq istəməyib”.
Bütün bu məsələlərlə bağlı Təhsil Nazirliyinin mətbuat-katibi Cəsarət Valehovun mübasibətini öyrənmək istəsək də, o, imtina elədi.15.230609
Qafqaz İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanlar İdarəsi başçısının müavini Hacı Sabir isə qafqaznews.org-a bildirdi ki: “ Elxan Hüseynov nə üçün belə hərəkət edir? Vaxtilə hicablı şagirləri və tələbələri məktəblərə buraxmayanda mən televiziyada canlı efirdə bildirdim ki, bu ölkə konstitusiyasına ziddir və o vaxtkı nazir Misir Mərdanovdan tələb elədim ki, bu qanunsuzluğa son qoysun”.
Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sədr müavini Gündüz İsmayılov isə məsləhət bildi ki, Şəfəq Əzizova rəsmi məktubla komitəyə müraciət etsin: “ Biz hökmən bu problemlə məşğul olacağıq”.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI